Qadin.NET / Yaşadıqca...

Yaşadıqca...

Yaşadıqca...




5 YAŞ
Ana və atamın bir-birlərinə qışqırmalarının məni nə qədər qorxutduğunu öyrəndim.

7 YAŞ
İçki içərkən gülsəm içdiyimin burnumdan gələcəyini öyrəndim.

12 YAŞ
Bir şeyin dəyərini anlamanın ən yaxşı yolunun bir müddət ondan məhrum qalmaq olduğunu öyrəndim.

13 YAŞ
Anamla atamın əl-ələ tutmalarının və qucaqlaşmalarının məni daim xoşbəxt etdiyini öyrəndim.

15 YAŞ
Bəzən heyvanların ürəyimi insanlardan daha çox istilətdiyini öyrəndim.

18 YAŞ
İlk gənclik illərimin kədər, qarışıqlıq, iztirab və eşqdən ibarət olduğunu öyrəndim.

24 YAŞ
Sevginin ürəyimi qıra biləcəyini amma buna dəyər olduğunu öyrəndim.

33 YAŞ
Bir yoldaşı itirmənin ən kəsə yolunun ona borc pul vermək olduğunu öyrəndim.

36 YAŞ
Əhəmiyyətli olanın başqalarının mənim üçün nə düşündükləri deyil, mənim öz haqqımda nə düşündüyüm olduğunu öyrəndim.

38 YAŞ
Həyat yoldaşımın məni hələ sevdiyini, qabda iki alma qaldığında kiçiyini gotürməsindən anlaya biləcəyimi öyrəndim.

41 YAŞ
Bir insanın özünə olan güvəninin, müvəffəqiyyətini böyük nisbətdə təyin etdiyini öyrəndim.

44 YAŞ
Anamın məni görməkdən hər səfərində sonsuz xoşbəxt olduğunu öyrəndim.

46 YAŞ
Yalnız kiçik bir kart göndərərək belə birinin könülünü işıqlandıra biləcəyimi öyrəndim.

49 YAŞ
Hər hansı bir işi etdiyimdən daha yaxşı etməyə çalışdığımda, o işin yaradıcılığa çevrildiyini öyrəndim.

50 YAŞ
Sevgi, evdə çıxarılmamışsa, başqa yerdə öyrənmənin çox güc olabilecegini öyrəndim.

53 YAŞ
İnsanların mənə, icazə verdiyim şəkildə davrandıqlarını öyrəndim.

55 YAŞ
Kiçik qərarları ağlımla, böyük qərarları isə ürəyimlə almaq lazım olduğunu öyrəndim.

64 YAŞ
Xoşbəxtliyin ətir kimi olduğunu, özümə vurmadan başqalarına verə bilməyəcəyimi öyrəndim.

70 YAŞ
Yaxşı ürəkli və mehriban olmanın, mükəmməl olmaqdan daha yaxşı olduğunu öyrəndim.

82 YAŞ
Sancılar içində qıvransam belə başqalarına başağrısı olmamam lazım olduğunu öyrəndim.

90 YAŞ
Kiminlə evlənəcəyin qərarının həyatda verilən ən əhəmiyyətli qərar olduğunu öyrəndim.

95 YAŞ
Öyrənməm lazım olan daha xeyli çox şeylər olduğunu öyrəndim...


ALLAHDAN HAMINIZA HIYATDA UZUN ÖMÜR VƏ MƏNALI YAŞAMIAĞNIZI DILƏYİRƏM

29 iyul 2010
GO BACK