Qadin.NET / Kaş ki, gələn sən olaydın...

Kaş ki, gələn sən olaydın...

Kaş ki, gələn sən olaydın!

 

  Bəzən insan üçün elə anlar olur ki,o anlarda insan sadəcə yanında valideynlərini görmək istəyir.Əslində hər an onlara ehtiyacımız var.Amma bir də həyatın ən pik nöqtəsi var. Elə anlar ki, yanında səni dəstəkləyən, səni yola salan, səni etdiyin işə görə danlamaq əvəzinə başa salan, gözlərini yaşlı görəndə silən... Eh ... çoxdu sadalamaqla bitmir. Bəzilərimizin qisməti elədir ki, həyatımızın bir yerində valideynlərimizi itiririk. İstəməsək də... Amma bəzən də onlardan uzaqda oluruq. Qurduğumuz ailəyə görə, təhsilimizə görə, qazanc əldə edə bilmək üçün. Həyatda olmayanlar üçün "Kaş ki",deyib davam edirik.

 

  Ana, bu gün ilk dəfə aşiq olduğumu anladım. İndi mən nə edəcəm? Kaş sən indi yanımda olaydın. Mənə yol göstərəydin.

 

a
 

 

 

 

Ata, bu gün ilk dəfə məktəbə getdim.Kaş yanımda indi sən olaydın.Mənimlə fəxr edəydin.

 

 

 

Ana, bu gün ana oldum...İndi sənə o qədər ehtiyacım var.Sənin dəyərli məsləhətlərinə.Kaş qapım açılsa gələn sən olasan.

 

 

 

Ata,bu gün gəlin köçürəm.Kaş qoluna salıb məni evindən, ər evinə sən yola salaydın.İndi belə məyus olmağımın səbəbi sənsizlikdir.

 

 

Ana,bu gün çox xəstəyəm.Kaş yanımda olaydın.Şəfalı əllərinlə məni sağaldardın.

Sənin isti nəfəsinə,şəfalı əllərinə çox ehtiyacım var.

 

 

Ata,bu gün əsgər gedirəm. Kişilik məktəbi oxumağa, öyrənməyə  gedirəm. Yanımda çox qohumlarım, dostlarım var.

Amma sən yoxsan. Kaş indi məni yola salan sən olaydın.

 

 

Ana-ata,kaş indi burda olsaydınız sizi yaşadığım şəhəri gəzdirərdim. Mənim gördüyüm gözəlikləri siz də görərdiniz.

Məndən nigaran qalmayın.Sevdiyimlə çox xoşbəxtəm.

 

Ana-ata,hardasınız? Kaş ömür vəfa edəydi. Övladımın xoş günündə yanımda olardınız. İndi yoxluğunuzu daha yaxşı duyuram. Hiss etdikcə sanki canımdan can qopur.

 

 

 

Həyat belə çətinliklərin və sınaqların olduğu bir savaşdır. İtiririk, qazanırıq. Yıxılaraq, duraraq həyat yollarında irəliləyirik.

Bəzən göz yaşıyla bəzən də sevinclə. Bir misal var deyirlər ki, özün ana-ata olmayınca ana-ata qədri bilməzsən.

Kaş hamımız vaxtında dəyər verək. Yoxluqları ilə savaşmaqdansa, varlıqları ilə həyatımızdakı dəyərlərini anlayaq.

Allah heç birimizə valideyn acısı yaşatmasın İNŞALLAH.

 

 

9 noyabr 2012
GO BACK