Görəsən bizim qəlbizi fəth etməyi bacaran "qəhrəman" əslində kimdi?Sevən insanın gözü kor olar,demişlər.Sevdiyimiz bizim gözümüzdə ən ideal kişi olub həmişə.Amma istəsək,azacıq müşahidə etsək tanıya bilərik onları.Biz yanlarında olmadıgımız zaman onların qadınlara olan marağı,onların nə dərəcədə sadiqliyi haqda az da olsa təsəsvvürümüz olar.Sadəcə müşahidə etmək kifayətdi.Görəsən o Centlmendi,ya Donjuan?
1.Centlmen özünü necə aparmağı bilir.Don Juan isə özünə tərəf necə çəkməyi bilir.
2.Centlmen sözünün,Don Juan isə işinin ağasıdır.
3.Centlmen-zəifləmiş Don Juandır.
4.Centlmen həmişə qadını buraxar,Don Juan isə bir qadın belə buraxmaz.
5.Centlmen qadını öz xasiyyəti ilə,Don Juan isə addımları ilə cəlb edir.
6.Centlmen elə sevir ki,sanki heç caxt ölməyəcək,don Juan isə elə sevir ki,sanki sabah öləcək.
7.Centlmenhər səhər üzünü qırxır,Don Juan isə hər axşam.
8.Centlmen müasir geyinir,Don Juan isə tez geyinir.
9.Əgər qadın yıxılarsa,Centlmen onu qaldırmağa hər zaman kömək edəcək,Don Juan isə onun yanına yıxılacaq.
10.Qadına görə Centlmen əlcəyini soyunub atar,Don Juan isə hər şeyini...
Bunlar Centlmenlə Don Juanın kiçik fərqləridi Yəqin ki,hamı sevdiyinin Centlmen olmasını istər.Realda isə Don Juana maraq göstərənlər daha çoxdu nədənsə.
Bəs siz necə düşünürsünüz?Centlmen,ya Don Juan?