Qadin.NET / Yarımçıq işlərlə necə başa çıxmalı?

Yarımçıq işlərlə necə başa çıxmalı?

Yarımçıq işlərlə necə başa çıxmalı%3F

 

Ana-atasınızsa, xüsusilə anasınızsa, işlərin hamısını qurtarmaq  çətindir, əgər ki, hamısını birdən qurtarmaq istəyirsənsə, bax, bu heç düzgün deyil. Çünki ən azından”başladığın işi yarımçıq qoymamaq", ya da “bir işi qurtarmamış o biri işə başlamaq” prinsipi olmalıdır. Elə olmalıdır ki, qurtardığımız işdə rahatlıq tapaq, görəcəyimiz işləri planlamaq enerjimiz artsın. Beləliklə, bizləri düşünməyə vadar edən bir mövzunu birgə müzakirə edəcəyik.  

Qurtarmaq məqsədi ilə başladığım bir iş kiçik bir maneə üzündən büdrəyib dayanırdı. Səbirsizlik limanında digər başqa yarımçıq işlərlə qarşılaşırdı. Görüləcək işlər çox zaman işə başlama istəyi söndüyündən də görülməmiş  qalırdı.  

Mənim isə bir işi qurtarmağa səbrim çatmır, onu da qurtarmaq məqsədi ilə başqa işə həvəslənirdim. Başlayanda da "yenə yarımçıq qoyacam" deyə düşünürdüm.  

İşimi yarımçıq buraxdığıma narahat olduğum halda, bir gün hamısını qurtaracam deyə inanmağıma baxmayaraq əl vurmamağa davam edirdim. Getdikcə, "sən onsuz da nəyi başa çatdıra bilibsən ki?", "sənin əlindən bir iş gəlməz, ən yaxşısı başlama" deyə özümü danlamalarım başladı. İşlərini qurtaranlara qibtə edirdim. Bu qədər səbr onlarda hardandır, deyə, məəttəl qalırdım. Həyata və zamana ciddilik və məsuliyyətlilik gözüylə baxdığımı zənn edirdim, fəqət məni əhatə edən bir qüvvə mənə yanıldığımı deyirdi. İş görərkən çəkəcəyim sıxıntının sonunda gözəl bir mənzərə var idi, lakin "beyin gözləri"m bunu görmürdü.  

Əslində, bir işi sonadək bitirməyin ləzzətini dadmamış bir əsəbin sonuydu bu səbəblər. Bitirilməmiş işlərin verdiyi böyük əsəb, artıq, insanların qarşısına çıxdığım üzümdəki ifadəni də dəyişdirirdi. Yoxsa, mən işləri görməməklə buna adət edirəm? Heç bir zaman bunu bacarmarammı?, deyərək, öz-özümü daim sorğulayırdım.  

Anlayırdım ki, beynimdəki işə verdiyim dəyəri  təcili düzəltməyim lazımdı. İşlərimi qurtarmağa dair inancımı qüvvətləndirməli və yeni bir hərəkət planı hazırlamalıyam. O zaman, "BİSMİLLAH" deyib hərəkətə başlamanın tam zamanıdır.  

-Başladığın işi bitirməyin nə mənası var? Bizə necə təsir edir?  

Əziz Qadın.Netlilər, bir işi sona çatdırmanın bizə verdiyi faydaları gələn xəbərimdə sizə təqdim edəcəm.   

Bəs, siz işinizi sonadək görürsünüz, yoxsa maneə ilə rastlaşdıqda həvəsdən düşürsünüz?

1 yanvar 2012
GO BACK