Qadin.NET / Yamanlığa yaxşılıq... Xoşbəxt et, xoşbəxt ol!

Yamanlığa yaxşılıq... Xoşbəxt et, xoşbəxt ol!

 

Bu videodakı filmin qısa məzmunu:

Bir gənc Haqqın yolunu tutmaq üçün mürşidini (Allaha aparan yolda əvəzedilməz müəllim) axtarıb tapır. 

İlk görüşlərində mürşidi ona tapşırıq verir:

-Get filan yerdəki üç otaqda oturan hər sufiyə (mürşidə tabe olaraq Allaha yaxınlaşmağa çalışan insan) bir qapaz vur. Nə etsələr gəl mənə de.
Gənc deyiləni edir. Birinci otaqdakı sufi qapaz qarşılığında gəncə qapazla cavab verir. İkinci otaqdakı sufi aldığı qapazın qarşılığını sadəcə ona baxaraq verir. Üçüncü otaqdakı sufinin isə yediyi qapazın qarşılığında göstərdiyi reaksiya gənci çaşdırır: sufi gənci qucaqlayaraq ondan üzr istəyir. Deyir ki, sənə bir pisliyim olub yəgin, bu səbəbdən məni vurdun, bağışla məni. Bəlkə də qapaz vurduğun əlin də incidir səni...

Üçüncü sufinin göstərdiyi münasibəti Allah hər birimizdən bizim yaxşılığımız üçün istəyir. Buna nail ola bilsək əbədi qazancımız olacaq...

 

Yamanlığa yaxşılıq... Xoşbəxt et, xoşbəxt ol!

Əvvəla Allahın qanununu xatırlayaq. Kimə nə qədər xoşbəxtlik versəniz, eyni miqdarda xoşbəxtliyi Allahu-Təala sizə də yaşadar. Əgər belədirsə, nə etməli olduğumuz bəlli deyilmi? Başqalarını xoşbəxt edərək xoşbəxt olmaq deyilmi, Allahu-Təalanın əmri? Madəm ki, biz insanlar kimə nə qədər xoşbəxtlik versək, biz də eyni xoşbəxtliyi Allahu- Təala tərəfindən yaşadılaraq hədəfə çatacağıq, elə isə bütün insanlar üçün hədəf bu olmalıdır. Bir düşünək - nə itirərik sevsək? Bizi sevən insanları onsuz da sevə bilirik. Burada bir problem yoxdur. Amma, Allah sizi sevməyən insanları da sevmənizi istəyir. Hər kəsi sevmənizi istəyir. Yetməz. Bu sevdiyiniz insanları xoşbəxt etməyinizi istəyir. Hansı səbəbdən bunu istəyir ? 
Ətrafınızda 100 adam olsa, o 100 adamı xoşbəxt etsəniz, Allahu-Təala sizə də 100 nəfərin xoşbəxtliyini yaşadacaq.
 Bütün insanlar üçün Allahu-Təala nə qədər gözəl bir qanun qoymuşdur, elə deyilmi, sevimli insanlar? Bu qanuna biz nə deyirik?

 

Xoşbəxt et, xoşbəxt ol!

Elə isə etməyimiz lazım olan şey çox asandır. Onsuz da başqa birini xoşbəxt etdiyimiz zaman Allahu-Təala xoşbəxtliyi bizə də yaşadır. Mövzunun təməli budur. Nə qədər gözəl qanun qoymuşdur Allahu-Təala. Kim başqa birinə nə qədər xoşbəxtlik versə özü də eyni xoşbəxtliyi yaşayar. Biz 1 insanıq. Amma ətrafımızdakılar bir deyil ki, 10, 20, 100, 200 nəfər… Onlara bu həqiqətləri izah etsək və onlar da ətraflarındakı insanlara bunları çatdırarsa, o zaman dünya çox dəyişə bilər, elə deyilmi?

Yamanlığa yaxşılıq... Xoşbəxt et, xoşbəxt ol!

 İnsanlar başqa insanlara xoşbəxtlik verə biləcəkləri təqdirdə xoşbəxt olacaqlarını, bədbəxtlik verdikləri zaman yalnız özlərinin də bədbəxt olacağını, narahat olacağını, Allahın qanununun bu olduğunu bilsələr...

Ətrafımızı buna inandırmaq mümkündürmü? Əlbəttə! "Yalnız sına və ətrafına xoşbəxtlik ver, sonrasına baxaq. Sına, baxaq. Xoşbəxtlik verdiyin zaman narahatlığın niyə əriyir və xoşbəxtliyi yaşamağa başlayırsan? Arxasında bir tək cavab var. Çünki sən başqasına xoşbəxtlik verən birisən. Başqasını xoşbəxt etməyə çalışan biri."
Pislik edən insanın kini bəlkə bir müddət daha davam edəcək. Amma onun bütün mənfi davranışlarına baxmayaraq sizdən ona heç bir mənfi davranışın olmaması onu bir sualla qarşı-qarşıya qoyacaq: "Niyə bu insan mənə əvvəlkindən fərqli olaraq ən gözəl davranışlarla cavab verir? Mən, ona bunu təmin edəcək bir şey etməmişəm. O bunu özbaşına edir. O zaman bunun arxasından mənim bilmədiyim nə isə olmalıdır. Demək belə bir şey mümkündür. Amma bu gözəl bir hərəkətdir. Çünki o, mən ona pis davranmağıma baxmayaraq artıq mənə pis davranmır. Bunun arxasındakı qüvvə Allahu-Təalanın ona kömək etməsi olmalıdır. Elə isə mən də Allahu-Təaladan kömək istəyim və bu gündən etibarən ətrafımdakı hər kəsə gözəl davranmağa başlayım. Baxaq nə olacaq?" Belə düşünən bir insanın hədəfə çatmaması heç bir şəkildə mümkün deyil.
Məsələn: qarşınızdakı sizə pis davransa necə rəftar etmək haqqınız var?
1) Ona sizə etdiyi qədər pislik etmək;
2)Ona heç bir cavab verməmək;  
3)Ona xeyirlə cavab vermək.
Görək bəs Allah bizdən nə etməyimizi istəyir?

42/ŞÛRA-40: Lakin kim bağışlayar və islah etsə artıq onun əcri (mükafatı) Allaha aiddir. Şübhəsiz ki O (Allah), zalımları sevməz.
41/FUSSİLƏT-34: Hasənə (yaxşılıq) və seyyiə (pislik), bərabər deyil. (Pisliyi) ən gözəl şəkildə qarşıla. O zaman səninlə arasında düşmənlik olan adam, səmimi bir dost kimi olar.
Deməli bizi yaradanın bizdən istədiyi pisliyi ən gözəl şəkildə qarşılamaqdır.Bunun faydasını kim görəcək?Yenə də biz!Etdiyimiz yaxşılığın əvəzini qat-qat görəcəyik!
4/NİSÂ-40: Şübhəsiz ki Allah, heç kimə zərrə qədər zülm etməz. Əgər edilən yaxşılıq zərrə qədər də olsa, onun savabını qat-qat artırar. Və öz qatından böyük bir mükafat verər.

 

Yamanlığa yaxşılıq... Xoşbəxt et, xoşbəxt ol!

 

Qısacası, Allahın əmr etdiklərini yerinə yetirməmiz, şeytanın sizə davamlı təlqin etdiyi: "O sənə pis davranır. Bax, belə- belə etdi sənə. Sən hələ ən gözəl davranışlarla cavab verirsən. Sən axmaqsanmı? Sən də ondan intiqam al. Sən də başını dik tut..." Şeytanın bu tərzdəki davranışlarına o adam gülərək baxırsa, "Artıq məni aldada bilməzsən. O günlər keçdi. Məni başqa insanlara düşmən edib, məni davamlı narahat edən sən, artıq mənə kələk gələ bilməzsən. Sənin söylədiklərini heç bir zaman etməyəcəyəm. Rəbbim mənə həqiqəti öyrətdi."  Belə dediyiniz zaman şeytanın edə biləcəyi heç bir şey yoxdur və hər keçən gün sizə düşmən olan insanlarla dostluğun irəlilədiyini görəcəksiniz. Və bu dostlarınızın sayını gedərək artıracaq,
Allahu-Təalanın istədiyi budur. Bu qədər sadə, bu qədər asan...

"Sevin!" 

"Sevdirin!"
"Nifrət etməyin!"
"Nifrət etdirməyin!

Qeyd: Bu məqaləni dəyərli müəllimimin fikirlərindən qidalanaraq hazırlamışam... İnşaAllah Onun Allah sevgisi ilə dolu olan fikirlərini bölüşməyə davam edəcəyəm, qismət olsa...  

14 aprel 2013
GO BACK