Qadin.NET / Xoşbəxt evliliyin sirri

Xoşbəxt evliliyin sirri

 

Xoşbəxt evliliyin sirri

Ər və arvad bir yerdə 60 il ömür sürmüşdülər. Onların bir-birilərindən gizlətdikləri heç bir sirrləri yox idi. Yalnız arvadın ərindən saxladığı bir sirri var idi. Qadının şkafının yuxarı rəfində ərinin heç vaxt görmədiyi bir ayaqqabı qutusu var idi. Daha yaşlı olduğuna görə, qadın uzanmış halda, gizlətdiyi sirri ərinə açmaq qərarına gəlir və həyat yoldaşından qutunu gətirməsini xahiş edir. Ər qutunu gətirib, onu açdığı zaman içərisində iki gözəl toxunmuş gəlincik və 25000 məbləğində pul gördü.

- Nədi bu? - heyrət içində ər dedi.

Xoşbəxt evliliyin sirri

- Bilirsənmi, toyumuzdan əvvəl sevimli nənəm xoşbəxt ailənin sirrini mənim üçün açdı. O dedi ki "Əgər ərə qarşı qəzəblənsən, heç zaman mübahisə etmə. Get, bir gəlincik toxu."

Ərin gözləri yaşardı, axı qutuda cəmi iki gəlincik var idi.

Bu zaman soruşdu:

- Cavab ver, bəs bu pullar nədi? Yoxsa sən təsərrüfat işlərinə xərclədiyimiz pullardan kənara qoymamısan ki?

- Mən onları gəlincikləri sataraq yığmışam.

 

Tərcümə və tərtib: Fərid Abdullah

10 fevral 2020
GO BACK