Qadin.NET / Məşhur teorem sonunda isbat olundu

Məşhur teorem sonunda isbat olundu

Məşhur teorem sonunda isbat olundu



Qadınlar sevgilisi və ya evli olan kişilərdən daha çox xoşlanır, bir əlaqəsi olan kişilər onlara daha cazibədar gəlir

Amerikada olan Oklahoma Universitetində edilən araşdırmaya görə, qadınlar "çətin və ya əldə edilməsi qeyri-mümkün" kişilərdən daha çox xoşlanır. Mütəxəssislər buna "Angelina Jolie sindromu" adını verdi.

Kişilər üçün isə, bir qadının "evli ya da subay" olması fərqinə varmır...

Oklahoma Universiteti tərəfindən edilən araşdırmaya təxminən 500 qadın qatıldı. İki qrupa ayrılan qadınlara eyni kişilərin fotoşəkilləri verildi. Bir qrupa baxdıqları fotoşəkillərdəki kişilərin evli olduğu, digərlərinə də subay olduğu deyildi. Araşdırmanın nəticəsinə görə, ortalama bir kişi "subay" olduğu deyildiyində qadınların yüzdə 60ı tərəfindən bəyənildi.

Ancaq bu kişinin evli olduğu açıqlandığında, bu dəfə qadınların 90%-i eyni kişini cazibədar tapdıqlarını açıqladı. Mütəxəssislərə görə, qadınların evli kişilərin arxasında qaçmasının səbəbi tamamilə təkamüllü. Buna görə əgər bir kişi bir qadın tərəfindən "seçilmişsə" digər qadınlar, bu kişidə "bir şey" olduğunu düşünür. Bir qadının bir kişini seçməsi, digər qadınlardan tərəfindən "Bu kişi subaylardan daha qiymətli" hissi yaradır.

Fikirlərinizi bildirməyi unutmayın
6 sentyabr 2010
GO BACK