Qadin.NET / Xoşbəxtlik və bədbəxtlik

Xoşbəxtlik və bədbəxtlik

Xoşbəxtlik və bədbəxtlik 


Xoşbəxtlər göründükləri qədər xoşbəxt, bədbəxtlər göründükləri qədər bədbəxt deyillər. Bu, yalnız uzaqdan olan görüntüdə belədir. Hər kəsin özünə görə qayğıları və təsəllisi var. İnsanların düşüncəsindəki “XOŞBƏXTƏM” və ya “BƏDBƏXTƏM” qənaətini malik olduqları (maddi-mənəvi sərvətlər, sosial imkanlar, cəmiyyətdəki mövqe, ailə vəziyyəti, şəxsiyyət kimi özünü reallaşdırma dərəcəsi və s.) deyil, həyatdan gözlədikləri şərtləndirir. 

Xoşbəxtlik və bədbəxtlik


 Xoşbəxtlik və bədbəxtlik anlayışları insanın mənəvi-psixoloji durumunun iki əks qütbünü təşkil etsə də, müəyyən məqamda xoşbəxtlər və bədbəxtlər arasında bərabərlik halı mövcuddur: hər ikisinin enerjisini apardıqları mübarizə tükəndirir. Bədbəxtlər içində olduqları vəziyyətdən çıxmaq naminə, xoşbəxtlər isə xoşbəxtlik yolunda heykəlləşmək uğrunda aramsız mübarizə aparırlar.

İnsan maşın-texnika deyil. Lakin onun da öz planı-proqramı var. Qarşıda gözlənilən heç nə, yerinə yetiriləcək heç bir iş olmayanda həyat mənasızlaşır və insan yaşamaqdan bezir. Bu baxımdan xoşbəxtlərin də, bədbəxtlərin də apardıqları mübarizə onların yaşamını stimullaşdıran amil kimi çox dəyərlidir. 

 


25 fevral 2012
GO BACK