Təsəlli
Mən çox fikirləşən və buna aludə olan adamlardanam. Ona görə də mənim düşüncülərlə dolu olan beynimdə təzə-təzə səhifələr açılır, mən bu səhifələrin bir–birindən təzadlı , maraqlı və rəngarəng olmasına çalışıram. Bu səhifələri yazan və oxuyan elə özüməm. Axı mən öz qəlbimi zənginləşdirir , onu cürbəcür təsəllilərlə yüngülləşdirirəm. Çünki, bilirəm ki, qəlbim həyat okeanının amansız dalğalarında əvvəl-axır qərq olmağa məhkumdur. Mənim fikirləşməyə vaxtım çoxdur , odur ki, tədricən özümü həyatın vahiməsinə alışdırıram. Mən çox oxuyuram , ona görə ki, qəlbimdə həyatın vahiməsini ağılla qarşılamağa və bu vahiməni azaltmağa çalışıram. Qəlbini vahiməyə alışdırmaq və qəlbini ondan qorumaq... Bu, ona bənzəyir ki, saatlarla dayanıb qatı qaranlığa baxır , arabir gözlərin ağrıdıqca, kibrit yandırıb bircə dəqiqəliyə ondan qorunmaq istəyirsən. Bəli, bircə dəqiqəliyə unutmaq istəmədiyin gülünc bir təsəlli ilə əylənirsən.
Kənd
Sən tənha yolçusan və sürətlə gedirsən. Uzaqdan , lap uzaqdan qatı qaranlıqda güclə sezilən işıltılar görünür. Sən solğun və arabir tamam öləziyən işıqları gözdən qaçırmamaq üçün az qala gözlərini belə qırpmadan , tələsə - tələsə onlara doğru irəliləyir və nəhayət kiçik bir kəndə çatacağını düşünürsən. Lakin, ola bilər ki, heç kəs səni qarşılamasın , sən ona çatanacan bütün işıqlar söndürülsün və artıq hamı yuxulamış olsun. Sən isə bir-bir qapıları yumruqlayıb adamları haraylayasan və bunun nə qədər çəkəcəyini bilməyəsən. Axı gecə bitib – tükənməzdir, kənd isə böyük deyil, cəmisi bir-neçə daxmadan ibarətdir. Görünür , heç kəs isti yatağından qalxıb sənə qapı açmaq fikrinə düşməyəcək və adamlar səni beləcə sükutla yola salacaqlar.
Bəlkə , sən özün də çoxdan unudulmuş bir kəndi diksindirmək , sonra da həmin aldanışlar içində qoyub getmək üçün gəldin?
1998
Yoxluq
Adama qəribə gəlir ki, bir gün durub görəsən , üstündə uzandığın çarpayı yoxdur və düşünəsən ki, görəsən , gecə yorğan – döşəyi nəyin üstündə açmışdın : çarpayınınmı? Xəyalınmı? Bəs bütün gecəni döşəmədən yarım metr hündürlükdə necə yata bilmisən? Sonra həyətə düşüb görəsən ki, hər gün oturduğun skamya yoxdu, o skamyanın yanındakı iri qızılıgül kolu yoxdu , onun tikanları ilə gözlərini kor etmiş zavallı bülbül yoxdu , hər gün onun səsini dinləyən adam yoxdu və bu yoxluqda birdən anlayasan ki, o adam sənsən - əslində səndən başqa dünyada hər şey yerindədir , bircə sən yoxsan , amma sənin yoxluğun hiss edilmir.
1999
Zülmətdə qalan
Bəzən gecənin bir vaxtında , işıqlar tamam söndürüldükdən sonra , zülmətin dərinliyindən kiminsə bağırtısı eşidilir. Mən onun qışqıraraq nə dediyini anlamıram, görünür , o çox uzaqdadır və şübhəsiz , belə uzaqda olanlar bir-birini nə anlaya , nə də başa sala bilərlər.
Bəlkə, kiminsə vahimə içərisində gözdən itirdiyi adamı çağırır , hansı ki, bir müddət fənərin tutqun işığında tələsə-tələsə yol gediblər, nəhayət, işıq tamam öləziyib sönəndən sonra qəflətən bir-birini itirmişlər.
Bəlkə, o bütün günü kimisə axtarıb və qaranlıq düşdükdə yolu azmışdır. Və o, təzəcə yandırdığım lampanın zəif işığını görüb məni haraylayır , yalvarır ki, işığı söndürməyim.
Bəlkə, kimsə tamam başqa adamdır, israrla lampanı söndürməyimi tələb edir, axı indicə məxfi əmr almışdır və bu yeri səhərə qədər gizlətmək ona tapşırılmışdır.
Bəlkə, o kimdirsə artıq fikrini dəyişib və geri qayıdır, mənsə əbəs yerə onu gözləyirəm.
2002
Surət
Uzun-uzadı təsvirə nə hacət, ən əsası odur ki, o, çox gözəl idi , özü də təbii, bənzərsiz və tayı-bərabəri tapılmayacaq dərəcədə gözəl. Surətinə vurulanlar , əslində onun kim olduğunu , bu şəhərə haradan və haçan gəldiyini bilmirdilər. Heç kəsə məhəl qoymadan keçəndə bütün şəhər tamaşasına yığılırdı. Təkcə canalan baxışları nəyə desən dəyərdi. Şair demişkən , gözəl , sənin gözəlliyin gözəldi...
O, hamının qəlbinə hakim kəsilsə də , heç kəsi qəlbinə yaxın buraxmırdı. Çoxları qarşısını kəsib ürəyini açmış , fəqət, qız bu sözləri elə həmin gün yaddan çıxarmışdı. Şəhərin ən imkanlı adamları belə onun məhəbbətini qazanmaq istəsələr də , var-dövlət qızın gözlərini qamaşdıra bilməmişdi. Hamı məəttəl qalmışdı : axı o , nə istəyirdi?
Görünür , o, təbiətən çox məğrur idi və azadlığını hər şeydən yüksək tuturdu. Lakin, camaat “gözəllər ağılsız olur” məsəlini əsas tutaraq , bunu qızın məhdudluğu kimi qiymətləndirirdi. Sanki hamı dilbir olub, onun azadlığını buxovlanacağı anları tezləşdirməyə çalışırdı.
Eh, nə deyim, o qədər gözəl idi ki, axır bir gün onu bəzəkli çərçivəyə saldılar və doyunca baxmaq üçün divardan asdılar.
2002
Bəxtiyar Əliyar
Azərbaycan Yazıçılar Birliyinin Üzvü
XƏBƏR LENTİ
Bu Qala kimin qalasıdır?
Uzun saçlar üçün maskalar
Ev heyvanı ilə böyüyən uşaqların qazandığı 3 üstünlük
Dünya mədəniyyətinin ilkləri
Azərbaycanda keçiriləcək buraxılış imtahanlarında dəyişikliklər edilib
Nazirdən repetitor xidmətinin bərpası ilə bağlı AÇIQLAMA
Albalı piroqu
Gənc xanımlar üçün çanta modelləri
Azərbaycan tarixindən yüz şəxsiyyət-78
Cəfəri maskası
4 günə 5 santimetr arıqladan detoks
BVF son proqnozu açıqlayıb
Bilirsinizmi?
Xeyirxahlığın ölmədiyini göstərən şəkillər
Küçələrin ən gözəl yaradıcılıq nümunələri
Bakıda 1 000 manata çörək
Uşaqların yaşına görə boşanmanın təsiri
"Taxt oyunları"nın aktrisası gizlicə ərə getdi - FOTO
“Cümə günü də məhdudiyyətlər tətbiq edilsin” - TƏKLİF
Azərbaycan kəndində ilk
Düzgün ayaqqabı seçimi
Mehmet Əli Ərbil Son Halı ilə Qorxutdu-FOTO
Kağızdan hazırlanmış donlar
Çox təmizlik Alzheimer riskini artırır
"Ağıllı lövhə"lərin şagirdlərin sağlamlığı baxımından şübhə doğurduğu məqamlar
Dadlı görünən çantalar
Xərçəng olmamaq üçün bunu etməyin
Yer qaranlığa qərq olacaq? - AMEA-dan AÇIQLAMA
Narın faydası və zərəri
Dünyada internet nə vəziyyətdədir?
BÜRCLƏR bizə nə vəd edir?- 3 fevral
Ermənistanda aclıq gözlənilir
Pareidoliya
Prezident işğaldan azad olunan torpaqlarda quruculuq işləri ilə bağlı tapşırıqlar verdi
İsti havada başımız niyə daha çox ağrayır?
Ağacları sevən pişiklər
2021-ci ilin qeyri-iş günləri açıqlandı - RƏSMİ
88 yaşlı modelin cavanlıq şəkilləri
Piyləri artıran… fruktoza
Kompüteriniz üçün maraqlı şəkillər
"Çılğın Bediş" 23 il sonra yenidən-FOTO
Orucun 15-ci günündə bunlar baş verir - Həkim danışdı
Gözəl dırnaqlar
Məşhur cütlük ayrıldıqdan sonra-FOTO
Nəşhur həkimdən ilginc AÇIQLAMAlar
Conni Deppin qızı hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Makronun koronavirusa harada yoluxduğu məlum oldu
Ziynet Salı toy tarixini açıqladı
Firuşkamızın əl işləri
Çilli qız gözəlliyi ilə diqqət çəkdi-FOTO
- ŞƏRHLƏR