Bir gün Amerikada Universitetlərin birində müəllim dərsə başlayarkən tələbələrə belə bir müraciət edir:
- Bir anlıq düşünün ki, bu gün dünyanın son günüdür. Sabah bu vaxt artıq hər şey bitəcək. Xilas olmaq şansınız da yoxdur. Belə olan halda nə edərdiniz?
Tələbələr bir-birindən fərqli müxtəlif cavablar Verdi belelikle cavablari bu oldu:
- 1.İbadət edər, Allahdan günahlarımı bağışlamasını diləyərdim
- 2.Bütün sevdiklərimlə vidalaşardım
-3. Qalan vaxtımı ailəmə həsr edərdim
- 4.Anama və ya atama baş çəkərdim
-5. Dostlarımla köhnə günlərdəki kimi basketbol oynayardım
- 6.Son dəfə bütün sevdiyim yeməkləri yeyərdim
- 7.Doyunca yatardım
- 8.Son dəfə meşədə gəzər, yaşıllıqdan zövq alardım
-9. Son dəfə günəşin çıxmasını və batmasını müşahidə edərdim
-10. Axşam ulduzları seyr edərdim
-11. Ən sevdiyim yeməyi hazırlayar, sevdiyim bütün insanları axşam yeməyinə dəvət edərdim
-12. Həyatda ən çox getmək istədiyim yerə gedər və ölümü orada gözləyərdim
-13. Xətrinə dəydiyim insanları axtarıb tapar, onlardan üzr istəyərdim ki, məni bağışlasınlar və s.
Müəllim deyilən cavabların hamısını lövhəyə yazır, daha sonra gülərək:
- Uşaqlar, bütün bu dediklərinizi etmək üçün niyə dünyanın son gününü gözləyirsiniz?
Bəs siz nə edərdiniz?