Qadin.NET / Həqiqət acı olsa da...

Həqiqət acı olsa da...

Həqiqət acı olsa da...

Bir əfsanəyə görə, həqiqət çox çirkin olur, amma onu anlayanlar çox gözəl olduğunu söyləyirlər.  Hər şeyin həqiqi olması, onun özü üçün dəyişməz olan vücudunun gözəlliyidir. Hər cismin də dəyişməz bir həqiqəti var, yəni gördüyümüz kimidir, o vaxta qədər ki, bir insan tərəfindən dəyişdirilməsin... 

Bəs  haqqı danan, dilinə düz söz gəlməyən insanları necə, dəyişmək olarmı?

 İki nəfər bir-biriylə mübahisə edir. Öz bildiyini, məntiqini qəbul etdirməyə çalışır. Heç düşünürsünüzmü bəlkə də onlardan biri ola bilsin ki, lap ikisi də özünü kiməsə göstərmək üçün çənə-boğaza çıxıb? Bu düşüncə insanda obyektivlik hissini öldürür, yəni sən də daha doğru olanı deyil, sənə sərf edəni söyləmək, qarşı tərəfi dolaşdırmaq üçün susdurmaq istəyirsən.  

Səbəbi isə kiminsə xoşuna gəlməkdir. Yalan sözlərlə kiminsə xoşuna gələ bilər. Sonra yalanı üzə çıxsa necə? O insan kimi necə formalaşacaq başqalarının gözündə?
Qəribə görünsə də bu cür və ya başqa buna oxşar münasibətlər məktəbli uşaqlardan tutmuş, saçı ağarmış bir çox adamların da başına gələ bilər.
"Kiminsə xoşuna gəlmək" çox pis vərdişdir. Bu vərdiş uşaqlıqdan beyinə psixoloji olaraq yeriyir və insanı şeytana çevirir.
Həqiqət acı olsa da...
Həqiqət başa bəla olsa belə, ondan imtina etmək çox günah sayılır.  Bütün haqqı qucaqlayan bir həqiqətin olması Allah deməkdir.
Əgər söhbətə müdaxilə edib, həqiqəti söyləməyəcəksənsə onda sus. Əsas olan həqiqətin tərafdarı olmaqdır, haqqı söyləməkdir.
Qoy buna görə hər kəs səndən üz döndərsin, təki Allahın yanında üzün ağ olsun.  Nə qədər ki, yalan ayaq tutur, amma yerimir.
Haqq  gec də olsa,  öz yerini tapır. Həqiqətdən qaçmaq, insana olan inamı zədələyir, onun haqqında olan müsbət insani keyfiyyətlərə xələl gətirir. Həqiqəti danan insanla heç kim, hətta yalançı insan olsa belə, yol yoldaşı olmaz, dərdini, sirrini bölüşməz. 
Həqiqət acı olsa da...
Bir nəfər Peyğəmbər(s)-ın yanına gəlib deyir:
-Üç günah etmişəm, zina, içki, yalan.
Peyğəmbər(s) adama deyir;
- Mənim üçün yalanı  bir də ağzına alma.
-Yaxşı-deyərək adam gedir və bir də yalan danışmır.
Amma bir gün o biri günahları etmək istəyəndə öz-özünə;
-Əgər bu günahları etsəm, Rəsulallah soruşanda, bəli desəm, günahım aşkar olacaq, yox desəm, onda da yalan demiş olacağam.- deyir və o biri günahlarından da əl çəkir.
Təki, hər kəs öz vicdanı ilə baş-başa qalıb, özünü sorğu-suala tuta biləydi.  Həqiqət olan Allaha sığınıb, günahları üçün dua edə biləydi.
23 mart 2016
GO BACK