Qadin.NET / Qorxularımız və biz

Qorxularımız və biz

 

Qorxularımız və biz

"Psixoloji qorxular" dedikdə insanların həyatını məhdudlaşdıran,çətinliklər yaradan qorxular başa düşülür.Hər birimizdə fərqli növdə qorxular vardır.Bu qorxular əgər həyatımızı məhdudlaşdırmırsa,yaşayışımızı bizə zindan etmirsə,mane törətmirsə,onda heç bir mahsuru yoxdur.Vay o günə ki,"Qorxularımız" yaşamamıza maneə olsun.Elə qorxular var ki, müalicə olunmadıqda sayı və sıxlığı gün keçdikcə arataraq dözülməz hala gələ bilir.Tibb baxımından bu cür qorxular təbii deyil.İnsan özünü belə qorxulardan asanlıqla qurtara bilməz.

Allah kimsəyə göstərməsin!

Qorxuları bəzən 3 növə ayırırlar:

1) Obyekt qorxuları: Böcək, kəpənək, it, pişik, iti uclu əşyalar, bıçaq, qayçı və s.

2)Hal-vəziyyət qorxuları: Bağlı yer, açıq yer, lift, yüksək yer, qaranlıq yer və ya meydanlardan qorxu, tək başına qala bilməmək, küçəyə çıxa bilməmək, izdihamlı yerlərə girməkdən, məsələn kino, teatr, avtobus, gəmi, təyyarə kimi yerlərdə hiss edilən qorxular və s.

3)Funksiya qorxuları: Üz qızarması, izdihamda danışa bilməmək kimi , tərləmə, huşunu itirəcəkmiş, ürəyi dayanacaqmış kimi olma və s.

Bir də çoxlarımızın duyduğu belə bir qorxu var.Yaxınlarımıza pis bir şey olacağı düşüncəsi ilə yaranan qorxular.Belə qorxular insanda daima əndişə,təlaş və narahatçılıq yaradır.

Ehh,əziz istifadəçilərimiz,sadalasaq hələ çox qorxu növləri taparıq.Əsas odur ki,bu qorxular bizlərin həyatını işgəncəyə çevirməsin.

Düşünürəm ki, hər bir insanın həyatında onun qorxuları yaşına görə və yaşadığı mühitə görə dəyişir.Bu vaxta qədər mənim də həyatımda müxtəlif səbəblərdən yaşadığım qorxular olub.Amma onlar artıq keçmişdə qaldı.Xatırladıqda belə gülürəm o qorxulara.Amma hazırda qorxum hər bir Ananın hiss etdiyi qorxudur.Körpəmin başına pis nəsə bir hadisə gəlməsin.Axı o nə etdiyini hələ anlaya bilmir.

Maraqlıdır,Sizlər nədən qorxursunuz,Hörmətli istifadəçilər? 

24 oktyabr 2010
GO BACK