1.Çox anlayışı,fərasətli,ağıllı,qətiyyətli,sağlam xarakterli,vəfalı,dürüst olması;
2.Əsla qəzəblənməyən,əsəbləşməyən,acı danışmayan,güzəştə gedən,səbrli, bağışlayan,xoşməramlı;
3.Çətin anlarda,sıxıntılı zamanlarda onu tək qoymayan,əlidən gələn köməyi edən,lakin əsla minnət qoymayan,çox fədakar,lazım gələrsə özünü belə düşünmədən fəda edən;
4.Çox ağıllı,vicdanlı,ədalətli,mərhəmətli,mülayim,səmimi,gözəl sözlü,gözəl üslublu,hadisələri təfərrüatlı şəkildə görən,özünü qarşı tərəfin yerinə qoyub düşünən,vəziyyətdən anlayan;
5.Özünə deyil, sevdiyinə üstünlük verən,sevdiyi insanların xoşbəxtliyi,rahatlığını,istəklərini öz istəklərindən üstün tutan;
6.Özünün deyil, sevdiklərinin haqqını müdafiə edən,öz qürurunu,mənliyini deyil,qarşı tərəfi ön plana çəkən və hörmət edən.
Bütün insanlarin ruhunda bu cür mükəmməl insan axtarışı var .Ancaq insan əksər hallarda ancaq özünün belə gözləntisi olduğunu zənn edir, amma zənnində yanılır. İnsan qarşı tərəfədən nə gözləyirsə,qarşısındakı insan da ondan eyni əxlaqı, ideallığı gözləyir. Amma unutmayın ki, bu xususiyyətlərin bəziləri insanlarda var.Həyatda hami səhv edir və əsl ideal insan yoxdur. Gəlin düşünək ki,bu dünyada hamı idealdır, heç kim heç kimə pislik etmir, heç kimin arxasınca danışmır. Amma mənim fikrimcə, pislik olmasa yaxşılığın dəyəri olmaz. Şair boşuna deməyib:
Olmasa idi dünyaca dərdim,
Dərdin yoxluğunu mən dərd edərdim.
Əziz xanımlar, bəs siz necə fikirləşirsiniz, bu dünyada hamı yaxşı olsaydı necə olardı?