Qadin.NET / Stiven Hokinq və özünə inam

Stiven Hokinq və özünə inam


Stiven Hokinq müasir dövrün ən məşhur və ən nüfuzlu fizik-nəzəriyyəçilərindən biridir. Mən bu şəxsin həyat və yaradıcılığını sizə bildirmək istəmirəm, sadəcə başqa səmtdən məsələni çatdırmaq istəyirəm.


60-cı illərin əvvəlləri Hokinqdə yan amiotrofik sklerozun əlamətləri görünməyə başladı. Məhz bunun nəticəsində alim iflic oldu. 1963-cü ildə həkimlər xəstəliyi diaqnoz etdikdən sonra belə qənaətə gəldilər ki, onun ömrünə iki il yarım qalıb. Amma xəstəlik elə də sürətlə güclənmədi. Əlil arabasından o, yalnız 60-cı illərin axırları istifadə etməyə başladı. 1985-ci ildə ağır xəstəliyə düçar oldu. Belə ki, o, sətəlcəm olmuşdu. Bir neçə əməliyyatdan sonra üzərində traxeostomiya (nəfəs borusunda operasiya vasitəsilə deşik açılması) icra olundu. Nəticədə danışıqdan məhrum oldu. Dostları ona xüsusi danışıq qurğusu verdilər ki, əlil arabasına quraşdırılmışdı. Bir az hərəkətliliyi yalnız sağ əlinin şəhadət barmağı saxlamışdı. Axırda bu hərəkətlilik yanağının mimika ifadə edən əzələsində qaldı. Onun da qarşısında qurğu var ki, bu yolla fizik kompyuteri idarə edir və nəticədə ətraf mühitlə danışır.
Sonrasını yazaraq uzatmaq istəmirəm. Onu deyim ki, bizim iradəmiz bunu qaldıra bilərmi? Ruhiyəmiz nə qədər güclüdür? Hə? Bu cür hala düşən adam bəlkə də evtanaziyaya əl atar. Lakin alim başına gələnlərə baxmayaraq yenə də inamla yaşamağa davam edir. Kitablar yazır, dərs deyir, çıxış edir.
Hokinq deyib ki, mən Madonnanın seksə dair satdığı kitabdan daha çox fizikaya dair kitab satmışam.
Odur ki, həyata nikbin olaq, ümidimizi üzməyək. Malik olduqlarımıza görə şükür edək və çıxış yolları axtaraq.



Farid Abdullah
 

14 iyun 2020
GO BACK