Qadin.NET / Qərar qəbul etməyin asan yolu

Qərar qəbul etməyin asan yolu


Qarşınızda qərar qəbul etmək üçün sadə, həm də faydalı bir üsul vardır — Dekart kvadratı. 

Onun məğzi bundadır ki, problem və ya hadisəyə yalnız bu dörd suala cavab verərək baxmaq lazımdır. Səmimi olaraq aşağıdakı suallara cavab verin: 
1. Əgər bu baş versə nə olacaq? (Bundan nə kimi mənfəət əldə ediləcək?) 
2. Əgər bu baş verməsə nə olacaq? (Hər şey olduğu kimi qalacaq, istənilənə nail olmadıqda əldə edilən mənfəət) 
3. Əgər bu baş versə nə olmayacaq? (İstənilənə nail olduqda əldə ediləcək zərərlər) 
4. Əgər bu baş verməsə nə olmayacaq? (İstənilənə nail olmadıqda əldə ediləcək zərərlər) 
Bu suala yaxşı diqqət edin. Çünki beyin ikili inkarı özündən uzaqlaşdırmağa çalışacaqdır. Bu zaman verilən cavab birinci suala verilən cavaba oxşayacaq. Buna imkan verməyin. 

Nə üçün bu üsul işləkdir? İş orasındadır ki, qərar qəbul edilməsi zəruri olan bir duruma düşərkən, adətən biz bir mövqedə ilişib qalırıq: Bu baş versə nə olacaq? Buna görə də Dekartın kvadratı sayəsində biz həmin duruma 4 istiqamətdən baxa biləcəyik. Bu da bizə ölçülüb-biçilmiş və düşünülmüş qərar qəbul etməyə imkan yaradacaqdır. 


Mənbə: Adme.ru 
Tərcümə: Farid Abdullah

10 iyun 2020
GO BACK