Həmişə bir məsələ məni çox düşündürüb,axı niyə hamı toylarda "Yanıq Kərəm”yə oynayır.Bu məsələyə gözəl şairimiz Nüsrət Kəsəmənlinin şerində də rast gəldim.Nec ədə ürək ağrısı ilə yazıb.....
Oynayın, unudun kədəri,qəmi,
Qönçə əlləriniz gül açır, qızlar.
İçindən qovrulur “Yanıq Kərəmi”,
Alışıb Əslinin gileyi sızlar...
“Vağzalı” çalınır ,
saxladırsınız,
“Yanıq Kərəmi”yə sifarişmi var?
Əslinin ruhunu ağladırsınız,
Kərəmin dərdinə oynayan qızlar.
Tardan nalə qopdu,
Kaman inlədi,
Keşişin yenə də eyni açılmır.
Sizin yaxanızın qırıldı bəndi,
Əslindən hələ də düymə açılmır.
Kərəm od götürür,
Kərəm alışır,
Nağara Fərhadın külüng səsidir.
Musiqi bir dərdli eşqdən danışır,
Hər səda Kərəmin son nəfəsidir.
İçimdə çatılıb bir od,bir ocaq,
Neyləyim ,məclisdən çıxa bilmirəm.
Dərddən oynayanı görmüşdüm, ancaq
Dərdə oynayana baxa bilmirəm...
Məclisin başında qoşa şam yanır,
Gözəldir sevgini od bəzəyəndə;
“Yanıq Kərəmi”dən qəm qanadlanır
Ürəkdə məhəbbət öləziyəndə...
Alışıb xumardan süzülür gözlər,
Gözlər baxışlarla öpüşəcəkdir.
İnsafınız olsun,
Dayanın,qızlar!-
Kərəmin qəbrinə od düşəcəkdir.
Məclisdə dolanır sirli bir kölgə,
Leylinin bağrını üzəcəksiniz.
Bir vaxt gələcək ki.,
deyirəm bəlkə
Məcnunun ahına süzəcəksiniz...
Bu haqda siz nə fikirləşirsiniz???