Bir dəfə siçan diqqət etdi ki, fermanın sahibi tələ quraşdırıb. O, bu haqda toyuq, qoyun və inəyə danışdı. Lakin onların hamısı: "Siçan tələsi - sənin problemindir, bizə heç bir aidiyyatı yoxdur!" - dedi.
Bir az sonra siçan tələsinə bir ilan düşdü və fermerin arvadını sancdı. Onu sağaltmaq üçün, toyuqdan şorba hazırladılar. Sonra, xəstəyə baş çəkməyə gələnlərin hamısını yedirtmək üçün qoyunu kəsdilər. Və nəhayət, dəfn mərasiminə gələn qonaqları layiqli yedirtmək üçün inəyi kəsdilər.
Bütün bu zaman ərzində siçan baş verənləri divarda olan bir deşikdən izləyirdi və heç kəsə aidiyyatı olmayan şeylər barədə düşünürdü.
Tərcümə: Fərid Abdullah