İradə vicdanın başlıca ünsürlərindən biridir. Hər hansı işi görüb-görməmək məsələsində qərar qəbul etmə gücü və ya " yönəlmə" adlanan "iradə muxtariyyatı" insanlığın şuarı və əxlaqın əsaslarından biridir. O olmasa, nə fəzilətdən, nə də insanlıqdan danışmaq olar. İnsanın iradə şüuru onun özünü dərk etməsi deməkdir. Bunun əksi isə fərdin deformasiyası və mənəvi pozulmasıdır ki, bu da onun hərəkətlərini qətiyyətsiz, düşüncələrini isə dağınıq, qeyri-müəyyən edir. O, bu qərarsızlıq və çaşqınlığından əl çəkməsi üçün dönüb yenidən özünü kəşf etməli və iradəsi ilə vəhdət halına gəlməlidir. Yoxsa nə onun ruhunda qətiyyət, nə də hərəkətlərində tənasüblük, nə də özünə dönüş səyləri olar.
İradəli hərəkət ilk plan və qərardan asılıdır. Varlıqlar arasında iradəli hərəkət yalnız və yalnız insana xas keyfiyyətdir. Cüzi iradəsini Yaradanin sonsuz iradəsi ilə bütünləşdirən insan hüdudsuzluq əldə edir, iqtidarsız ikən güclü, aciz ikən qüvvətli, heç ikən bir varlıq olur! İnsan iradəsi məhdud olsa da, haqqın sonsuz iradəsinin bir təsəllisidir. İradənin layiqincə istifadə etmək, ona lazımı dəyəri vermək böyük əhəmiyyət kəsb edir.
İradə - xarakterin aparıcı xüsusiyyətidir.
İradə- insanın hərəkətlərinin şüurlu şəkildə idarə etməsidir.
Öz istək, zəiflik, vərdişinə qarşı çıxaraq düşünülmüş addım atmaqdır. Digər xüsusiyyətlər kimi, iradə də bir neçə elementdən əmələ gəlir; qərarlılıq, inadkarlıq, özünü idarə və s. İradə demək olar ki, hər bir kəs də var, hətta özünü zəif adlandıranlarda da. Amerika alimlərinə görə, iradə əzələ gücü kimidir. Əzələ kimi onu da gündən-günə inkişaf etdirmək olar. Əzələ kimi iradə də böyük yükdən yorula bilər.
İradədən layiqincə istifadə edib, ona lazımı dəyəri vermək böyük əhəmiyyət kəsb edir. Qəlbi canlı saxlamaq, min bir müsibətə müqavimət göstərmək və şəhvani arzuları boğub insanlığı dərk etmək yenə də iradənin dili və duası ilə mümkündür. Hər bir yüksəliş prosesi iradənin gücündən asılı olduğu kimi, hər tənəzzül və çökmə də iradənin zəifliyindən doğur. Həyatın hər mərhələsində insan oğlunun zəifliyindən doğan problemləri yalnız iradənin gücü ilə aradan qaldırmaq mümkündür.
Əzm iradəsi ilə sonsuz mərhəmət Sahibi ilə irtibat quran insan, Allahın qüvvətinə arxalanmış, himayəsinə sığınmış və nəfsin uçurumlarına yuvarlanmaqdan qurtarmış olur.
Hər bir kəsə möhkəm iradə arzu edirəm.