Qadin.NET / Sevgiyə həsrət

Sevgiyə həsrət


Kiçik qız anasıyla gedərkən birdən dayandı.Yağışın damlasıyla islanan eynəyini çixardaraq baxdığı şey, atasıyla birgə velosipedlə gedən bir başqa qız uşağı idi. Velosipedin arxa tərəfindəki döşək üzərində oturan qız düşməmək üçün atasına möhkəm-möhkəm sarılmış və soyuqdan qızaran yanaqlarını onun kürəyinə dayamışdı. Atasının arabir yana dönərək söylədiyi sözlər kiçik qızı güldürürdü.

  Kiçik qız velosipedin arxasınca baxarkən anası bunu görüb:

 -Evdəkilər azmış kimi gözün hələ velosipeddədir - dedi.

 Kiçik qız sakit səslə: 

-Velosipedə deyil, qıza baxırdım - dedi. - Atası o vəziyyətdəykən hələ qızıyla söhbət də edir.

Sevgiyə həsrət

 Anası elə bil kiçik qızı eşitmirdi.Onun tüklü papağını düzəldərək dedi:

 -Yoldaşların bu havada belə məktəbə gedib gəlir.Halbuki, atan işə gedərkən bir neçə dəqiqəsini də olsa ayırıb səni maşını ilə gətirir.

 Qızın gözü yenədə velosipeddəydi. Qadın lağla:

-İstəsən atan da səni velosipedlə gətirsin - dedi. - Çox gözəl yaraşar, elə deyilmi? 

 Kiçik qız inci dənələri kimi süzülən göz yaşını anasından gizlətməyə çalışaraq:

- Çox istəyərdim - deyə cavab verdi. - Bəlkə də beləliklə atama sarılardım...

 

Əziz xanımlarımız, bu qısa hekayədən hansı nəticəni çıxardığınızı bizimlə bölüşün.

12 yanvar 2013
GO BACK