Bismillah!
Fikr vermisinizsə ey gözəl bəndələr, çox vaxt insanlar bir-birini geyiminə görə qarşılayıb qiymət verir!
Belə bir misal var: "Adamı geyminə görə qarşılayıb, ağlına görə yola salarlar!"
Amma məncə bu misal düz deyil! Çünki geyimə görə adam qarşılamazlar! Az olmayıb ki, çox səliqləli və bahalı kostyum geymində olanlar oğurluq ediblər. Və yaxud yamaqlı geyimdə olan evliya yəni Allah dostu olub! Odur ki, hər kəsin Allahı birdir! Geyimi pis olanın da, yaxşı olanın da Allahı birdir! Çox adamlar insanları kimliyinə, vəzifəsinə, puluna görə seçir və qiymətləndirir. Lakin böyük yaradan Allah-təala insanlara kimliyindən, vəzifəsindən, əsil-nəcabətindən aslı olmayaraq yalnız imanına görə qiymət verir. Allah-təala imansız səxsi kor adama bənzədir. İmanlı görən adamla, heç kor adam eyni ola bilərmi? Əlbəttə ki, xeyr.
Bu hədisə nəzər salaq:
"İmanlı bir mömin evindən bir xalça satır. O xalçanın qiymətini bilmir və bazara çıxır. Alıcı qiyməti soruşanda o dəqiq qiymət bilmədiyindən təxmini bir qiymət deyir. Alıcı o dediyi qiymətə alır. Sonra həmin mömin öyrənir ki, xalçanı bir az baha satıb.
Həmin kişi düz bir il oturur bazarın ağzında ki, alıcını görsün pulunun artığını qaytarsın. Bir ildən sonra nəhayət həmin adam gəlir!
Mömin onun qarşısına çıxır və deyir:
-Yadındamı sənə xalça satmışdım? Bu da o pulun qalığı bir az baha satmışdım.
Hardasa bir ildi səni gözləyirəm! Halallıq ver.
Alıcı deyir:
-Vallah qardaşım indi yadıma düşür. Mənim yadımdan çıxmışdı."
Budur əsl iman! Təsəvvür edin cəmiyyətdə hər kəs belə olsa necə olar! Hər kəs biri o birinə inanar! Lakin indi elə bir vəziyyətdəyik ki, qardaş-qardaşa etibar etmir. Subhanallah! Allah cəmiyyətimizi pak etsin.
Müsəlmanları doğru yoldan azdırmasın! Amin!