XOŞBƏXTLİK: Yayın ən istisində sərin bir dənizdədir, bir agac kölgəsindədir.
XOŞBƏXTLİK: Yalın ayaqla qaçılan nəmli çəmənlərdədir.
XOŞBƏXTLİK: İsti bir günün sonunda əsməyə baslayan sərin bir yeldədir.
XOŞBƏXTLİK: İncə belli stəkanda içilən dəmli çayın dadındadır.
XOŞBƏXTLİK: İzah edilən bir lətifənin ardından gələn qəhqəhədir. İzlənən bir filmdə tökülən gözyaslarıdır.
XOŞBƏXTLİK: Günün ilk aydınlığında, gecənin son qaranlığındadır.
XOŞBƏXTLİK: Ananın oxsayışında, atanın baxışında, körpənin gülüşündə, sevgilinin toxunmasındadır.
XOŞBƏXTLİK: Düşünüldüyü zaman gülümsədən uşaqlığa dair bir xatirədədir.
XOŞBƏXTLİK: Bir kitabda, bir jurnalda görülən bir sözün əzbərlənib dəfələrlə deyilməsindədir.
XOŞBƏXTLİK: Sevdiyin üçün, heç bezmədən bəslənən ümiddədir.
XOŞBƏXTLİK: Bir çiçəyin yarpağında, bir kəpənəyin rəngarəng qanadındadır.
XOŞBƏXTLİK: Günəşin sarısında, gecənin qaranlığındadır.
XOŞBƏXTLİK: Məsafədən asılı olmayaraq sevgini böyüdə bilməkdədir.
XOŞBƏXTLİK: Kiçik bir dalaşmadan sonra kimin haqqlı olduğunu düşünmədən sevgiliyə deyilən "səni sevirəm" sözündədir.
XOŞBƏXTLİK: Savaddadır. Hər şeyi öyrənəbilmə səyindədir.
XOŞBƏXTLİK: Bir eşq mahnısının melodiyasındadır. Yuxuya gedərkən oxunan romanın səhifələrindədir.
XOŞBƏXTLİK: Acılarına, hüznlərinə, çətinliklərinə baxmayaraq, qayğısızca və bağıraraq "yaşayıram" deyə bilməkdədir.
XOŞBƏXTLİK: Bölüşməkdir,azadlıqdır,inanmaqdır,fədakarlıqdır,dinləyə bilməkdir,hörmət etməkdir.
Sizcə nədir XOŞBƏXTLİK???