Bu məqalədə insan şəxsiyyətinin gizli meyarlarından biri olan səmimiyyətdən bəhs etmək istəyirəm. Səmimiyyətin nə olduğunu bir neçə sadə cümlə ilə izah edək: İnsanın daxili ilə xarici aləminin bir olması. Süni hərəkətlər etməmək. Dürüst olmaq. Özünü olduğundan fərqli göstərməmək. İnsanlardan əsl düşüncələrini gizlətməmək. Qəlbindəki hisslərini qarşısındakı insana olduğu kimi söyləmək. Təbii olmaq.
Lakin bəzi insanlar səmimiyyət məfhumunu düzgün qiymətləndirmirlər. "Səmimi olduğum üçün hər zaman haqsızlığa məruz qalıram", "İnsanlar səmimi olmağımdan istifadə edir" və s. kimi düşüncələrdə olanlar, əlbəttə ki, yanılırlar. Çünki səmimiyyət elə bir gücdür ki, bunun insanlar üzərində dərin təsir oyatmaması mümkün deyil. Səmimi insanın hərəkətləri, danışığı, gülüşü, baxışı, bir sözlə, hər şeyi çox təbiidir və bundan da təsirlənməyən insan çox azdır. Amma bəzi insanlar da vardır ki, səmimiyyətin qazandırdığı gözəllikləri süni hərəkətlərlə əldə etməyə çalışırlar. Məsələn, ürəyi istəmədiyi halda, hər zaman gülərüz olurlar ki, insanlar onların haqqında yaxşı düşünsünlər. Desinlər ki, optimistdir, mehribandır, ətrafa müsbət enerji saçır və s.
Səmimiyyətsiz insanlar cəmiyyət içində hörmət, izzət qazanmaq üçün qarşısındakı insanların istədiyi şəkildə görünməyə cəhd edirlər. Yəni başqa şəxsiyyətə bürünürlər. İnsanların hansı hərəkətlərdən, sözlərdən xoşlandığını nəzərə alaraq içlərindən gəldiyi kimi deyil, onların istədiyi kimi hərəkət edirlər. Hər insanın fərqli xarakterdə olduğunu nəzərə alsaq, səmimiyyətsiz insanların vəziyyətinin necə çətin olduğunu düşünün. Hər insan qarşısında onu razı salacaq şəxsiyyət nümayiş etdirmək nə qədər qorxuncdur. Yüzlərlə şəxsiyyəti olan ruhən narahat insanlar. Bu insanlar heç vaxt həyatdakı gözəl nemətlər olan sevgidən, dostluqdan həqiqi mənada zövq ala bilmirlər. Çünki səmimiyyətsizliyin doğurduğu ikiüzlülük insanlara heç də yaxşı təsir bağışlamır. Səmimiyyətsiz insanlardan hər kəs uzaq durur, onlarla dostluq münasibəti qurmurlar. Belə insanları heç vaxt sevmirlər, heç bir mövzuda inanıb onlara etibar etmirlər. Sadəcə olaraq müəyyən zaman və məkan daxilində məcburən bu insanlara "dözürlər." Ya da onlardan hər hansı mənfəət umaraq süni yoldaşlıq edirlər.
Səmimiyyətsiz insanlar saxta hərəkətləri ilə əslində, özlərini alçaldırlar. Bununla həm də onları yaradan Allaha qarşı hörmətsizliklərini ifadə edirlər. Onlar anlamalıdırlar ki, əsl hisslərini, düşüncələrini kimdən gizlətsələr də, Allahdan gizlədə bilməzlər. Allah onları özlərindən belə yaxşı tanıyır. Bu insanlar düşünürlər ki, onlara ən yaxın olan, yenə özləridir. Buna görə belə rahat-rahat əsl şəxsiyyətlərini gizlətməyə çalışırlar. Amma yanılırlar. Onlara özlərindən belə yaxın olan, bir quran ayəsində deyildiyi kimi, insana şah damarından belə daha yaxın olan bir Varlıq var. O da Allahdır. Bu üstün Varlıqdan əsl şəxsiyyətimizi qətiyyən gizlədə bilmərik. Ona görə də, nə Allahımızı, nə də ki, özümüzü aldatmağa çalışmayaq. Rahat olaq. İnsanların düşündüklərimizə, hərəkətlərimizə necə reaksiya verəcəklərini özümüzə dərd etməyək. Nəyi vicdanən doğru biliriksə onu edək. Özümüzə "Necəyiksə bizi elə də qəbul etsinlər" təlqinini aşılayaq. Biz Allah qarşısında, sonra öz vicdanımız qarşısında etdiklərimizə görə məsuluq, insanlar qarşısında deyil...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Doğum gününə görə xarekter (oktyabr)
Pensiya sistemi təkmilləşdiriləcək - RƏSMİ
Hilmi Cem otel aldı
Əfsanə nikah: 103 yaşlı bəy və 99 yaşlı gəlin
İlk baxişdan xoş təsir bağışlamaq istəyirsiniz?
Hava haqqında
Binalara istilik nə vaxt veriləcək?
Kovboy şlyapalı göyərçinlər hər kəsi şoka saldı - VİDEO
Nədir milli ruh?
Angel Sançesdən 2017-ci il gəlinlik modelləri
Qar dənəciyi düzəldək
Ziddiyyətli ata sözləri
Sırğa modelləri
Uşaqlar zorlandı, BMT rəsmisi ağladı-VİDEO
Qeyri-adi şəkillər
Uşaq papaqları
Gənc istedadlar xüsusi təqaüdə layiq görüldülər - SİYAHI
Bu yay ağıllı saat ola bilər
Ataları fərqli olan əkizlər
Adi yumurta İnstagram-da rekord vurdu - VİDEO - FOTO
İranın cücələr şəhəri
Corc Sorosdan böhran xəbərdarlığı
Bergüzar çimərlik görüntülərindən xəbər hazırladı - FOTO
40 min illik Boz qurd başı tapıldı
Bu ölkədə toylar nəzarətə götürülür - Şok qadağalar
Spirtli içkilərlərdən zəhərlənməyə səbəb nədir?
Azərbaycan və Ermənistan prezidentlərinin görüş tarixi dəqiqləşdi
Sensasiyalı kəşf: yeni Günəş sistemi TAPILDI
Ağ ciyər qıtlığı var
Türkün şən səsi vəfat etdi
Kəsmikli, xurmalı toplar (foto resept)
Oğlu İbrahim Tatlısəsi ifşa etdi - FOTO
Türkiyə gözəli hicablı FOTO paylaşdı
2017-ci ilin ən çox satılan kitabları
Qara çayın faydaları
İranda milli internet sistemi yaradılır
Ağacı fikirləşərək
Mehriban Əliyeva və qızı Moskvada Dövlət Tretyakov Qalereyasında -FOTO
Mobil nömrə daşınma xidmətinin şərtləri açıqlandı
Dünyada koronavirusa yoluxanların sayı 90 milyonu keçdi – STATİSTİKA
Ağzını tikdi
Badam yağı qaş və kirpik uzadırmı?
100 dollarlıq kompüter təqdim olundu
Sankt-Peterburq görüşü barədə Minsk qrupu məlumatlandırılacaq
Evlilikdən əvvəl 5T qaydası
Hindistanın məşhur musiqi qrupu Azərbaycan mahnısı ifa etdi - VİDEO
Ərikdəki möcüzə
Berliner ponçik (foto resept)
"Milan" satıldı - 1,5 milyarda
“WhatsApp”dan yeni gizlilik müqaviləsi ilə bağlı AÇIQLAMA
- ŞƏRHLƏR