Qadin.NET / Dəyişmək

Dəyişmək

Dəyişmək

 

İnsanlar 18 yaşına kimi demək olar ki, valideynlərinin çevrəsində olurlar. Yəni onlar nə dedi, nə məsləhət bildi uşaqlar onların dedikləri ilə oturub-dururlar. Bu misralar əsasən xanımlara aiddir. Çünki oğlan uşaqları qızların 18 yaşında tapdığı azadlığı demək olar ki, 15 yaşında tapırlar. Uşaqlar müəyyən yaşa gəldikdən sonra, artıq sərbəst qərar ala bilirlər, istədiklərini etməkdə sərbəst olurlar. Müəyyən müddət sonra həyatımıza yeni transfer edirik. Yeni transfer olunmuş bu şəxsə 1 nömrəli futbolka veririk vo o həyatımızda bir çox dəyişiklik edir. Ancaq bəzi istisnalar, bəzi vərdişlərimiz var ki onlardan vaz geçə bilmirik. Kimisində bu vərdişlər dost-tanış, əlaqə, kimisində internet, kimisində geyim və s….Və beləliklə 2 yol arasında qalırıq.
Ya həmin insanla yeni həyat quraraq vərdişlərimizdən əl çəkməliyik, ya da o insani həyatımızdan çıxararaq həyatımıza olduğu yerdən davam etməliyik.
Sizə isə sualım belədir, əziz xanımlar:
Sizcə insan kiməsə görə dəyişə bilər? Və yaxud siz kiməsə görə həyatınızda dəyişiklik etmisinizmi?
8 sentyabr 2010
GO BACK