Qadin.NET / Kimə inanaq?

Kimə inanaq?

Kimə inanaq?

 Sizlərə iş yoldaşımın başına gələn əhvalatı danışmaq istəyirəm. Bunu eşitdiyim zaman məni çox düşündürmüşdü. Sizlər də oxuyun və nəticə çıxarın.

    Səhər işə yenicə gəlmişdim. Otağıma keçib masama oturmuşdum, elə bu zaman iş yoldaşım salamlaşmağa və xeyirli gün diləmək üçün otağa yanıma gəldi. Bir az söbətləşdik və mənə :

 

-Könül, dünən başıma gör nə iş gəlib.
-Nə olub?
-O gün həmişə olduğu kimi dərsdən çıxdım və həmişəki kimi yoldaşlarla sağollaşıb hər gün nəqliyyat gözlədiyim dayanacağa yaxınlaşdım. 2-3 dəqiqə olardı ki, avtobus gözləyirdim və elə bu zaman uzaqdan bir qadın diqqətimi çox çəkdi. Qadın asta addımlarla mənə yaxınlaşdı. Üst-başı səliqəli idi. Əlində çantası var idi. Yaşlı idi. amma üzündə çox məsumluq var idi.
-Qızım, salam
-Aleykum salam
-Qızım səhv başa düşmə məni. Evdən çıxarkən pul kisəmi unutmuşam. İndi də yolda qalmışam. Evim də çox uzaqdadır. Xaiş etsəm mənə evimə qədər getməyim üçün yol pulu verə bilərsən? Mən dilənçi deyiləm ha, sadəcə pulumu evdə unutduğum üçün və evə getməyə pulum olmadığı üçün səndən kömək istədim.
     Mən də cəmi 2azn pul var idi. Ondan 1azn qadına verdim və 1azn özüm üçün evə getməyə saxladım. Qadın pulu alıb təşəkkür edib yoluna davam etdi. Mən isə bu çarəsiz qadına görə pis oldum. Elə bu zaman avtobusa minib yola düşdüm. Yol boyu qadının çarəsiz halı və məsumluğu məni çox məyus etmişdi. Evə gəlib evdəkilərə bu əhvalatı danışdım.  Ailə üzvləri kimisi "güvənməməli idin", kimisi də "yaxşı iş etmisən" dedi.
    Səhər yenə də dərsdən çıxdım. Və həmişə olduğu kimi yenə eyni dayanacağa yaxınlaşdım. Elə bu zaman arxadan kiminsə mənə müraciət etdiyini eşitdim.
-Qızım səhv başa düşmə məni. Evdən çıxarkən pul kisəmi unutmuşam. İndi də yolda qalmışam. Evim də çox uzaqdadır. Xaiş etsəm mənə evimə qədər getməyim üçün yol pulu verə bilərsən, Mən dilənçi deyiləm ha, sadəcə pulumu evdə unutduğum üçün və evə getməyə pulum olmadığı üçün səndən kömək istədim
 Eyni səs tonu və eyni danışıq. Hətta eyni sözlər. Geri dönüb qadına baxan zaman:
-Aman Allahım eyni qadın!
O an dünənki baş verənlər, qadının dünən üzündəki məsumluq, ailə üzvlərimin fikirləri hamısı gözümün önündə canlandı. Qadın susduğumu görüb :
-Qızım mənə kömək edərsən?
Dediyi zaman :
-Xanım siz dünən də eyni ilə elə burda, eyni vaxtda mənə yaxınlaşmışdız. Hətta eyni sözləri dünən də mənə demişdiz.
Qadın özünü ititrərək :
-Aaa, mən dünən mənə yardım edən o qızı axtarırdım elə. Pulunu qaytarmaq üçün.
-Bəs nə üçün dünən dediyiniz eyni sözləri bu gün də deyirdiz? İndi siz deyin sizin kimi insanları görüb kimə  İnanaq?
Bu sözü deyib qadından dərhal uzaqlaşdım.
Bu hadisə mənə də çox pis təsir etmişdi. Mən də bu haqda çox düşündüm. İnsanlıq hara gedir? Biz kimə inanaq? İnanıb güvənib yardım edirsən, onda da insanı əfəl yerinə qoyurlar.
Allah bizləri qorusun
15 iyul 2012
GO BACK