Qadin.NET / Vaxtının bir saatını

Vaxtının bir saatını

 

Vaxtının bir saatını

- Ata, olar səndən bir şey soruşum?

- Əlbəttə, nə olub ki?

- Ay ata, nə qədər (maaş) alırsan?

- Sənə dəxlisi yoxdur - deyə, özündən çıxdı - həm də, neynirsən ki?

- Elə belə, sadəcə olaraq soruşdum. Xahiş edirəm, de, 1 saata nə qədər alırsan?

- Ümum

iyyətlə desək, 1 saata 25 manat, niyə ki?

- Ata... - oğul atasına aşağıdan yuxarıya ciddi baxışlarla baxaraq - Ata, mənə 15 manat verə bilərsən?

 

- Sən bunu məndən soruşdun ki, sənə hansısa gic-gici oyuncağı almaq üçün pul verim? - deyə qışqırdı, - dərhal otağına get və uzan yat! Day bu qədər də eqoistlik olmaz. Mən bütün günü işləyirəm, dəhşət yoruluram, amma sən özünü səfeh kimi aparırsan.

Uşaq sakitcə otağına gedərək, özündən sonra qapını örtdü. Atası isə qapının arxasında duraraq oğlunun xahişinə qəzəblənirdi. "Axı məndən maaşımı soruşub sonra da pul istəməyi üçün necə cəsarət edir?"

Amma bir müddət keçdikdən sonra onun hirsi soyudu və sağlam düşüncə ilə düşündü: "Bəlkə ona nəyisə almaq zəruridir . Cəhənnəm olsun pullar, axı o indiyə qədər məndən pul istəməyib". Otağa girdiyi zaman oğlu artıq yerində (yatağında) uzanmışdı.

- Oğul, yatmamısan ki?

- Yox, ata. Sadəcə uzanmışam - oğlan cavab verdi.

- Deyəsən mən çox qaba cavab verdim - ata dedi - Mənim günüm ağır keçib və mən sadəcə olaraq birdən birə özümdən çıxdım. Bağışla məni. Al, mənə dediyin (miqdarda) pulları götür.

Oğlan yataqda oturub gülümsədi:

- Ay! Atam, çox sağ ol! - deyə ucadan dedi.

Sonra yastığının altına əlini ataraq bir neçə əlavə əskinaz götürdü. Atası oğlunun pulunun olduğunu görüb yenə də qəzəbləndi. Oğlan isə pulları bir yerə yığaraq diqqətlə pulları saydı və sonra atasına baxdı.

- Əgər sənin pulun var idisə, nə üçün məndən istədin? - deyə donquldandı.

- Ona görə ki, (pulum) çatmırdı. Amma indi tamamilə çatır - deyə uşaq cavab verdi. - Ata, bax burda tam 25 manatdır.

 

Olar ki, sənin (vaxtının) 1 saatını alım? Xahiş edirəm, sabah işdən bir az tez gəl, istəyirəm ki, bizimlə bir yerdə şam yeməyini yeyəsən.

 

Tərcümə və tərtib: Fərid Abdullah.

4 aprel 2020
GO BACK