Ayətullah Kaşif əl Gıtadan İslami Vəhdət Çağırışı
İxtilaf və bölünmüşlük bizim təməlimizə kök salan və bizləri bədbəxt edən xronik xəstəliklərdən biridir. Allah Təala bizlərə birlik və həmrəylik içində olmağı əmr etmişdir. Qardaşlıq və bir-birimizə qarşı məsuliyyət içində olmağı bizlərə vəzifə etmişdir. Unutmamaq lazımdır ki bizlər Sünni və ya Şiə olmadan əvvəl Müsəlmanıq… Müsəlmanlar qardaşdırlar. Görəsən qardaş qardaşın düşməni ola bilərmi? Aşağıda iştirak edən mətn İslam aləminin ən böyük alimlərindən və vəhdət tərəfdarı olan Ayətullah Kaşif əl Gıtanın Hicri Qəməri 1350-ci İldə Sionistlər tərəfindən işğal edilmədən əvvəl Beyt'ul Müqəddəsdə etmiş olduğu əhəmiyyətli və tarixi danışmanın bir parçasıdır. Bu danışma İslam aləminin bu günki mövqesi üçün də nə qədər etibarlı olduğunu göstərməkdədir. Hamımız üçün ibrət olmasını xahiş edərik. "… Allah yolunda bir cür cihad sayılan belə bir konqresə qatılmaq üçün İraqdan hərəkət etdiyimi gündən bəri xüsusilə bu konqresdə tapıldığım son 6-7 gün içində davamlı düşünməkdəyəm. Bu əhəmiyyətli yığıncaqla həmsöhbət olduğum ilk gecədən indiyə qədər davamlı qorxu və ümid arasında tərəddüd edilməkdəyəm. Bu konqresə qarşı həm optimistim həm də qəribə bir narahatlıq duyğusu içindəyəm… Bu böyük konqres bir möcüzə kimidir və bu olduqca az baş verən bir hadisədir. Belə bir möcüzəni bizlərə bəxş edən şübhəsiz bizə güc də verəcək və bu güc sayəsində müqəddəs hədəflərimizi təsdiqləyəcəyik. Məqsəd əldə etdiyimiz hədəfimizi təsdiqləyəcəyimiz mövzusunda bizə zəmanət verən şey, bu məscidi (Beyt'ul Müqəddəs) ziyarət etdiyimiz və buradakı bu qədər qiymətli müqəddəs zənginliklərimizi, qiymətli tarixi əsərləri gördüyümüz zaman bizdə vəsf edilməyən xüsusi bir qüdrət meydana çıxmaqda, sanki yeni bir ruh yaranmaqdadır. Bu ruh, səy ruhu, fədakarlıq ruhu və bizləri öz dəyərlərimizi qorumağa itələyən ruhdur. Bu gün Müsəlmanların əlində var olan üstün güc qəti olaraq Qərbin əlində yoxdur. Qərbli dövlətlər bu gün hərçənd iqtisadi baxımdan Müsəlmanlara nisbətlə daha inkişaf etmiş mövqedədirlər amma biz Müsəlmanların içində öz müqəddəs dəyərlərimizi qorumu duyğusu çox daha güclüdür. Belə ki bu güc bizləri öz dəyərlərimizi bütün çətinliklərə baxmayaraq qoruma iradəsinə qovuşdurmaqda… Konqresə qatılan nümayəndələr və ev sahibliyi edən kəslərin bu sahədəki davamlı səyləri təqdirə layiqdir və bizləri ümidləndirməkdədir, lakin bütün bu ümid bəxş edən gerçəklərə baxmayaraq min yenə də narahatam, qorxmaqdayam. Bu qorxumun səbəbi bir neçə şeyə söykənməkdədir: 1 - … Şərqlilər, xüsusilə Müsəlmanlar, öz məqsədləri barəsində çox dayanıqlı görünmürlər və bu arenada şüurlu Müsəlmanların qızdırmalı hərəkət başlatmalarına baxmayaraq bu hərəkətin bir müddət sonra sönməyə üz tutması qayğısı mövcuddur. Konqresə Qatılan ey İslam aləmi alimləri! Sabitliksizlik bizlərin ən ölümcül dərdimiz və çətin xəstəliyimizdir. Müqavimət, müqavimət səbrin budaqlarından bir sal ki Quranı Kərim də 70 dəfə zikr edilmişdir. Bizlər hələ qiymətli işlərimizdə səbir və müqavimət xüsusiyyətini özümüzə adət etməmişik… Belə ki, girişdiyimiz işlərin bir gün içində nəticələnməsini istəyirik… Bu konqresin Müsəlmanların qarşı-qarşıya olduğu bütün problemlərə çarə olması, zülm və istismarın yox edilməsini özü ilə gətirməsi gözləməsi içindəyik. Bu konqres hələ sperma (döllənmə) mərhələsindədir. Konqresin kürəyinə, belini bükəcək qədər məsuliyyət yükləməyin. 2 - … İxtilaf və bölünmüşlük bizim təməlimizə kök salan və bizləri bədbəxt edən xronik xəstəliklərdən biridir. Allah Təala birlik və həmrəylik içində olmağı əmr etmişdir bizlərə. Qardaşlıq və bir-birimizə qarşı məsuliyyət içində olmağı bizlərin vəzifəmiz etmişdir. Görüş fərqliliyi və düşüncə azadlığı insanın xüsusiyyətlərindəndir ancaq görüş fərqliliyinin düşmənliyə çevrilməsi müsibətdir. Unutmamaq lazımdır ki bizlər Sünni və ya Şiə olmadan əvvəl Müsəlmanıq… Müsəlmanlar qardaşdırlar. Görəsən qardaş qardaşın düşməni ola bilərmi? Rəsulullah Əfəndimiz (səv)ın səhabəsi xüsusilə o həzrətin vəfatından sonra İslamın bir çox şəri məsələlərində ixtilafa düşdülər amma vəhdətləri zədələnilmədi. Hamısı tək bir imamın arxasında camaat namazı edirdilər və əsla başqa bir qrupu küfrlə günahlandırmadılar. Bu səbəbdən ötəri İslam dini yarım əsr içində dünyanın şərq və qərbinə nüfuz etməyi bacardı. Bütün Müsəlmanlara xüsusilə İslam aləmi liderləri və alimlərinə belə həssas və kritik bir dövrdə bütün səylərini Müsəlmanların vəhdət və birliyi yolunda xərcləmələri lazımdır. Şiə ilə Sünnilər arasında vəhdət demək onlardan hər hansı birindən öz məzhəb və inancından əl çəkmələrini istəmək demək deyil. Birliklərini istəmək onlardan bir-birlərinə qarşı düşmənlik bəsləməmələrini istəməkdir… … Müsəlmanların birlik və bütünlük içində olması üçün səy nümayişiniz… İslam dini ilk başlanğıcda bütün dünyanı sarsıtdığı kimi sizlərin səy və işləriniz nəticəsi təkrar bütün İslam aləmini ayağa qaldırmasını xahiş edərəm… Müsəlmanlar dünyanı yenidən quruluşlandırmalıdırlar. Günümüz dünyası fəlakət və fəsada qərq vəziyyətdədir və Müsəlmanlar bütün dünyanı hər cür pislik və çirkinliklərdən qurtarmalı, təmizləməlidirlər… Ey Müsəlmanlar! Tək bədən olun. Mən bundan əvvəl iki söz üzərində dayandım və bu sözümün qalıcı sözlərdən olmasını diləyirəm. O sözüm bu idi: İslam qübbəsi iki təməl üzərinə söykənəndir: Sözü Tövhid və Tövhidi Söz ( söz birliyi və birliyin sözü) 3 - … Bizlərim mübtəla olduğumuz üçüncü xəstəlik çox təəssüf bir şərqlilər əməldən daha çox həmişə söz çıxarmışıq. Öz nəzəriyyə və düşüncələrimizi həyata keçirməmiz lazım olan yerlərdə işlərimizi ümumiyyətlə hesabsızca etməkdəyik… Hər bir xalq üç şeylə hərəkət meydana gətirə bilər: Güclü xalq, sağlam düşüncə və davamlı səy. 4 - …Özlərini xalqın və İslam aləminin bir parçası xarakterizə edən bəzi qruplar çox təəssüf ki bu qiymətli konqres üçün problemlər meydana gətirməyə və konqresin gözlənililən nəticəyə çatmasını maneə törətməyə çalışırlar. Bu adam və qruplar gizli və ictimai cəhdləriylə konqresi təsirsiz hala gətirməyə çalışırlar… Sözümün son hissəsində bunu ifadə etmək istəyərəm ki; sui-qəsdlərin ən böyüyü və xəstəliklərin ən ölümcülü nifaq və ikiüzlülükdür. Münafiqlər özlərini Müsəlman və bizlərin bir parçası xarakterizə edən kəslərdir və çox təəssüf ki bizlərin içində yaşayırlar; lakin gizlicə bizlərin cəhd və işlərimizi məhv edirlər… Bunlardan uzaqlaşmalısınız…
Hörmətli Qadin.Net-in dindar xanım istifadəçiləri,Ayətullah Kaşif əl Gıtanın bu yazısını nümunə gətirərək sizləri də birləşməyə və dini mövzularımızda mübahisələrə son qoymağa çağırıram.Gəlin sonrakı fəaliyyətmizdə belə mübahisələrə yol verməyək və rəhbərlik dini mövzuların dərc edilməsinə icazə versin.
Mən sayt rəhbərliyinə öz adımdan söz verdim ki,daha dini təriqət mübahisələri yaradan şərhlər yazmayacam,sırf maarifləndirici dini mövzularla fəaliyyət göstərəcəyəm,İnşallah.
Sizləri də yalnız və yalnız öyrənmə xarakterli dini mövzular və şərhlər yazmağa dəvət edirəm.
XƏBƏR LENTİ
Fahriye Evcen yeni şəkillərini paylaşdı
Eşqin meydana gətirdiyi fiziki və psixoloji dəyişikliklər
İncə belə sahib olmaq üçün...
Antalyada Qarabağ müzakirəsi
“Mübariz postu”na Azərbaycan Bayrağı sancan zabitimiz ata oldu - VİDEO
Neft bahalaşmağa başladı
“Mucize”nin aktrisasının toyu olacaq-FOTO
Qışda gözlər də üşüyür
Hava haqqında - 01.12.2013
Gəlin öz toyunda UŞAQ DÜNYAYA GƏTİRDİ: bəylə oynadığı an... - FOTO
Limonlu keks (foto resept)
Ölkədə yağmursuz hava olacaq
Kartoflu tost (foto-resept)
Uşaqlarına- "Aza, Oyalı,Taz..." adlarını qoymaq istədilər
Ed Şeranın yeni klipi rekord izləmə topladı
Azərbaycanda verilən rəqəmsal imzaların sayı artıb
Putin canlı efirdə Qarabağ münaqişəsinin həlli yolundan danışdı
Pəhriz saxlayanların nəzərinə
Lazımsız boşqablarla evinizi bəzəyin
"Fənərbağça"ya şok cəza
ABBA 35 il sonra qayıdır
BERMUD ÜÇBUCAĞI
Qadın ölümcül Ebola virusundan xilas oldu
Avropanın ən çox qazanan ulduzları - Forbes
Qarda sürüşməmək üçün nə etməli?
HAVA necə olacaq? 8 İyun
Xoşbəxt evlilik sizin əlinizdədir
Fonetika - Səslər
Avropalı gənclər Cavad xan küçəsində
Maqnit qasırğası dörd gün davam edəcək
Rusiyada azərbaycanlı komandirə qarşı böyük hörmətsizlik!
Düşmən orduda böyük itki
Xəstəliklərimiz özünü dırnaqlarımızda göstərir
Doğuşdan sonra göbək yırtığı
Qızıl və platin iPhone istəyirsiniz?
Hellouində yadda qalan kostyumlar
Qadınların, kişiləri cəzb edən xüsusiyyətləri
Leyla Əliyevanın dəstəyi ilə Rusiya-Azərbaycan komediya FİLMİ ÇƏKİLDİ - FOTO
Azərbaycanda kreditlə maşın satışı dayandı?
2018-2019 Qış şalvar trendləri
Dünyanı titrədən xəbər
Yonca Evcimik 56 yaşını belə qeyd etdi-FOTO
Ermənistana avqustda qaranlıq çökəcək?
Holland pendirli, vetçinalı maffinlər (foto resept)
Metro istifadəçilərinə ŞAD XƏBƏR
Dünyanı gözləyən təhlükə
Cəbhə xəttində erməni təxribatı davam edir
Birinci xanım: Cəza alacaqlar
Alpinist dağın başında xəzinə tapdı
Bakı... Sözün bitdiyi yer - FOTOSESSİYA
- ŞƏRHLƏR