Digər sağlam insanları ətraflarına yığarlar
Sağlam insanlar, oxşar həyat tərzləri və hədəfləri olan insanlarla oturub dururlar. Həyatınızda dəyişiklik etmək istəyirsinizsə, olmaq istədiyiniz insan olanlardan tövsiyə alın.
Pəhrizə inanmırlar
Pəhriz keçici həll yoluur və sağlam insanlar bunu bilir. Düzgün qidalanmağı vərdişə çevirirlər. Qeyri-sağlam qidalardan uzaq dayanırlar.
Gözəl münasibətləri var
Xoşbəxt və səmimi münasibətin sağlamlığa təbii ki, faydası var. Nə qədər sağlam qidalanıb, idman etsəniz də, şəxsi həyatınız qaydasında deyilsə, sağlam və xoşbəxt hiss etmərsiniz.
Hərəkət edərlər
Sağlam insanlar hər gün ən az 30 dəqiqə aktiv olduqlarından daha sağlam görünərlər. İdman etməyi sevməyin tək yolu zövq aldığınız fəaliyyətə diqqət cəmləməkdir. Qaçmağı sevirsinizsə, qaçın. Hərəkət etməyin yolunu tapın.