Ana-atasınızsa, xüsusilə anasınızsa, işlərin hamısını qurtarmaq çətindir, əgər ki, hamısını birdən qurtarmaq istəyirsənsə, bax, bu heç düzgün deyil. Çünki ən azından”başladığın işi yarımçıq qoymamaq", ya da “bir işi qurtarmamış o biri işə başlamaq” prinsipi olmalıdır. Elə olmalıdır ki, qurtardığımız işdə rahatlıq tapaq, görəcəyimiz işləri planlamaq enerjimiz artsın. Beləliklə, bizləri düşünməyə vadar edən bir mövzunu birgə müzakirə edəcəyik.
Qurtarmaq məqsədi ilə başladığım bir iş kiçik bir maneə üzündən büdrəyib dayanırdı. Səbirsizlik limanında digər başqa yarımçıq işlərlə qarşılaşırdı. Görüləcək işlər çox zaman işə başlama istəyi söndüyündən də görülməmiş qalırdı.
Mənim isə bir işi qurtarmağa səbrim çatmır, onu da qurtarmaq məqsədi ilə başqa işə həvəslənirdim. Başlayanda da "yenə yarımçıq qoyacam" deyə düşünürdüm.
İşimi yarımçıq buraxdığıma narahat olduğum halda, bir gün hamısını qurtaracam deyə inanmağıma baxmayaraq əl vurmamağa davam edirdim. Getdikcə, "sən onsuz da nəyi başa çatdıra bilibsən ki?", "sənin əlindən bir iş gəlməz, ən yaxşısı başlama" deyə özümü danlamalarım başladı. İşlərini qurtaranlara qibtə edirdim. Bu qədər səbr onlarda hardandır, deyə, məəttəl qalırdım. Həyata və zamana ciddilik və məsuliyyətlilik gözüylə baxdığımı zənn edirdim, fəqət məni əhatə edən bir qüvvə mənə yanıldığımı deyirdi. İş görərkən çəkəcəyim sıxıntının sonunda gözəl bir mənzərə var idi, lakin "beyin gözləri"m bunu görmürdü.
Əslində, bir işi sonadək bitirməyin ləzzətini dadmamış bir əsəbin sonuydu bu səbəblər. Bitirilməmiş işlərin verdiyi böyük əsəb, artıq, insanların qarşısına çıxdığım üzümdəki ifadəni də dəyişdirirdi. Yoxsa, mən işləri görməməklə buna adət edirəm? Heç bir zaman bunu bacarmarammı?, deyərək, öz-özümü daim sorğulayırdım.
Anlayırdım ki, beynimdəki işə verdiyim dəyəri təcili düzəltməyim lazımdı. İşlərimi qurtarmağa dair inancımı qüvvətləndirməli və yeni bir hərəkət planı hazırlamalıyam. O zaman, "BİSMİLLAH" deyib hərəkətə başlamanın tam zamanıdır.
-Başladığın işi bitirməyin nə mənası var? Bizə necə təsir edir?
Əziz Qadın.Netlilər, bir işi sona çatdırmanın bizə verdiyi faydaları gələn xəbərimdə sizə təqdim edəcəm.
Bəs, siz işinizi sonadək görürsünüz, yoxsa maneə ilə rastlaşdıqda həvəsdən düşürsünüz?
XƏBƏR LENTİ
50 dən çox sahibkar “McDonalds”ı məhkəməyə verdi
Koronavirusdan ölənlərin sayı 9 minə çatdı
Xəstəliklərin dəf olunması (1)
Zəncirli və daşlı bilərziklər
Paltaryuyan maşının ömrünü qısaldan xətalar
Sabahın HAVAsı
Sağlam olmağın alternativ yolları
Gündən qoruyan kremlər... heç nədən qorumur - ARAŞDIRMA
Şakiranın yeni FOTOları
Dolu xanımlar üçün donlar
Sadə geyim modelləri
Fərqli əlcəklər
Anna Sedokovanın Moskva biznesi iflas etdi-FOTO
Emin Ağalarov Leyla Əliyevanı təbrik etdi - FOTO
İlin ən yaxşı 10 filmi açıqlandı - SİYAHI
Məndən imtina etmə, ana!
Bu qız heç vaxt böyüməyəcək və qocalmayacaq
"Qalatasaray" Bakıya gəldi
Seçimlərdən ən çətini…
Hamam dekorasiyasını rəngləndirmək üçün nümunələr
Azərbaycanda yeni tipli məktəblər yaradılır
Pavel Antipovdan fəlsəfi rəsm əsərləri
Çaynikdə qalan çayı atmayın
Mağaza - şirniyyatlar
Azərbaycanda I və IV qruplar üzrə qəbul imtahanlarının nəticələrini açıqlandı
Azərbaycan peyki Livan telekanallarının yayımına başladı
Azərbaycanda Tibbi Genetik laboratoriyalar yaradılacaq
Günün qoroskopu:Səbrli olun!
Kəndirin köməyilə artıq çəkini təyin edin- TEST
BÜRCLƏR bizə nə vəd edir?-13 İyul
Hərbçimiz 27 il sonra Füzulidəki doğma evini ziyarət edib - VİDEO
Ərdoğan peyvənddən sonra: “Burda çətin heç nə yoxdur”
Sabahın HAVAsı
Hansı valideynlərin uşaqları ağıllı olur?
Gəlin gülləri(2)
Gərəyiniz olar: smartfonlar üçün GİZLİ KODLAR
Qarğıdalı çörəyi (foto-resept)
Mətbəx əşyaları
Ebunun konset bileti neçəyədir?
Kişilər nə istəyirlər? 2-ci hissə
Çiyələk yağının dəriyə faydası
Gəncə parkları abadlaşdırılır
Ələddinin sehrli çırağı
Prezident İlham Əliyev Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib
Bakıda pulsuz çörək paylanır
Outlook yeniləndi
Tələbələrin təqaüdləri artırıldı
Bakıda yaşlı qadın çinli zənn etdiyi əcnəbini qovmağa çalışdı - VİDEO
Toyda bəylə gəlini cansız manekenlər əvəz etdi
Benzinin qiyməti ilə bağlı rəsmi açıqlama
- ŞƏRHLƏR