Qadin.NET / Professorun sualı

Professorun sualı

Professorun sualı

Cambridge Universitetinin psixologiya üzrə professoru mühazirə əsnasında tələbələrinə belə bir sualla müraciət etmişdi. 

-Niyə görə insanlar mübahisə edərkən qışqırırlar?

-Ona görə ki, sakitliyi itirirlər - deyə tələbələrdən biri cavab verir. 

-Niyə görə axı yanındakı insana qışqıraraq cavab verməlisən?

Tələbələr bu suala müxtəlif cür cavablar versələr də heç biri professoru qane etmədi. Nəhayət, bunun niyə baş verdiyini professor özü başa salmağa başladı. 

- İnsanlar bir-birlərinə acıqlıykən və mübahisə edərkən ürəkləri arasındakı məsafə çoxalır, bu məsafəni örtmək, bir-birlərini eşitmək üçün onlar qışqırmalı olurlar. Tərəflər nə qədər çox acıqlıdırsa, bir o qədər bərk qışqırırlar. 

Bəs insanlar sevərkən nə baş verir?  

Professorun sualı

Bu zaman insanlar qışqırmırlar, əksinə, asta danışırlar, çünki ürəkləri bir-birinə çox yaxındır və onlar arasındakı məsafə də kiçik olur.

Daha artıq sevəndə isə pıçıltı ilə danışaraq sevgilərinə daha yaxın olurlar. 

Nəhayət, elə bir an gəlir ki, bu zaman heç pıçıltıya belə ehtiyac qalmır. İnsanlar bir-birinin gözlərinə baxaraq, hər şeyi sözsüz başa düşürlər. Bu, iki əsl sevən insan arasında baş verir. 

Buna görə də mübahisə edərkən ürəklərinizin bir-birindən aralanmasına izn verməyin. Onlar arasındakı məsafəni uzadacaq kəlmələrdən istifadə etməyin. Gün gələr, o məsafə elə böyük olar ki, geri qayıdacağınız yolu itirmiş olarsınız... 

 

24 mart 2016
GO BACK