Nə gözəl ahəngi vardır vağzalının, nə ecazkar bir görünüşü var bəyaz gəlinliyin.Hansı qızımız xəyalında özünü bəyaz gəlinliklə düşünmür?O vağzalı sədası altında ata evindən sevinc göz yaşları ilə gəlin köçməyi kim istəmir?
İllərlə qurduğumuz xəyallarımız bir gün olur ki, gərçək olur,bir vaxt olur elə xəyal qalır.Niyə görəsən xəyal kimi qalır bəzilərimizdə???
Ailə insan üçün elə bir şeydir ki, sən nə etsəndə onlar həmişə səni qanadları aıtında saxlamağa hazır vəziyyətdədirlər.
Bəzən birini o qədər sevirsən ki,həyatının tam mərkəzində olur.Tam qovuşmaq varkən ailə səni o insana vermir.Sən bir yanda əzabda,o bir yanda əzabda qalır.Səni ailən bir başqasına verir.Sən istəməzkən.Məcbur edilirsən.O,sevdiyində bir gün evlənir.Tamam başqa dünyaların insanları oluruq o zaman.İllər keçir insan geriyə baxanda deyir ki,”ailəm elə bilibmiş,yaxşı ki,onları dinləmişəm”.Amma bəzilərimizdə olur zorla evləndirilir.Həyatını bir anda məhv edirlər.Bəs sonar nə olur? İnsanlar yola getmir ya xəyanət yaşanır ya boşanma .Əgər uşaqda varsa bu lap çəkilməz olur.Onda nə olur ki, yenə ata evinə qayıdılır.Halbuki onu o evə ata gəlin köçürmüşdü- zorla.Amma indi yanında bir körpəylə sıxıla-sıxıla ata evində.Kimdir burda günahkar!?
Birdə digər tərəfdə sevənlər var.Leyli Məcnun onların yanında demək olar ki,görünmür.Sevirlər amma ailə vermir.Qız oğlana qaçır.Elə də xoşbəxt yaşayırlar ki.Elə ailələr olur ki,razılaşır barışırlar.Eləsi də olur ki, elə həmişə küsülü qalırlar.
Hələ mənim bilmədiyim o qədər həyat hekayələri var ki.Kimi xoşbəxt kimi bədbəxt.Amma biraz daha diqqətlə düşünəndə görünür ki,evlilik bir şans məsələsidir.Şansına nə çıxdısa.
Bəs görəsən sevib ailə quranlar xoşbəxtir, yoxsa ailə təkidi ilə qurulan ailələr?
Bu suala birlikdə cavab axtaraq.
Əvvəla mənə öz həyat hekayələrini etibar edib göndərən saytımızın istifadəçilərinə dərin təşəkkürümü bildirirəm.Buyurun oxuyun birlikdə suala cavab tapaq.
Göndərdi : A.X
Elə mən özümdə ailəmin istəyi ilə ailə qurmuşam .Xalam oğludur həyat yoldaşım.Məni istəməyə gələndə deyiridm ki, yox.Atam deyirdi ki,yaxşı oğlandı.Əgər pis adam olsa mən sənə məsləhət görmərəm.Sənin pisliyini istəmərəm.İnanın ki,mənim xalam oğlu olmağına baxmayın,mən onu aylarla,illərlə görmürdüm.Yəni çoxda ünsiyyətim olmayıb.Amma mənim əmim oğlanları varki,onlarla bacı-qardaş olmuşuq.Mən xalam oğlu ilə ailə həyatı qurdum və artıq 5 ildir ki,evliyik.2 uşağımız var.Çox şükür ki,problemimiz yoxdur.
ALLAH bütün ailələri bəd nəzərdən saxlasin.Amin!
Göndərdi : A…N
Adım A…n.21 yaşımda sevmədiyim insanla ailə qurdum.Amma həmişə istəmişdimki sevim sevilim,bir il heç olmasa nişanlı qalım sonra ailə qurum.Nişanlı qalanda xoşlamasan ayrılmaq olur.Ailə qurandan sonra isə bu çətin məsələdi.Anam deyəndə ki, səni verəcəyik,heçnə demədim, desəydim fikirləşərdilər ki, yəqin sevdiyi var.Bircə dəfə pəncərədən görmüşdüm.Mənə nişan taxdılar.Hamı deyirdi ki, necə risk etdin?Nişanlı olrakən magistraturaya işlərimi vermişdim.Buna görə də Bakıya getdik.Onunla getdim.Yaxşı insan ,yaxşı yol yoldaşı, ən əsası gözəl xasiyyətə malik olduğunu hiss etdim.Artıq 2 il 10 aydı ki,ailəliyəm.Və çox xoşbəxtəm.Allahıma şükür edirəm ki, belə insana qismət olmuşam.Buda mənim həyatım.
Göndərdi : M.G
İlk dəfə mənə deyəndə YOX dedim. Olmaz o,adamı tanımıram,görməmişəm dedim.Amma heç xeyri olmadı.Necə deyim bilmirəm çox çətin idi.Günlərcə yuxusuz qaldım.Yaşayırdım ama ruhum ölmüşdü.Heç tanımadığım,görmədiyim yad bir adama verilmişdim.Bütün gecəni yatmırdım,bundan sonra həyatım necə olacaq deyə fikirləşirdim.Heç adını belə bilmədiyim biri ilə çox çətin idi.İlk belə öyrəndim.Onlar bizə gələndə qapını mən açdım.Bilmirdim mənə elçi gəliblər.Sonra eşitdim ki,mənim haqqımda danışırlar.Oğlan məni görüb bəyənib.Düşündüm ki,hər halda oğlan gələr görərəm.Tanıyaram sonra razı olub-olmadığımı deyərəm.Amma o da olmadı.Oğlan işi ilə əlaqədar çıxıb getdi 1 il nişanlı qaldım....Toyumuza 1 həftə qalmış gəldi....Bəs indi nə hiss edirəm? İndi həddindən artıq ,çox xoşbəxtəm və bunun bütün ömrüm boyu davam etməsini istəyirəm.
Göndərdi : Nəcəfova
Mən yoldaşımla toyda tanış olmuşuq.O ,sağdış idi mən solduş.Orda bir-birmizi gördük , sevdik.Sonra onlar elçi gəldi.Amma atam-anam razı olmadı.Amma biz bir-birimiz sevirdik.Bir müddət mən dərsdən çıxanda söhbət edirdik.Onda mən 9-cu sinifdə oxuyurdum. Nəsə axır məni vermədilər.Məndə dərsdən çıxanda yenə həmişəki kimi söhbət edirdik.Sonra mən onunla qaçdım.Məktəb sumkamda özümlə.Özümə də gülməli gəlir indi.Amma nə edim vermədilər məndə qaçdım.Vallah nə deyim çox xoşbəxtəm.Mənim toyum olanda 16 yaşım var idi.Qız toyumda olub,oğlan toyumda.İndi mənim 22 yaşım var.2 oğlum var.Vüsalın 5, Əlinin isə 3 yaşı var.
Çox xoşbəxtəm.Qaçmağıma heç də peşman deyiləm.Mən onu o, da məni çox istəyir.Yoldaşım mənə deyir ki,mən sənsiz heç vaxt qala bilmərəm.
Göndərdi : M.E
Yoldaşım xalam oğludur,ilk dəfə eşidəndə ki, məni xalamoğluna verirlər dəhşətə gəldim, həmişə deyirdim atam məni kimə versə razı olacam, çünki atam mənim əziyyətimi çox çəkib.Əslində atam məni məcburi verməyib, sadəcə o razı idi bu izdivaca, ona görə də yox deyə bilmədim və razılıq verdim amma bir Allah bilir ki ,mən nələr keçirdim.Hər gecə ağlayırdım.Özümə ölüm arzulayırdım,depressiyaya düşmüşdüm .Nənəm deyirdi ki, istəmirsənsə qaytaraq nişanı, amma mən atama qarşı çıxmadım,nişanlı vaxtı nə görüşdüm, nə də danışdım onunla.Toy günü isə yanımda oğlanı görəndə dəli olmuşdum.Gözümdən sel kimi yaş axırdı.Hamı elə bilirdi ki, ata evimdən gəlin köçdüyüm üçün ağalyıram.Toydan qaçmaq istədim.Amma nigahda kəramət var deyiblər.Həqiqətən belə oldu.Evləndikdən sonra yavaş-yavaş öyrəşdim və sevdim.
Artıq 4 ildir ki,ailəliyik və 1 övladımız var.İndi atamın dediyi sözləri yadıma salıb rəhmət diləyirəm.O zamanlar onun dediyi sözlərə inanmırdım amma zaman keçdikcə görürəm ki,atam mənim həyatımı kitab kimi bilirmiş.Söylədiyi hər bir şey gərçək oldu.Deyirdi bir vaxt olacaq hamı sənin xoşbəxtliyinə həsəd aparacaq elə də oldu.İndi yanımda məni həmişə qoruyan ,sevən, başa düşən insan var...
Valideynlər həmişə uşaqları üçün ən yaxşı həyatı arzulayırlar və bunu həyata keçirmək üçün cəhd edirlər.Əziz xanımlar valideynlərinizi dinləyin!Çünki onların söylədiyi hər söz,göstərdiyi hər yol doğru olur.Amma biz gənclər bunu çox gec başa düşürük.
Göndərdi: S.....
10-11 sinifi oxuyanda valideyinlərimlə Rusiyadan təzə gəlmişdik.Kifayət qədər çılğın,üzü gülər və çox inadkar bir qız idim..16-17 yaşlı bir qız ailə və ya uşaq haqda düşünə bilərmi?Yada bir ailə başçısı ola bilərmi?Amma əfsus ki,valideynlərim bunları düşünməyib,oğlanın imkanlı və ya ağıllı savadına baxıb bu addımı atırlar.Mənim də valideynlərim onlardan biri oldu.Nə qədər etiraz etsəm də,atamgili öz bildiklərini etdilər.Sanki mən yox onlar yaşayacaqlar həyatımı.Amma 16 yaşlı qızın ürəyində kiçik sevgi yaşayırdı.Bu barədə anamgili biləndə əfsus ki,sevinmədilər.Çünki oğlan cəmi məndən 2 yaş böyük idi.Amma ərə verdikləri oğlan 12 il məndən böyükdür.İndiki gündə məndən kifayət qədər böyük olan ərimdən 2 övladım var.Heyif ki,heç kimə öz sevgimi və istəyimi sübut edə bilmədim.Ərə getmək istəmirdim o yaşda.Valideynlərim qorxurdu ki,bir tərslik edə bilərəm,məsələn: qaça bilərəm.Onun ucbatından verdilər məni.Bəs mənim ürəyim? Bəs mənim fikirlərim?Bəs mən necə o ürəyimdəki zərbəylə ailə qurub sevmədiyim insanın yatağına girim?Bu suallar dəli edirdi məni.
İndi hər şey keçmişdə qaldı.Artıq düşünmürəm,çünki özüm üçün yaşamıram.Mənim həyatım sanki sünidir.İnsanların üzünə gülür ama içimdə hər gün hər saniyə ağlayıram.Artıq 6 il keçib.Amma sevgimi unutmamışam.Əzab çəkirəm.Nə yaxşı ki,NAMAZIM var,nə yaxşı ki, RƏBBİM var.Onunla paylaşa,bölüşə bilirəm.Hər gecə övladlarımı öpüb,bu günümə də şükür olsun deyib yatıram.Bəlkə belə məsləhət imiş.İnanın narazı deyiləm.Sadəcə o uşaqlığım,şıltağlığım,o sevgiyə möhtaclığım.... onları axtarıram.Onlara ehtiyac duyuram.Yoldaşım pis insan deyil.Amma ayrı dünyaların insanıyıq.Övladlarıma görə hər şeyə hazıram.Ona görə də dözərəm,içimdəkiləri boğaram,heç nə olmaz.Təki onlar xoşbəxt olsunlar.
Oxuduqca mən çox kövrəldim.Amma suala hələ də cavab tapmış deyiləm.Bəs siz necə xanımlar suala cavab tapa bildiniz???
XƏBƏR LENTİ
Yeni peykimiz 2017-ci ildə orbitə buraxılacaq
Mehriban Əliyevadan işğaldan azad edilmiş ərazilərimizlə bağlı paylaşım
Argentinada üzə çıxan 128 yaşlı şəxs Adolf Hitler olduğunu iddia edir
Hava xəbərdarlığı - qar qayıdır
Emilidən gözlənilməz Addım-FOTO
55 saat ərzində 60 cərrah əməliyyat etdi - Yeni üz köçürüldü - FOTO
Mehriban Əliyeva: “Torpağımızı təcavüzkarlardan azad edəcəyik”
2012-ci il yataq otağı modelləri
Uşaqların sosial-psixoloji inkişafı-19
Dubayda "Şöhrət xiyabanı" olacaq!
Tom Kruz və Keti Holmsun qızı gözəlliyi ilə diqqət çəkdi-FOTO
Ermənilərin döyüş meydanında atıb qaçdığı hərbi texnikaların görüntüləri - VİDEO
Hollandiyada "Məmməd Məmmədov" parkı
Dünya liderləri prezident İlham Əliyevi təbrik etdilər
Həzm sisteminin işləməyinə kömək edən ərzaqlar
İnternet dəhşətləri: Qadağa çıxış yoludurmu?
Blinçikli piroq (foto resept)
Təmiz torpaq, sağlam həyat...
İnternetdə "oturmağın" çox böyük ziyanı var...
Eboladan ölənlər artır
Şəhərlərarası hərəkət qadağan edildi - VİDEO
Çimərlik donları
Prezident İlham Əliyev Çanaqqaladadır
Orta məktəb müəllimləri bu qədər maaş alacaq - Məbləğ
Yerfındıqlı peçenye (foto resept)
HAVA necə olacaq?- 16 APREL
Ağlamağı qəbahət hesab edənlər, oxuyun!
Qalıcı arıqlamağın yolu
Görənləri heyrətə salan dodaq makiyajı
“Qaçqınkom”dan məcburi köçkünlərin köçürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
İstirahət üçün ən gözəl yerlər
Putin Qarabağla bağlı humanitar mərkəzin yaradılması üçün sərəncam verdi
Bir şəklinin qiyməti 40 avrodur
Köklü,darçınlı,qozlu keks (foto resept)
"Eurovision-2014": Azərbaycan finalda! - FOTOSESSİYA
Kişi və qadın arasında dostluq mümkündürmü?
Sevinirəm ki, indi ikimizdə xoşbəxtik...
Yolu izah edən “ağıllı” ayaqqabı hazırlandı
Pendirli pomidorlu balıq (foto resept)
Attraksionda bir saat başıaşağı qaldılar - VİDEO
Azərbaycan boksçuları tarix yazdılar
Hamı yemək üçün Azərbaycana gələcək
Saçların tez uzanması üçün daha bir sadə vasitə
Saatınızı yeniləyin
Minimum aylıq əməkhaqqı artırıldı
Monika gözəlliyi ilə diqqət çəkdi-FOTO
Körpəyə qulluq qaydaları
Akvariumun içində restoran
Araz Ağalarov sanksiyaları pislədi
Paris qan içində: 7 terror aktı, 153 ölü
- ŞƏRHLƏR