Bir gün külək qarşıma rəngi saralmış, üstünü toz basmış, əzilmiş bir kağız parçası atdı. Nədənsə diqqətimi çəkdi, əyilib götürdüm. Üstünü təmizləyib cizma-qara yazılmış sözləri oxudum. Belə yazılmışdı:
"Xoşbəxtəm bir övlad, bir bacı, bir ana kimi,
Mən bu gün etiraf edirəm sənə-
Heç xoşbəxt deyiləm bir qadın kimi..."
Çox təəssüf ki, nə şeirin əvvəli var idi, nə də müəllifi.Bu kağız parçası mənim qarşıma niyə çıxmışdı görəsən? Bilmədim, düşünüb təskinlikmi tapım, yoxsa içimi qəhərlə doldurmuş qayğılarımamı hiçqırım?...Yoxsa illərdir içimdə yığılıb qalmış suallara cavab tapım deyəmi?...
"Həyat bir imtahandır", "Qismətin beləymiş", "Özü yıxılan ağlamaz" və s. bu kimi sözləri yazmaq bəlkə də şablon alınacaq. Amma bu həyatda çətinliklə qarşılaşanda ən çox eşitdiyim sözlərdir. Axtardığım suallarasa bu cavablar sözün əsl mənasında cavab deyil...
Axı necə cavab tapım? Şablondan qaçım, adiləşmiş suallardan və cavablardan bezmiş kimi baş götürüb hansı məkana üz tutum? Hansı məkana gedim ki, orda məni anlayıb üst-üstə qalaqlanmış suallarımın çözümünü tapa biləcək birini tapım? Varmı elə bir məkan, varmı elə biri? Hansı ki, məni dinləyərkən öz dərdinə qalmış kimi davranıb sözümü yarımçıq kəsmədən, hayqırıb qışqırmadan, tənbeh etmədən, yerli-yersiz yol göstərmədən sonadək səbrlə dinləyəcək biri? ...
Dinləsin, sadəcə dinləsin, sözünü, qərarını vicdanına görə versin. Qarşısındakını anlayaraq versin. Özünü, öz mənafeyini güdmək olmasın fikri...Bəlkə də heç onun qərarı belə cavabsız suallarıma cavab olmayacaq. Amma yetər ki, sonadək dinləsin,səbrlə dinləsin, yanaraq dinləsin...
Belə "dialoqlarda" çox iştirak etmişəm. Çox olub ki, yerli-yersiz ittihamlarla günahlandırılıb cəzalanmışam. Amma heç məni sonadək dinləyən olmayıb. Yanlış addımda, yanlış yerdə, yanlış qərar qəbul ediblər, amma dinləməyiblər...Sonu nə olub? Sonu yenə də dünəndən qalmış sualların daha çoxunu ürəyimin bir kücündə əsir edib, cavabsızlığa məhkum etmişəm..
Həyatın qəribə qaydaları, yazılıb möhürlənən qanunları var. Kənardan baxanlar üçün sən dərdi-qəmi olmayan, arxalı-dayaqlı biri kimi görünürsən. Bu yalnız kənardanmı görünüşdür? Bunu ancaq mən bilə bilərəm... Çünki həqiqətdə üzümün nuruyla, ətrafdakılara münasibətimlə, davranışım, zövqümlə kimlərinsə gözündə mən bu təəssüratı yarada bilərəm. Kimlərsə ehtiyacım olanda mənə arxa durub, mənə qayğıyla yanaşa bilərlər. Lap bıçaq sümüyə dirənəndə kiməsə,hansı doğmamasa sığınıb imdad da diləyərəm, bu imdadıma hay da verərlər. Amma bu mənim suallarıma cavab verməz...Bu mənim sualarımın sual doğacaq yeni ünvanı ola bilər...
Nədir səni narahat edib, bu qədər düşündürən suallar deyə bilərsiniz. Haqqınız da var. Amma bilirəm ki, yenə də cavabımı ala bilməyəcəm...
Niyə? Çünki, bu sualların cavabını vaxtında verməliydim, özüm verməliydim. Necə ki, bu sualların yaranmasına səbəb kimi həm özüm özümü, həm də elə çoxları məni səbəb bildiyi kimi özüm də vaxtında verməliydim cavabımı. Gecikmiş cavab cavab deyil ki, yaranacaq yeni sualdır...
Suallarla çarpışmamaq üçün gərək hər hansı bir addımı atarkən tələsməyək.Yüz ölçüb, bir biçək. Qayğısız yaşadığınız anın qiymətini bilib onu asanca tərk etmək üçün can atmayaq. Gəncliyi, cavanlığı (hər yaşın öz qayğıları olduğu kimi sevinci, fərəhi də var), bax o sevincdən məhrum olmayaq deyə, o xoşbəxt anları ömürdən salıb itirməyək deyə gərək tələsməyək...
Bizə dəyər verə biləcək insanların yanında olaq. Çoxumuzda var belə hal bizi sevənləri biz sevmirik, amma bizim sevgimizə məhəl qoymayanlar üçün vuruşmağa hazır oluruq. Niyə axı? Axı niyə biz beləyik?... Bu sualları verməyək deyə bizi sevənlərdən yapışaq, həm də bərk yapışaq. Sevgiyə dəyməz birinə sevgi verməyə dəyməz...
O insanın yanında olmağa dəyər ki, kövrəlib dolanda , hərdən uşaq kimi ağlamaq istəyəndə sinəsinə sıxılıb ovuna bilək. Ovuda bilsin bizi nəfəsiylə, sözləriylə...Yanaqdan axan göz yaşımızı əlləriylə silib,bircə kəlməylə könlümüzü ala bilsin, ümid versin...Bax, belə birinin yanında qalmağa dəyər...
Elə bilməyin ki, bu suallar qarşısında təkcə qadınlar acizdirlər. Yox,sadəcə olaraq kişilər "kişi" adlarının arxasında gizlənib ağlayıb, sısqaya, kədərlənə bilmirlər...Bu suallar qarşısında təkcə qadınlar cavabsız qalsaydı, onda qocalar evinin sakinləri də təkcə qadınlar olardı...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Azərbaycanda pis xəstləliklər yarana bilər
Düşmən yaşayış məntəqələrimizi atəşə tutur - RƏSMİ
Göbələk dolması (foto resept)
"Çarpışma"nın aktrisasını ölümlə hədələdi
Mişel Obamanın memuarları satışa çıxarılacaq
Çində fantastik kitabxana açıldı: BUNA İNANMAQ OLMUR - FOTOLAR
Bakıda atəşfəşanlıq olacaq
Əfsanəvi muğam ustadımızın ad günüdür
Yeni il gecəsi üçün don toxuyaq
Alimlər vegetarianlar üçün “ət” icad ediblər
Bakıda qısamüddətli yağış gözlənilir
Azərbaycanda müəllimlər imtahan olunacaq
"Oy, Musik, siz dazsınız?!" - keçəlləşməyə səbəb nədir?
Dövlət orqanlarının saytlarının dağıdılması barədə yayılan məlumatlara rəsmi aydınlıq gətirildi
Çanta modelləri
Sabah 43 dərəcə isti olacaq - PROQNOZ
Mumiyalar
Dişlər onurğa sınığı olan pasiyentləri həyata qaytaracaq
Erməni təcavüzü nəticəsində ölənlər və yaralananların sayı açıqlandı - RƏSMİ
Bu il Xaçmazda doğulan 2514 körpədən 1364-ü oğlan uşağıdır
Rihanna bu dəfə bahalı corabı ilə gündəmdə - FOTOLAR
Salma Hayek niyə üzünü yumur?-SƏBƏB
"Şəkər xəstəsi olduğunu gizlədən insanlar var"
Mən nə edim?
Leyla Əliyeva Azərbaycan xalqını təbrik etdi-VİDEO
Yaponiyada havanın isinməsi ilə əlaqədar əhalini maskaları çıxarmağa çağırdılar
Kartof salatı
“Taxt oyunları”nın sonuncu mövsümündən FOTO
Vicdanının səsini dinlə...
"Instagram"da DƏYİŞİKLİK
Neytral vanna və isti əlcəklə sürtünmə
Sevginin son istifadə tarixi
İdeal almaz satılır
Azərbaycanda daha 76 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ
Uşaqlar uçun xəz papaqlar
Castin Biber izləyicilərindən kömək istədi-FOTO
Bergüzar Koreldən GÖZLƏNİLMƏZ Etiraf
Xəstəliklərə qarşı möcüzəvi ərzaqlar
"Kara sevda"nın "Asu"su ondan ayrıldı - FOTO
Cırtdan və nəhəng...
Sürücülərə xəbərdarlıq edildi
Sirroz
Barış amnistiyası ola bilər
Baş Prokurorluqdan Nərminin qətli ilə bağlı AÇIQLAMA
Aktrisa arıq halını bəyənmədi-FOTO
İnstagramda Yenilik!
HAVA necə olacaq?- 23 APREL
Bengü körpəsi ilə reklama çəkiləcək
Darçınlı alma piroqu (foto resept)
Günün ulduz falı
- ŞƏRHLƏR