Bəzən insanın özünə bilə etiraf edə bilmədikləri olur.Çünki insan öz səsindən heç bir şeyi dinləyə bilmir.Ağır olur bəzən hər şəy insana özünün dilindən eşitmək.İnsanın ürəyi onda biraz daha dərindən yanır.Ən yaxşısı yazmaqdı.İnsan nə qədər yazmağa meyilli olsa,bir o qədər içindən atar hər kədəri.Onsuzda kiməsə dərd yanan da nə olur ki!?Deyilənə görə insan rahatlaşır.Əgər rahatlaşmaqdan söhbət gedirsə ondan yazmaq daha yaxşıdır.Beləki sonradan dərdə düşmək lazım deyil ki,görəsən dediklərimi içində saxlaya biləcək.Bu insanın dərdinin üstünə dərd əlavə etməkdən başqa bir şey deyil.Öz dərdinimi çəkəsən, yoxsa dərdini dedin, səni ürəklə dinlədimi yoxsa kiməsə dərdini bəyan edəcək bunun dərdinimi çəkəcəksən?Bax bütün bu olanları dərd etməkdənsə elə sakitcə insanın öz yerinə çəkilib yazmağı daha yaxşıdır.
Başını gecələr yastığına qoyanda dərdinin kimlərin ürəyində olduğunu düşünməsin.Kim bilir kimin ürəyində o dərdlər necə əks olunub.Ağızdan-ağıza keçib, ya öz dəyərini itirb, ya da çox çirkinləşib.Kim inanar sənə kim? Kim yanar sənin kimi ....Heç kim .Çünki adi bir əlin yananda hamı yanına qaçar,çarə axtarar, amma kimsə canının necə yandığının fərqində ola bilməz.Bəzi şeyləri eşidəndə deyirik ki, kim bilir nə günahı var,yəqin nəsə edib ki,indi bunları yaşayır....Amma həyatda elə şeylər var ki,insan onu bilmədən edir amma gələcəyini məhv edir.Bəlkə də uşaqlıq idi,heç özü fərqində olmayıb etdiklərinin, amma bir dəfə olub.Həyatda elə səhvlər olur ki,onların həlli olur amma elələri də olur ki,sonsuza qədər yolun sonu qaranlıqdı.İnsanlar elə daş ürəkli olub ki,bəzən heç bağışlaya bilmir.Elə keçmişlər var ki,insan bir sual belə vermək istəmir sanki mənfi enerji onu alıb aparır.O,insanı görmək belə istəmirik bəzən.Amma onunla bərəbər onun keçmişinə enəndə insan nələrin şahidi olur.Sanki onun həyatında hər şey bir-birinə zəncirlə bağlanıb.Bir səhv onun bütün həyatını məhv edib.Elə ürəyi gözəlliklərlə dolu insanlar var ki,belə şeyləri həmin insanla yaşamağa razı olur.Günahları olan insanın heç ağlına gələrmiydi ki,bir gün qabağına onu bütün keçmişi ilə qəbul edən biri çıxacaq.Amma bir balaca nüans var ki,o həmişə ağıllarda olur.Ya məndə aldanaramsa,ya məndə yanaramsa...
Bəziləri sonsuza qədər güvənir,bəziləri isə çətinlikdən qorxur.Qəbul edən insan onsuzda qəbul edib,məni tanıyır....Mən nə etsəm məni qəbul edəcək.Axı məni sevir!!!!!!!!
Amma səbr kasası deyə bir şeyi anlaya bilməyənlər də var.Bu onun həyatına gözləmədən gəlmişdi,bir möcüzə kimi.Möcüzələr elə hər an adamın qabağına çıxmır.Bir misal var deyir ALLAHIN sevdiyi bir qul imiş. Bax belə bir şey idi.
Bəzi insanlar onlara verilən ikinci şansların çox vaxt fərqində olmur.İtirir və sonra anlayır ki,mən nələri itimişəm.Bəs üçünücü şans? O var???? Məncə yoxdu.
Bəziləri elə doğulanda şanslı olur.Hər şey həyatında mükəmməl gedir,çünki onun üçün zəhmət çəkir.Əmək verir.
Amma başqaları bunu anlamır.Elə “o həmişə belə olub” ,”onun həmişə bəxti gətirib”,sözləri onlar üçün öz eyiblərini örtmək üçün istifadə etdikləri bir sözlərdi.Ürəklərinin içində açıq-aşkar qısqanclıq keçirər.Bu həyatın xoşbəxtliklərini ona niyə vermədiyi üçün heyfslənər.
Kim düşünmür ki,öz həyatını,kim heç yanmır ki ,keçmiş günləri üçün gələcək günləri üçün?!
Həyatda hər cür insan var deyirdi böyüklər, mən anlamırdım.Amma indi düşünürəm ki,həqiqi elə imiş.Bu həyat elə bir şeydi ki,kimsənin həyatı bir başqasının həyatında təkrarlanmır.Onun da həyatı belə başladı belə davam edir ,mənimki də belə olacaq deyə bir şey yoxdu...Bəzi başlanğıclar və ya sonlar eyni ola bilər.Amma o aradakı yaşam əvvəl axır arası hamıda eyni deyil.Eyni olsaydı yəqin ki,mənimdə ürəyimdən belə sözlər qopub yazılara tökülməzdi.Yazmaq ən gözəlidi...Danışdın çarə tapa bilmədin yaz onda tök içini .Ürəyində qalıb sənə dərd edəcəksə dəftərdə qalsın.Ya sonsuza qədər ya da sən istəyənə qədər...
XƏBƏR LENTİ
Balıq kotleti (foto resept)
İşləyən qadınlar üçün asan saç modelləri
Rus jurnalistdən ermənilərə layiqli cavab: "Bu, lap ermənicədir"
Yer qaranlığa qərq olacaq? - AMEA-dan AÇIQLAMA
Bunlari bilirsinizmi?
BÜRCLƏR bizə nə vəd edir?-25 Mart
Məşhurların uşaqlıq şəkilləri
AMEA-da akademik Vəli Axundovun 100 illik yubileyi qeyd olunub
Putin Bakıda Əliyevlə Qarabağdan danışacaq
Pensiyalar artırılacaq – RƏSMİ
Cemli, halvalı peçenye (foto resept)
Turşu yeməyin faydaları
Türkiyədə seçki başladı
Microsoft-un yeni möcüzəsi
Ev heyvanları uşaqları allergiyadan qoruyur
Manyak pərəstişkarina görə evini dəyişdi-FOTO
Baş Prokurorluq və DTX birgə məlumat yaydı
"Sofiya Rotaru"nun cavan qalma sirri
Günün ulduz falı
Kəşf edilmiş güzgü
Rentgen radiasiyasından keçmiş məhsulları yemək olar? - Mütəxəssis açıqladı
Dünyanın ən uca zirvəzində ilk fırıldaq
Əhalinin səhiyyə xidmətlərindən məmnunluq səviyyəsi öyrəniləcək
Ombaları möhkəmləndirmənin yolları
Bakı Metrosu yenidən bağlana bilər? - AÇIQLAMA
Kərə yağı adı ilə satılan yağlar ziyanlıdır? - RƏSMİ AÇIQLAMA
Qandakı şəkəri dərhal ölçən cihaz
Məhərrəm ayı ilə bağlı fətva verildi
Tayson və Cons “Black Lives Matter” titulu uğrunda şou-döyüş keçirəcəklər
Çexiya ermənilərə rədd cavabı verdi
Yaşıl pomidor salatı (foto-resept)
Bu gün birinci sinfə elektron qeydiyyat başlayır
Hərbçilərimizin Sumqayıta həsr etdikləri ifa Rusiya mediasında - VİDEO
Kəpəyə qarşı təbii üsullar
Ermənistan müstəqil dövlət kimi davrana bilmir
"Eurovision" təmsilçimiz kim olacaq?
Emin Ağalarov: "Maaşları verə bilmək üçün 3 avtomobilimi satmışam"
Dünyanın ən eybəcər iti öldü
Qadınların sevimli payız aksesuarları
Sərt karantin tətbiq etməyən İsveçdə koronavirusa yoluxma kəskin azalır
Azərbaycanda yetim uşaqlar təhsil haqqından azad edildilər
30 milyona ev aldılar
Beren Saat boşanması haqqında İLK DƏFƏ DANIŞDI
Dünya nə vaxta qədər koronavirusun təzyiqi altında yaşayacaq?
Qan tərsinə dövran edəndə...
Hazal Kaya ona yazılan məktublardan danışdı
"Uşaqlıqdan gimnastika ilə məşğul olmuşam"
Günün qoroskopu: təmaslarda diqqətli olun
Saç tökülməsinə qarşı maska
"Şaban"ın xatirəsinə pul buraxıldı - FOTO
- ŞƏRHLƏR