Qadin.NET / Oğlanlarla qızlar arasında dostluq

Oğlanlarla qızlar arasında dostluq

 Oğlanlarla qızlar arasında dostluq

Hazırda  gəncləri  maraqlandıran  məsələlərdən  biri  də  oğlanlarla  qızlar,  kişilərlə  qadınlar  arasında  dostluğun  mümkün  olub-olmamasıdır.  Bu  mümkündür  və  zəruridir.  Belə  dostluq  oğlan  və  qızların  tərbiyəsinə  də  müsbət  təsir  göstərir,  onlarda  nəcib  əxlaqi  keyfiyyətləri  inkişaf  etdirir.Oğlanlarla  qızlar  arasında  dostluq  qarşılıqlı  hörmətə,  səmimiyyətə,  qarşılıqlı  anlaşmaya  əsaslanmalıdır.  Sınaqdan  keçən  belə  dostluq  məhəbbətə,  uğurlu  nikaha  və  xoşbəxt  ailənin  yaranmasına  da  gətirib  çıxarır.

Lakin  oğlanlara  qızların  dostluğuna  bəzən  böyüklər – valideynlər,  müəllimlər  şübhə  ilə  yanaşır,  nəsə  pis  cəhət  axtarırlar.  Bu  isə  gəncləri  birlikdə  dərs  hazırlamaqdan,  küçədə  getməkdən,  hətta  sinifdə  bir  partada  oturmaqdan  çəkindirir.

 Qızla  oğlanın  dostluğu  məzmunu  və  forması  etibarilə  oğlanla  oğlanın,  yaxud  qızla  qızın  dostluğundan  müəyyən  dərəcədə  fərqlənir.  Qızla  oğlan  arasındakı  münasibətin  formalaşmasında  cinsi  amillərin  müəyyən  rol  oynaması  ilə  əlaqədar  o,  adi  dostluğa  nisbətən  daha  mürəkkəb  səciyyəyə  malikdir.Ailə  şəraitində  qızla  oğlan  arasındakı  yoldaşlıq  və  dostluq  münasibətlərinin  tərbiyəsi  sahəsində  qarşıya  çıxan  çətinliklər  də  məhz  buradan  irəli  gəlir.

 Lakin  bəzi  ata-analar  öz  qızlarının  oğlanlarla  dostluğundan  təşvişə  düşür,  belə  dostluğu  qızlarına  qadağan  edirlər.  Çünki  namus  və  qadın  ləyaqəti  haqqında  köhnə  əxlaqi  anlayışlara  malik  valideynlər  oğlanlarla  qizların  dostluğunda  qeyri-sağlam,  təmiz  olmayan  cəhətlər  axtarır,  hətta  bəzən  onu  əxlaqsız  sanırlar.

 Oğlanlarla qızlar arasında dostluq

Valideynlər  qızlarla  oğlanların  dostluğunun  qarşısını  almaq  üçün  qadağan,  güdmə,  ələ  salma  və  s.  kimi  yollardan  istifadə  etməklə  uşaqların  bir-birinə  olan  təmiz  və  pak  dostluq  münasibətlərini  eybəcər  hala  salırlar.  Belə  hallarda  oğlan  və  qız  adi  yoldaşlıqdan,  bir-birlərinə  hörmət  və  köməkdən  çəkinir,  məcburiyyət  qarşısında  qalıb  gizlində  dostluq  etməyə  başlayırlar.  Bu  isə  təhlükəli  haldır.
Oğlanla  qızın  gizli  yerlərdə  görüşü  qorxu  içərisində  keçir. Belə  bir  şəraitin  təsiri  ilə  qızla  oğlan  arasındakı  dostluğun  məzmunu  məhdudlaşır. Onda  əqli  amillərdən  çox  hissi  amillər  daha  mühüm  rol  oynayır. Oğlan  və  qız  nəinki  qorxduqları,  həm  də  gec-gec  görüşdükləri  üçün  bir-birinə  baxdıqda  güclü  hisslər  keçirirlər.Beləliklə,  oğlanla  qız  arasındakı  münasibət  sırf  sentimental  ovqata  çevrilir.Ona  görə  də  oğlanlarla  qızların  dostluğuna  qayğı  ilə  yanaşılmalıdır. Lakin  bu,  heç  də  məsələyə  laqeyd  və  etinasız  yanaşmaq,  onu  nəzarətsiz  buraxmaq  demək  deyildir.
Oğlanlarla qızlar arasında dostluq
Ailədə  oğlanlarla  qızlar  arasında yoldaşlıq  və  dostluq  tərbiyəsində  təsadüf  edilən  əsas  nöqsanlardan  biri  də  onların  sərbəst, başlı-başına  buraxılmasıdır. Valideynin  uşağına  həddən  ziyadə  sərbəstlik  verməsi  zəruri  hallarda  belə  hörmət  pərdəsini  aradan  qaldırmamaq  naminə  özünü  görməməzliyə  vurması  ciddi  səhvdir.Uşaqların  dostluğuna  valideyin  təsir  etmədikdə,  ona  təsadüfi  adamlar  istiqamət  verirlər.Bu  isə  pis  nəticələnə  bilər.Valideyn  bilməlidir  ki,  oğlanla  qız  arasindakı  dostluğu  vaxtında  düzgün  istiqamətləndirmədikdə  o,  müvafiq  şəraitdə  asanlıqla  qeyri-yoldaşlıq  münasibətinə  çevrilər.
11 mart 2013
GO BACK