Qadin.NET / Dilənçilik,yoxsa "sənət"- dilənçilik

Dilənçilik,yoxsa "sənət"- dilənçilik

Dilənçilik - böyük bir səltənətin başlanğıcı, ya ehtiyac ucbatından edilən iş?

 Günümüzün ən aktual problemlərindən biri olan dilənçilik. İşə, dərsə və ya harasa gedərkən gündəlik qarşımıza çıxan və bizdən pul dilənən insanlar bunlar həqiqətənmi məcburiyyətdən edirlər ya sadəcə artıq bunu sənət kimi qavrayıblar?

Dilənçilik,yoxsa "sənət"- dilənçilik

 Ilk öncə səbəblərdən danışaq:

1.Maddi ehtiyacdan ötrü edilən dilənçilik... Düzdür, bu çoxlarına əsas vermir ki, dilənsin. Çünki, çoxlarının fiziki gücü işləmək üçün yetir, fiziki sağlamdırlar.Amma bəziləri isə, ya yaşca çox qoca olur, ya da  fiziki sağlam olmur və iş qabiliyyətini itirdiyi üçün də məcbur olub dilənirlər.

2.Bəzi “insan”ların təhdid və basqıları səbəbindən və məcburiyyətdən edilən dilənçilik-balaca uşaqların diləndirilməsi.

3.Insanların bu işi artıq sənət kimi qəbul etməsi və anadan balaya keçən irsi bir iş kimi yerinə yetirilməsi, əsasən də qız uşaqlarının qucaqlarına balaca bir körpəni alıb insanların “zəif” damarına basaraqdan dilənməsi.

Dilənçilik,yoxsa "sənət"- dilənçilik

Bəli, budur reallıq insanların bəlkə də qarşısındakına olan inamın itməsinin bir səbəbkarı da yalançı dilənçilərdir. Bəlkə də çoxlarınız Elmlər Akademiyası metro stansiyası tərəfdə olmusunuz. O ərazidə sanki dilənçilər tam bir “mafia” qurub. Gülməli olsa da, bu belə görünür. Bəzilərinin işlətdiyi telefon belə bizim çoxumuzun telefonundan bahalı və gözəldi. Bu zaman insan düşünməyə başlayır, niyə bu “dilənçilər” dilənir? Bunları dilənməyə məcbur edən nədir? Əgər həyat uğrunda mübarizədirsə belə bahalı telefon nə gəzir onlarda? Düşündükcə, bu sualların sayı artır. Ancaq bu sualların çoxuna cavab tapmaq çətirdir, çünki biz onların beynini oxuya bilmirik, hər kəs bir işi sənət seçir, onların da sənəti budur. Biz qəbul etsək də, etməsək də.Ən ağırı və ürəkağrıdanı isə balaca uşaqların diləndirilməsidir ki, bu da çox vaxt onların şəxsiyyətinin formalaşmasında mənfi rol oynayır . Bəlkə də, bu cür "işləmək"  onların böyük sual altında olan gələcəklərini tamamilə dağıdır. Düzdür, bəziləri küçədən tapılıb  bu işə məcbur edilir, amma fakt budur ki, çoxları bunu artıq “doğma” işləri kimi qəbul edib və “sevirlər”.Ən pisi isə insanlara sanki “saqqız” kimi yapışmalarıdır.

Dilənçilik,yoxsa "sənət"- dilənçilik

 Sonda isə, bir anlıq hər kəsdən xahiş edirəm, bütün işlərini kənara qoyub  sakitcə bunu düşünsün, bu insanların dilənməsində günahkar kimdi? Dilənçilik edən mi, cəmiyyət mi?

Yazımı bu cümlə ilə tamamlayıram... Dünya malını yığmaq üçün dilənən, Cəhənnəm atəşini dilənmiş olar. (Müslim)

 

9 mart 2013
GO BACK