Qadin.NET / Hörümçək toru

Hörümçək toru

Qəddar və günahkar insan vəfat edir.Cəhənnəmin qapısında onu mələk qarşılayır.Mələk deyir:"Cəhənnəmə getmək istəməyəcəksən bilirəm. Əgər indi həyatın boyu etdiyin cəmi bir yaxşılığı yadına salıb, mənə desən, bu kifayət edərki bağışlanıb, Cənnətə düşəsən".

 

Hörümçək toru

Kişi həyacanla fikirləşir,bütün qohumlarını,dostlarını, ətrafında olan insanları xatırlayır, onlara nə vaxtsa yaxşılıq etdiyi yadına düşmür.Vaxtı bitir, o xilas üçün bir səbəb tapa bilmir.

 

Hörümçək toru

Kişini Cəhənnəmin qapısından içəri atmaq istəyirlər ki,o qışqırır: "Dayanın xatırladım. Bir dəfə meşədə gedirdim, yolumun üstündə tor qurmuş hörümçəyi gördüm, mən ordan ehtiyyatla keçirdim ki, onun yuvası pozulmasın". Mələk gülümsəyir, bu vaxt göydən bir hörümçək gəlir,öz torundan həmin adama uzadır. Adam ipdən yapışıb Cəhənnəmdən yuxarı, Cənnətə qalxmağa başlayır.

Hörümçək toru

 

Bu vaxt aşağıda olan digər  günahkar insanlar da torun aşağısında yapışıb, xilas omaq üçün imdad istəyirlər. Bir neçəsi tordan tutub qalxır. Kişi qorxur: "Birdən adamlar ağırlıq edər, ip qırılar". Özünü xilas etmək üçün o, ayağı ilə aşağıdan gələn insanları yerə itələməyə başlayır. Bu vaxt həqiqətəndə ip qırılır və kişi Cəhənnəmə yuvarlanır.

Son anda onun qulağına Mələyin səsi gəlir: "Təəssüf.Sənin qorxun və narahatlığın qəzəbə və paxıllığa çevrildi, sən yenə də pis əməlindən qalmadın. Son anda heç olmasa bir-iki insana yaxşılıq etmək şansını da əlindən qaçırtdın. Bu hərəkətinlə bütün ömrün boyu etdiyin o bircə yaxşılığıda itirdin".

Hörümçək toru

    Bu ibrətamiz hekayədə də işarə edilir, insan hər an yaxşılıq etməyə çalışmalıdır. Sən yaxşılığını et qədrini bilməsələr, yaxşılığını qiyməyləndirməsələr belə, Allah hər şeyi yaxşı eşidir və görür.

 

14 yanvar 2013
GO BACK