Qadin.NET / Şeytandan gələn məktub

Şeytandan gələn məktub


Səni dünən gündəlik işlərini edərkən gördüm. Namaz qılmadığın, dua etmədiyin bir gün daha keçdi. Hətta yemək yeyərkən və yatarkən belə dua etmək üçün vaxt ayırmadın.Çox nankorsan! Səninlə fəxr edirəm. Mənimlə olduğun üçün çox xoşbəxt olduğumu deyirəm.Xatırlayırsan? İllərdir bir yerdəyik, amma səni hələ də sevmirəm. Doğrunu demək lazımdırsa, sənə Allaha nifrət etdiyim üçün nifrət edirəm.  Allah məni Cənnətdən çıxartdığı üçün mən də səndən istifadə edirəm. Allahın mənə etdiklərini ödəyənə qədər səndən istifadə edəcəyəm, ondan sonra sən də rədd olub gedə bilərsən. 

Bilmirsən, ay axmaq. Allah səni sevir, amma sən həyatın boyu mənim yanımda idin. Bunun üçün də səni mükafatlandıracam. Həyatının pis olmasını təmin edəcəyəm. Biz ikimiz birlikdə olduqca bu, Allahı çox kədərləndirəcək. Vaxt keçdikcə sənin həyatını kimin idarə etdiyini  Ona göstərəcək. Və bu, sənin sayəndə olacaq. 
Keçirdiyimiz gözəl günləri xatırla, insanları necə aciz görürdük, onlara qarğış edirdik, oğurluq edirdik, ikiüzlü davranırdıq, məscidə getmirdi,k dedi-qodu edirdik... Bunların hamısını itirmək istəməzsən, deyilmi? 
Gəl, ay axmaq! Sonsuza qədər birlikdə yanaq! Sənin üçün çox şeylər fikirləşirəm. Bu məktubu sənə nə qədər dəyər verdiyimi söyləmək və həyatının böyük hissəsindən istifadə etməyimə icazə verdiyin üçün təşəkkür kimi yazıram. 
Axmaq, bəzən sənə çox gülürəm. Elə axmaqlıqlar edirsən ki, mənim belə mədəmi bulandırırsan. Sən belə davam et. Yeni nəslə yalançılığı, aldatmağı, qumarı və məscid yerinə diskotekalara getməyi öyrət. Sən bunları onların yanında et ki, onlar da səni nümunə götürsünlər. Bir müddət sonra onlar da eynisini edəcəklər. 

Nə isə, indi getməliyəm, amma bir neçə saniyə sonra təkrar səni görməyə gələcəyəm. Azca ağlım olsaydı, tövbə edərdim ​​və yaşayacağın bir neçə ili də Allahla birlikdə keçirərdim. 
Bir kimsəni xəbərdar etmək fikrim yoxdur əslində, amma səni tanıyıram. Sən onsuz da mənim yanımdan ayrılmazsan. Sənin yaşında olan bir insanın hələ günah işlətməyə davam etməsi axmaqlıq olsa da. Məni səhv başa düşmə, sənə hələ nifrət edirəm və bu, belə davam edəcək. Məni həqiqətən sevirsənsə, təbii ki, bu yazını kimsəyə göstərməzsən. Ölüm bizi görüşdürənə qədər.

İmza: Şeytan

 

 

Amma müsəlman bacı və qardaşlarım biz bu məktubu hamıya paylayaqcrying

13 yanvar 2013
GO BACK