Qadin.NET / Bunları edərək özünüzü bədbəxt etməyin!

Bunları edərək özünüzü bədbəxt etməyin!

Gəlin, bu gündən yeni həyata başlayaq. Deyirlər ki, keçmişə qayıdaraq ötüb-keçənləri dəyişmək imtiyazı heç kəsə verilməmişdir. Amma hər birimiz aqibətimizi xeyirli və uğurlu edəcək yeni başlanğıc nöqtəsini seçə bilərik. Bunun üçün bəzi şeyləri həyatımızdan kənarlaşdırmalı, bizi durdura biləcək hərəkətləri etməkdən çəkinməliyik.

Sizə uyğun gəlməyən insanlara vaxtınızı sərf etməyin
Həyat çox qısadır. Enerjinizi tükədən, mənfəətləri üçün istifadə edən insanlara ömrünüzü sərf etməyə dəyərmi?! Kimsə sizi öz həyatında dəyərli biri kimi hesab edirsə, rahatlığınızı təmin edəcək hər bir şeyi edəcək. Daha kiminsə həyatında yer tutmağa bu qədər can atmağa ehtiyac qalmayacaq. Dəyərinizi aşağı salan, işinə yaramadıqda sizi alçaldıb, ehtiyac duyduqda üzr istəyərək yaltaqlanan insanlardan uzaq durun.

 

Sizi əhatə edən problemlərdən qaçmayın

Problemlə qarşılaşdıqda qaçmayın. Əksinə, onunla üz-üzə gəlin. Bilirəm, bu heç də asan deyil. Cəld reaksiya verərək çətinliyi anidən həll etmək iqtidarında deyilik. Çox vaxt çətinlik və problemlə qarşılaşdıqda kədərlənir, acı hiss edir, tənəzzülə uğrayır, depressiyaya düşürük. Həyatın bir mənası da məhz budur. Problemlə üzləşdikdə çıxış yolunu öyrənir, daxili potensialımızı kəşf edirik. Bizi insan edən də budur.

Özünüzü aldatmayın
Siz hamını aldada bilər, kimə gəldi yalan danışa bilərsiz. Belə etməklə cəmiyyətlə olan əlaqələrinizi korlayırsız. Özünüzə də yalan danışa bilərsiz. Bu zaman özünüzlə olan əlaqəni pozub, şəxsiyətinizə olan inamınızı itirəcəksiz. Uğur bəzən risk etməyi tələb edir. Gəlin özümüzə qarşı səmimi olaq. Hər şeyi olduğu kimi qəbul edək.

Ehtiyaclarınızı arxa plana atmayın
Bəzən özümüzü unudur, ətraf mühitə bağlanır, başqalarının yaşaması, hədəflərinə çatması üçün varlığımızı qurban veririk. Bizə kim yardımçı olacaq?! Başqalarını düşünməzdən əvvəl özünüzü düşünün! Özünüzə çarə etməsəniz, ehtiyaclarınızı ödəməsəniz bir gün bu cəmiyyət sizdən öz ehtiyacını ödəmək üçün istifadə edəcəkdir.

Özünüzü ona-buna oxşatmağa çalışmayın
Ən çətin məsələlərindən biri də özün olmaqdan qaçmaq, başqasına oxşamağa çalışmaqdır. Bu həyatda kimsə ağıllı, kimsə gözəl, kimsə varlı, kimsə xoşbəxt ola bilər. Amma heç kəs SİZ ola bilməz. Olduğunuz kimi olub, görsənməyə çalışsanız cəmiyyətdə riyakar kimi yer tutmayacaqsız, hamı sizi oldğunuz kimi qəbul edib, sizi sevəcək.

Keçmişdən yapışıb durmayın
Keçmiş səhifələri oxumağa vaxt sərf edərkən, həyatın yeni səhifəsini açıb oxuya bilməyəcəksiz.

Səhv etməkdən qorxmayın
Səhv etmək ehtimalı hər zaman var. Bəzən səhv edəcəyimizdən qorxub çox mühüm bir işi icra etmirik. Səhv etməmək hədəf sayılmamalıdır. Yaxşı bir iş görmək istəyiriksə, uğursuzluqla da qarşılaşa bilərik, səhv etməklə də. Hər nə gəldi edib doğru yolu tapmaq mümkün deyil. Odur ki, doğru və məqbul hesab edilmiş cəhdləri yerinə yetirmək lazımdır. Əgər uyğun gəlməsə, başqa variantlardan istifadə etməliyik. Qapının qıfılı yalnız bir açarla açılır. Sözsüz ki, birinci addımdan qıfıla uyğun açarı sala bilməməyimiz normal qarşılanmalıdır.

 

Keçmiş səhvlərə görə özünüzü söyməyin
Yanlış adamı sevmiş ola bilərik, bunun üçün yas tutub ağlamağa gərək yoxdur. Düzdür, hər şey yolunda getməyə bilər. Öyrəndiklərimizdən düzgün nəticə çıxara bilməliyik. Qaranlıqdan şikayət edənə qədər, durub bir şam yandırmaq ən ağıllı yoldur.

 

Xoşbəxtliyi satın almağa çalışmayın
Elə bilirik ki, xoşbəxtliyi satın ala bilərik və ya bizi xoşbəxt edəcək şeylər satın alınır. Xeyr, bu belə deyil. Əslində bizi xoşbəxt edəcək şeylər Allah tərəfindən bizə təmənnasız verilmişdir. Sevgi, gülüş, hissiyatımız üzərində çalışmaq bu qəbildəndir.

 

Xoşbəxt olmaq üçün onu-bunu axtarmağa çalışmayın
Özünüzdən, şəxsiyyətinizdən, cəmiyyətdə tutduğunuz mövqedən narazısınısa başqası ilə tanış olmaq həyatınızda dəyişiklik yaratmayacaq. Necə deyərlər, özünüzə söz keçirə bilmirsinizsə başqasının yardımı sizə toxuna bilməz.

 

Boş-bekar gəzmək və veyillənməkdən uzaq durun
Çox fikrə, düşüncəyə qapılmaq bəzən qaşınmayan yerdən qan çıxartmağa bənzəyir. Məsələyə obyektiv baxış keçirin. Situasiyaya olduğu kimi qiymət verin. Qərar verməyi öyrənin. O yerdə ki, müqavimət göstərmirsiz, siz nəyisə dəyişə bilməzsiz. Yazıb-oxumağı bacarmadan bir kitabı ələ alıb oxumaq olmur.

 

Hazır olmadığınız barədə düşüncəni kənarlaşdırın.
Bir işlə qarşılaşdıqda onsuz da heç kəs özünü tam hazır hiss etmir. Ciddi imkanların əksəriyyəti bizi rahatlıq dairəmizdən çıxarır. Bir şeyi əldə etmək üçün çətinliyə qapılmaq bu yolun tərkib hissəsidir.

 

Düzgün olmayan münasibət qurmayın
Münasibəti ağılla qurmaq lazımdır. Seçim etməkdə tələsmək ağılsızlıqdır. Bir insan özünü hazır bildikdən sonra sevgini yaşamalıdır. İndiki insanlar özülərini tək və yalnız hiss etdikdə sevgi axtarırlar.

 

Keçmişdə uğursuzluqla qarşılaşmısız deyə, yeni imkanlardan qaçmayın
Rastınıza çıxan hər bir kəsin hədəfi vardır. Kimisi sizi yoxlayacaq, kimisi sizdən istifadə edəcək, kimisi başınıza ağıl qoyacaq. Amma elə şəxslər də olacaq ki, sizdə olan yaxşını kəşf edərək üzə çıxaracaqlar.

 

Camaatla rəqabətə girməkdən əl çəkin
Başqaları sizdən daha peşəkar və bəxtəvərdir deyə məyus olmayın. Diqqətinizi şəxsi təkamülünüz üzərində cəm edin. Özünüzlə rəqabətə girməyə çalışın.

 

Paxıllıq etməyin
Paxıllıq - başqalarının malik olduqlarını əlinizdə olanlarla müqayisə edib, hesab-kitab aparmağınızdır. Bir özünüzə sual verin: “Məndə başqasına lazım olan nə var?”

 

Şikayət etməyi tərgidin və özünüzə yazığınız gəlməsin
Bəzən “Həyat üzümüzə gülmədi, bizimki gətirmədi!” deyə fəryad edir, özümüzə lənət yağdırırıq. Bu bizi inkişafdan saxlayır. Amma dünənkinə nisbətən bu gün daha da inkişaf etdiyimizi düşünsək, üzümüz güləcəkdir. Dünənki səhvləri anlayırıqsa, bu, daha çox təcrübə toplamış olduğumuzun nəticəsidir.

 

Küsülülüyə son verin
Qəlbinizdə kin və nifrətlə yaşamağa çalışmayın. Nəticədə siz, nifrət etdiyiniz insanlara deyil, özünüzə zərbə vurmuş olacaqsınız. Bağışlamaq “Sizin başıma gətirdikləriniz məni məmnun edir.” – demək deyil. Bağışlamaq “Başıma gətirdiklərinizin xoşbəxt olmağıma maneə törətməsinə heç vaxt icazə verməyəcəyəm!” deməkdir. Əfv etmək özünü azad etmək, aramlıq tapmaqdır. Unutmayın ki, təkcə başqalarını deyil, özünüzü də bağışlamağı öyrənməlisiz.

 

Başqalarının sizi alçaltmasına icazə verməyin
İnsan özünə dəyər verməli, hörmətini aradan aparacaq şeylərdən çəkinməlidir. Unutmayın ki, eyiblərinizi anlatmaqdan çəkinmədikcə insanlar özlərini sizdən üstün tutacaq, yeri gəldi-gəlmədi nəsihət verəcək, başınıza sərki vuracaqlar.

 

Camaata nəyisə izah etməkdən çəkinin
Dostlarınızın buna ehtiyacı yoxdur, düşmənlərinizin də vecinə deyil. Düzgün hesab etdiyinizi həyata keçirin.

 

Fırfıra kimi yerində fırlanmağı tərk edin
Dərindən nəfəs almaq bunun üçün vaxtınız olmadıqda baş verir. Əməl etməyi davam etdirmək, əldə etdiklərinizi əldə etməyə davam etdirməkdir. Hərəkətə ara verdiyiniz an siz yox olursuz.

 

Xırdalıqları gözdən qaçırmayın
Bəzən bizə “əşi, çox xırdaçılığa getmə” deyirlər. Biz də xırdaçılığa fikir vermirik və bir də ayılırıq ki, sən demə, gözdən qaçırtdığımız kiçik şeylər böyük olub. Bəzən həyatda kiçik hesab edilən şeylər böyük şeylərə imza atır. Məsələn, kiçik bir təbəssüm bir insanın həyatını dəyişdirə bilər.

 

Hər şeyi ideal etmək cəhdlərini ağlınızdan çıxarın
Real dünya hər şeyi fövqəladə yerinə yetirəni deyil, hədəfləri üzərində çalışan kəsləri mükafatlandırır.

 

Müqavimət göstərməyəcəyiniz yolla getməyin
Hər kəs uğura sadə yollarla çatmaq istəyir. Unikal insanların həyatına baxdıqda isə bunun əksini görürük. Qızılgül dərmək, onu qoxulamaq istəyən, onun tikanlarını da nəzərə almalıdır. Çətin və keşməkeşli yollar keçmədən zirvəyə çatmaq olmur.

 

Özünüzü xoşbəxt göstərməyə çalışmayın
Siz hər zaman güclü ola bilməzsiniz. Ara-sıra məğlubiyyət yaşamadan qələbənin dadını bilmək olmur. Ətrafdakıların nə düşünəcəyi sizi narahat etməsin. Körpə vaxtı ayaq üstə durub gəzənə qədər o qədər yıxılmısız ki. Məgər bu “uğursuzluğunuz” məsxərə kimi qəbul edilməlidir? Necə varsızsa o cür də olun.

 

Uğursuzluqla üzləşdikdə ətrafdakıları günahlandırmayın
Problemlərlə üzləşdikdə başqalarını günahlandırmayın. Arzulara çatmağınız sizin məsuliyyət və diqqətinizdən asılıdır. Başqalarını günahlandırdığınız zaman məsuliyyətdən qaçmış olur, başqalarının sizə hakim kəsilməsinə səbəb olursuz.

 

Hamı üçün hamı olmağa çalışmayın
Bu mümkün deyil, nəticədə özünüzü yandırmış olacaq və ümidsizliyə qapılacaqsız. Amma bir nəfərə sevinc bəxş etməklə bütün dünyanı sevincə qərq etmək mümkündür. Bütün dünyanı olmasa da, bir nəfərin dünyasına nəsə bəxş edə bilərsiz.

 

Dəqiqə-başı narahatçılıq keçirməyin
Narahatçılıq keçirtmək sizi sabahkı çətinlikdən qurtara bilməyəcək, bu günkü sevinciniz də kül olacaqdır. Belə bir narahatçılıq keçirtdikdə özünüzə sual verin:“Üç ildən sonra bu məsələ mənim üçün zəruri olacaqmı? Bəs üç il? Beş il?”Cavab “yox!” olsa, o zaman narahatçılığa əsas yoxdur.

 

Arzulamadığınız şeylərin üzərində çox durmayın
Nə istəyirsizsə ona daha çox diqqət ayırın. Pozitiv təfəkkür böyük uğurların açarıdır. Yuxudan ayılarkən həyatınızda nəsə gözəl bir şeyin baş verəcəyi barədə düşünsəz, bu, gec-tez sizin başınıza gələcəkdir və anlayacaqsız ki, düz fikirləşmişdiz.

 

Naşükür olmayın
İşlərinizin pis və ya yaxşı olmasından asılı olmayaraq hər gün şükr edin. Əlinizdən çıxanlara heyfslənməyin. Əlinizdə olanlardan məmnun olun. Unutmayın ki, bu gün sizin malik olduqlarınız başqasında yoxdur. Əlinizdən çıxsa nə edərsiz?


Farid Abdullah


16 iyun 2020
GO BACK