Xeyirxahlıq məfhumu olmasaydı, insanlıq da olmazdı...Həyata, ətrafımıza nəzər salsaq, hər şeyin qoşa yaradıldığının şahidi olarıq: isti-soyuq, hündür-alçaq, gecə-gündüz, güclü-zəif, zəngin-yoxsul. Görürük ki, Allah(c.c) birisinə göz vermiş, başqasını kor yaratmışdır; biri sağlam, digəri xəstə, yaxud əlildir.
İlk baxışdan insan buna təəccüblənir: nə üçün Allah hamını bərabər yaratmamışdır? Kimlərsə: - “Nə üçün bu bölgüdə hamıya eyni pay düşmür?” – deyə düşünə bilər. Bu sualın cavabını çox vaxt belə verirlər: “Ruzi məsələsində Allah birini digərindən üstün qılmışdır”. Bəzən insanlar səbrsiz, yaxud Allaha inamları zəif olduğundan, Allahın sifətlərini yaxşı bilmədiklərindən bu cür düşünə bilirlər. Halbuki, həmin insanlar ətraflarına diqqət etsələr, görərlər ki, Allah hamıya ruzini bol-bol verir. Kimisinə uşaqlığında, kimisinə gəncliyində, kimisinə qocalığında. Ruzi təkcə mal, mülk, yemək, içmək deyildir. Allah kimisinə çoxlu mal, mülk verir, digərinə gözəl, tərbiyəli övlad, başqa birisinə qiymətli qonşular, qohum və s. verir.
Əgər insanlar hamısı bərabər yaradılsaydılar, onların bir-birinə yardım etmə ehtiyacı olmaz, o zaman da insanlar arasında heç bir əlaqə olmaz, insan toplum, cəmiyyət halında yaşaya bilməzdi.
Doğrudan da əgər hər kəs ona verilən şeyin üstündə əssə, kimsə başqasına yardım, kömək etməsə, həyatın dadı, mənası olarmı? Əgər güclü zəifə, gözü olan kora, tox olan aca yardım etməyəcəksə, o zaman bizə insan deməyin mənası vardırmı?
Uca yaradan yardımlaşmanı əmr edərkən onun əsas cəhətini belə müəyyən etmişdir: “...bir-birinizlə yaxşılıq etmək, pislikdən uzaq durmaq üçün yardımlaşın. Günah işləməkdə və pis əməllər törətməkdə yardımlaşmayın. Allahdan qorxun.”
Xeyirxahlıq və yardım həm maddi, həm də mənəvi olur. Yarımlaşmanın ən qiymətlisi mənəvi yardımlaşma hesab olunur. Bu gün dünyada insanlar maddi vəziyyəti pis olanlar, həmçinin müharibədən, təbii fəlakətdən zərər çəkən insanlara yardım etmək üçün müxtəlif cəmiyyətlər, təşkilatlar qururlar. Bu insanlığı göstərən başlıca amillərdən biridir. Nə yaxşı ki, bu gün bu ənənə yetərincə və layiqincə yerinə yetirilir.
Bu gün danılmaz faktdır ki, uşaqlar evində gözü yollara dikilən neçə-neçə körpələrimiz var. Hətta normal həyat yaşamından məhrum olub, əlil kimi yaşamağa məhkum olunan uşaqlar da az deyil. Bu uşaqların həyatdan umduqları əslində maddi sevinc yox, mənəvi xoşbəxtlikdir. Gözlərində yaşanan sevincin işığı bunu anlamaq üçün kifayət edir. Bu gün onlar normal uşaqların sahib olduqları imkanlardan məhrum biridirlər. Onlar da qaynayıb qarışmaq, cəmiyyətin atılmış, kiməsə lazım olmayan bir üzvi kimi yaşamaq acısından xilas olmaq istəyirlər. Amma əlimizdə olan onların taleyini dəyişmək yox, onlara maddi və mənəvi dayaq durub, onların həyat eşqlərini sönməyə qoymamaqdır. Bəlkə də çoxları bunun fərqində belə deyillər...Lakin insan vicdanının səsinə qulaq asıb, bir saaatlıq belə özünü həmin gözüyolda uşaqların yerində görə bilsə...görə bilsə, demək onlar üçün yardım etməyi də düşünəcək. Allah ruzini bizə verir ki, onu paylaşmağı, ehtiyacı olanla bölməyi də unutmayaq. Unuduruqsa, bu insan olsaq da insaniyyətdən xəbəri olmamaq deməkdir bizim üçün.
Tarix özü də heç vaxt xeyirxah əməlləri unutmur. Xeyirxahlığı ilə insanların qəlbində əbədi yer tutmuş şəxsiyyətlərimizi hamımız yaxşı xatırlayırıq. Gəlin unutmayaq ki, ən böyük əxlaqi vəzifə öz qəlbini xeyirxahlığa öyrətməkdən, başqalarına da bunu təlqin etməkdən ibarətdir. Xeyirxah iş, xeyirxah əməl insanı mənən ucaldır, onu yaşadığı cəmiyyətin ən ləyaqətli üzvünə çevirir. Hər zaman yaxşılıq etmək üçün yaşayın, yaxşılıq edən yaxşılıq tapar...
Gəlin bu sevinci yaşatmaq üçün yaşayaq!
Gəlin xeyirxahlıq etmək üçün gecikməyək!
XƏBƏR LENTİ
Dərinin qocalmasına qarşı maskalar
İnsanlar irəlidə 200 il yaşaya bilərmi?
Ölkələrə görə gəlin və bəy
Mark Zukerberqin 2-ci qızı doğuldu - FOTO
Rusiyadan etiraf: “Rubl daha stabil olmayacaq”
Müəllimənin işdən çıxma səbəbi TƏƏCCÜBLƏNDİRDİ
Hava haqqında
Limon suyunun 10 faydası
Bakı Dövlət Universitetinin yaranmasından 94 il keçir
Təmiz suya tamarzıyıq
Qəribə tərz sahibləri
Məşəl Heydər Əliyev Mərkəzində
Təmizlik sağlamlıqdır
Çin sürətlə mobilləşir
Sovet işğalından 95 il ötür
Levanti mətbəxindən mərcili "Tabule" (foto resept)
Məşhur müğənni adını dəyişdirir-SƏBƏB
Uzun paltar modelləri
Ukraynada ölənlərin sayı iki dəfə artıb
Boşanmaya aparan kiçik problemlər
Cəbhədə silah səsləri
Di Kaprio məhkəmədə - Şok ittiham
İlham Əliyev: “Görülmüş operativ tədbirlər nəticəsində Ermənistan ordusu layiqli cavabını aldı”
Ətli mini zapekanka (foto resept)
BÜRCLƏR bizə nə vəd edir?-16 yanvar
Dəriniz yaz meyvələri ilə yenilənsin
Bu gün Xəyalə Muradın ad günüdür!
Pendirli-şokoladlı tort (foto resept)
Günün qoroskopu: yeni əlaqələrin bünövrəsini qoymaq olar
Ərdoğan Aya-Sofya məbədini ziyarət edib - FOTO
Kosmosa 2 saatlıq uçuş üçün xərcəlnəcək məbləğ açıqlandı
Hamiləlik şansını artırmaq üçün 5 tövsiyə!
Şəkidə şagirdlərə həblər paylanır
Füzuli və Cəbrayıl rayonlarının işğalından 26 il ötür
Ermənistanda qaça-qaçdır
Körpəniz xəstə olmadan həkimə aparın
ABŞ-da Zika virusu daşıyıcıları artıb
Arıqlamağa əngəl olan səbəblər
Turizm və növləri
Emin koronavirusa yoluxubmuş
Maykl Cordanın idman ayaqqabıları rekord məbləğə satıldı
Həm maus, həm kompüter
Microsoft-dan yeni smartfonlar
Gürcüstanda yaşıl rəngli küçük doğuldu - VİDEO
Toxuduqlarım
Xəyal qurun(2)
Ən çox satılan smartfon hansıdır?
Prezident Qarabağdan danışdı
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Yumurtanın qiymətini kim bahalaşdırır? - Quşçular Cəmiyyətindən CAVAB
- ŞƏRHLƏR