1. Güzgü qanunu:
Başqalarını mühakimə etməmişdən öncə özünüzə diqqət edin.
2. Ağrı qanunu:
İncimiş insan başqalarını incitməyə çalışır.
3. Yuxarı yol qanunu:
Biz başqaları ilə onların bizimlə etdiyi rəftardan daha yaxşısını sərgilədikdə daha ali mərhələyə keçmiş oluruq.
4. Bumeranq qanunu:
Başqalarına kömək göstərdiyimiz zaman biz elə özümüzə kömək etmiş sayılırıq.
5. Çəkic qanunu:
Heç vaxt söhbət etdiyiniz adamın alnındakı ağcaqanadı öldürmək üçün çəkicdən istifadə etməyin.
6. Dəyişdirmə qanunu:
Özgələrini yerlərinə otuzdurmamışdan öncə biz özümüzü onların yerinə qoymalıyıq.
7. Təhsil qanunu:
Qarşılaşdığımız hər bir insanın bizə nə isə bir şey öyrətmə istedadı vardır.
8. Xarizma qanunu:
İnsanlar onlara maraq göstərən adama maraq göstərərələr.
9. 10 bal qanunu:
İnsanların gözəl xüsusiyyətlərinə inanmaq onları öz gözəl xüsusiyyətlərini nümayiş etdirməyə vadar edir.
10. Qarşıdurma qanunu:
Əvvəlcə insanların qayğısına qalmaq daha sonra onlarla qarşıdurmaya qalxmaq lazımdır.
11. Qaya qanunu:
Etibar istənilən qarşılıqlı münasibətin təməlidir.
12. Lift qanunu:
İnsanlarla qarışılıqlı münasibətdə biz onları aşağı da endirə bilərik, yuxarı qaldıra da bilərik.
13. Vəziyyət qanunu:
Heç vaxt imkan verməyin ki vəziyyət sizin üçün qarşılıqlı münasibətdən daha önəmli sayılsın.
14. Mamed qanunu:
Əgər Mamedin hamıyla problemi varsa, deməli, adətən ən böyük problem elə Mamedin özü olur.
15. Əlçatma qanunu:
Başqaları ilə özünü sadə aparmaq ətrafımızdakıların özlərini daha rahat hiss etməsinə səbəb olur.
16. Səngər qanunu:
Kiminləsə mübarizə aparmağa çalışırsansa, özün üçün elə səngər qaz ki, oraya dost da yerləşsin.
17. Əkinçilik qanunu:
Bütün qarşılıqlı münasibətləri becərmək lazımdır.
18. Qutlama qanunu:
Əsas olan dostlarımız üzgün və məğlub olarkən yanlarında olmağımız deyil, onlar qələbə və uğur qazarkən bizim ürəkdən sevinməyimiz də önəmlidir.
19. Əməkdaşlıq qanunu:
Birgə əməkdaşlıq etmək birgə qazanılacaq qələbəni ehtimalını qaldırır.
20. Məmnunluq qanunu:
Gözəl qarşılıqlı münasibətdə tərəflərin məmnun olması üçün sadəcə bir yerdə olmaları bəs edir.
Farid Abdullah