Biz deyirik: “Bu, əsas deyil”, lakin eyni halda bilirik ki, bununla barışmaqdan başqa çarəmiz yoxdur.
Biz deyirik: “Məşğul idim deyə, telefonu götürə bilməmişəm”, halbuki, bu səsi bir daha eşitməyə həvəsimizin olmadığını etiraf etməkdən utanırıq.
Biz deyirik: “Daha səndən heç bir şey istəmirəm”, lakin eyni halda bilirik ki, istədiyimizi bu adamdan ala bilmədiyimiz üçün belə deyirik.
Biz deyirik: “Daha yaşamağa bir səbəbim yoxdur”, lakin eyni halda kiminsə bizi fikrimizdən döndərməsini istəyirik.
Biz deyirik: “Çox sağ ol ki, varsan”, halbuki bunun əvəzində “Səni sevirəm” deyə bilərdik.
Biz deyirik: “Mən heç kəsə lazım deyiləm”, biz bu sözü hansısa bir nəfərə lazım olmadığımızı bildikdə söyləyirik.
Biz deyirik: “Öhdəsindən gələrəm”, bunu kimdənsə kömək istəməkdən utandıqda deyirik.
Biz deyirik: “Sən yaxşı dostsan” – bunu “Lakin sən mənim üçün bundan artıq ola bilməzsən” ifadəsinin əvəzində söyləyirik.
Biz deyirik: “Sənə güvənirəm”, bunu oyuncaq olduğumuzdan qorxduğumuz zaman deyirik.
Biz çox söz deyirik, lakin dildə son üç deyilməmiş söz qaldıqda, dodaqlarımızı sıxır, yerə baxır və susuruq.
Çox vaxt bizə ətraf mühitin fikri əhəmiyyətli olmasa da, daim buna oxşar sual veririk: “Necəyəm?”
Biz təkliyi sevirik, lakin eyni halda əlimizdəki mobil telefonu sıxıb saxlayırıq.
Farid Abdullah