Mənfi düşüncələrdən xilas olmaq üçün necə hərəkət edə bilərik? Beynimizdən mənfi düşüncələri ataraq, həyata necə daha müsbət baxa bilərik? Davamlı pul haqqında narahatlıqları olan və hər gün bank hesabını idarə edənlərdənsinizmi? Hətta siz fərqində olmasanız belə bu mövzular açıldığında həddindən artıq reaksiya verə bilər və çox xoşbəxtkən çox durğun bir ruh halına sahib ola bilərsiniz. Qarşınızdakıların bu mövzuda sizə xəbərdarlıq edirsə diqqətə alın. Və bu vəziyyəti sovuşdurmağa çalışın,çünki yersiz narahatlıqlar və qorxularınız gərəksiz zaman itkisinə səbəb olar.
Özünüzü çox düşünərkən gördüyünüz anlarda diqqətinizi dağıdacaq bir fəaliyyət tapın.
Bir fəaliyyət tapmırsınızsa gərginlik filmi izləyin. Araşdırmalara görə, bu cür filmlər izlədiyinizdə beyniniz və bütün duyğunuz tamamilə yaşadığınız ana, o an izlədiyiniz filmə diqqət yetirir.
Harada nə vaxt hərəkət etməniz lazım olduğunu bildiyiniz lakin qorxudan bir addım ata bilmədiyiniz bir vəziyyətlə qarşı -qarşıyasınız, çox kiçik bir addım olsa belə nə olursa olsun hərəkətə keçin.
Davamlı ümid etmək, diləmək və ya dua etməklə heç nə əldə etmək olmaz. Yalnız olduğunuz yerdə dayanarsınız. Lakin kiçik bir addım belə olsa bunu bacarmaq sizi cəsarətləndirər və daha böyük addımlar üçün özünüzə güvənmənizi də təmin edər.