Sirli insan xarakterləri... Ayrı-ayrı düşüncə tərzləri, həyata baxış prizmaları. Hərgah qız, qadın üçün daha çətin olan həyat mübarizəsi, kişilər üşün nisbətən asan sayılan həyat yolu. İsmət hər xalqın, millətin mentalitetində müəyyən sərhədlərə malikdir. Adətən müsəlman ölkələrində, islam ruhlu xalqlarda bu hiss, bu sərhədlər daha güclüdür. Digər tək Allaha inanan xalqların da ismət haqda müəyyən sərhədləri var. Avropa dövlətlərində tam fərqli düşüncə tərzi, daha "azad" yaşamaq prinsipləri var. Avropaya inteqrasiya etdikcə biz əvvəl qətiyyətlə qəbul etmədiyimiz bir çox amillərə, sərhədlərə indi adi yanaşırıq. Mən insanın qəlbindəki hisslərə, nəfsinə hakim olmasına dini yox, ruhi, mənəvi və sadə reallıqlar pəncərəsindən baxmağa çalışacam. Hər kəs din seçimində sərbəstdir. Şərt odur ki, insan ən azından yaradıcı qüvvəyə, dini tərəfdən isə Allaha inansın, Allah sevgisi, qorxusu olmayan insanlara dində kafir deyirlər. Amma ateist olan bir insan hərdən fikir verəndə dindar "donu" altında gizlənəndən daha üstün ola bilər. İnsanların Allah haqda fikirləri ta qədimdən olub. Günəşə, aya, oda, bütlərə və s... İndi də tək Allahla yanaşı ateistlər və başqa dindən olanlar var (P.S: Cəhənnəm boş qalmalı deyil ki?!)...
Mən kimi isə qınamaq, digər dinləri müzakirə etmək fikrində deyiləm. Bu günümüzün reallıqları, Azərbaycanda baş verən hadisələr əsasında həssas bir mövzuya toxunmaq istəyirəm.
"Ləkə" anlamı altında ismətə, qeyrətə, vicdana və insanlığa, mənəviyyata düşən ləkədən danışacağam...
1. "Kişi üçün xoşbəxt olmaq asandır ya qadın üçün?" Əvvəl onu deyim ki, indi kişi olmaq elə də asan deyil! Demokratiyanın, Avropa ilə inteqrasiyanın milli mrentalitetimizlə təzadları, uyğun gəlməyən tərəfləri olduğunu heç kəs danmaz! Heç bunu İslam dini, şəriət qanunları ilə təzadını demirəm. Sadə azərbaycanlı, lap ateist olsun, övladının əsl kişi kimi səadətinə, qadın kimi xoşbəxtliyinə necə şərait yarada bilir? Oğlanın mavi, əyyaş, əclaf və biqeyrət (qumarbaz, narkoman və s.) mənəviyyatsız olmayacağına 100% zəmanətmi var? Qızın namussuz, pozğun (yanə də narkoman, əyyaş və s) olmayacağına kim zəmanət verər ki?
Hansı tərəfədən baxsan, yalnız qəlbində Allah sevgisi, xofu olan, həqiqi Allaha tapınan övlada güvən daha çoxdur. Əgər o, İslama, Qurana əsasən həyatını qurursa, daha da güvən artır, ən azından Allahın da ona yardımçı olacağına, pis yola getməyəcəyinə nisbətən güvənirsən. Bəlkə səhv deyirəm? Bu dini baxış deyil, mən heç dindar da deyiləm, o ki qala mömin. Mən realistəm.
İndi kişi və ya qadın üçün səadətin asan olduğuna baxaq. Hamı bir ağızdan "kişi üçün" deyəcək. Mən isə xalis, qeyrətli, vicdanlı kişi üçün səadət daha asandır deyərdim! Nəfsinə hakim olan kəs heç müsəlman olmasa da, lap dindar olmasa da, mənəviyyatı varsa, daha tez səadətini tapar!
Sadəcə bu dünyanın sınaq dünyası, fani dünya olduğun anlayanlar dinə, Allaha sığınır...
Qadın lap kişik yaşdan tam mömin olsa da, ona səadət daha çətin görünür. Axı şər var, indi tez-tez rastlaşdığımız zorlama hadisələri, qadın oğurluqları, narkomaniyaya sürükləmə kimi fitnəkar əməllər var. Tək Allahın qızlarımızı bu bəladan qoruyacağını düşünmək, üzgü bilməyəni, xilasetmə sürsatı olmadan axına buraxmaq, axının onu çıxaracağını düşünmək qədər ağlabatandır...
Qadın səadəti üçün daim cəmiyyət və dövlət tərəfindən mühafizə labüddür! İndi qadına qarşı şiddət, şəhər yerlərində psixoloq və qadın məsləhətxanaları var. Bunlar azdır, insanın, cəmiyyətimiz Avropadan sivil mədəniyyəti yox, daha çox çirkin xüsusiyyətlərlə zənginləşib, yoluxub!
2. "Kişilərə səadət yolunda maneələr." Düşüncə, insanın mənəviyyatı onun səadət haqda anlayışını fərqli edir. Məsələn, adam var ani səadət dalınca qaçır, zəmanəmizdə kasıbçılıq ən böyük bədbəxtlik sayılır. Amma mənəvi kasıblıq əsl bədbəxtlikdir.
Əgər ailə tərbiyəsi normal olarsa, cəmiyyətin sonradan oğlan övladını pozma ehtimalı çoxdu. Azərbaycanda qızlar üzərində valideyin təpgisi daha çoxdur.
Atalar məsəli var "oğlunla 5 yaşadək şah kimi, 5-dən 15-qədər nökər kimi, 15-dən sonra dost kimi davran!" Çoxu razılaşan deyil, axı ərköyün oğlu sonradan necə nökər edəsən? Amma sözləri hərfi mənada anlamayaq. Kiçik yaşlarında uşaq öz uşaqlığını etsə, psixologiyası sağlam olur!
15 yaş (indiki dövrdə 13 yaş) oğlan uşağının kişiləşmə mərhələsidir. Səs tonu, cüssə dəyişikliyi və cinsi aktivlik - kişiləşmənin ilkin etapıdır, fiziki gösəricisidir. 5 yaşdan 15 yaşadək zəhmətə, sənətə, kişi işlərinə valideynin iradəsi altında istiqamətləndirilən, tərbiyə görən, dini anlayışa yiyələndirlən gənc qarşıdakı sərt sınaqlara hazır olur. Səadətin nə olduğu onun şüuraltı dərrakəsində formalaşır. Hətta pis valideynin də tərbiyəli övladı ola bilər. Bu hal adətətn ruhən sağlam insanlarda, pisdən ibrət götürə bilənlərdə olur. 13-15 yaş fiziki kişiləşmədir, bununla yanaşı mənəviyyatın, qeyrət və ismətin də kişilik zirvəsinə ilk addımları başlayır. Valideynin dostluğu burda daha çox rol oynayır. Oğlanbazlıq, eyni cinslə əlaqənin çirkabından oğlullarınızı qoruyun! Qaşısındakı qadına bacısı gözündə baxmağı, pis əxlaqlı qadının təhlükəsini, saf sevginin, hisslərin dəyərini anlamayan oğul, ləyaqətli kişi kimi yetişə bilməz!
Daha bir kişilik məktəbi, hərbi xidmət çox sərt sınaqdır. Bu yol ailədən ayrı, fiziki və əqli inkişafı formalaşdıran, psixoloji prinsipləri aşılayan həqiqi məktəbdir. Amma hərbidə də pozğunluq halları, qorxaqlıq, yaltaqlıq və "xainlik" yoluna yuvarlananlar olur.
Hərbidən sonra "qazlı gəlib" ifadəsini eşitmisiz? Bu enerjini düzgün istiqamətlindirməyi, çoxları oğlanı hərbi xidmət sonrası evləndirməkdə görür. Az effektli, zəmanəyə uyğun olmayan seçim hesab edirəm. Bir qədər müasir şəraitdə uyğunlaşma üçün asan keçsə, daha məqsədə uyğun olar, amma şəxsi fikrimdir.
İş tapmaq - bax bu kişilərin daha çox rastlaşdığı problemdir. İş probemini həll edən gənc, artıq ailə qurmaq, kişilik məqamına tam yüksəlmək haqda düşünür! Ailəsinin maddi və mənəvi dəstəyi ilə bir çox gənclər ailə qurur. 5 yaşdan sonra bakirəliyini qoruyan kişi sözü belə çoxlarına artıq gülməli gəlir. Bəziləri isə "bu nə kişilik oldu ki?" sualını verəcək.
Şəxsən mənim zənnimcə qızlarımız qədər, kişilərimiz də bakirəliyini qorumalıdır! Bu tək dini yox, mənəvi cəhətdən də pak ailə qurulmasına,sağlam bünövrəyə dəlalətdir!
3. "Kişilər daha az ləkələnər". Bu fikirlə nə demək istədiyimi anlayanlar, mənimlə razılaşar. Qız haqqında yalan, böhtan, ona daha çox ləkə vurar, onun haqqında pis təsurrat yaradar. "Adın çıxınca canın çıxsa yaxşıdır. Od olmasa tüstü şixmaz" və s. atalar sözləri ilə kifayətlənirəm.
Oğlan, kişi isə hətta əvvəl pozğunluq yolundan keçsə, lap eyni cinslə əlaqədə olsa da pul gücünə, qol gücünə bu ləkəni yumasa da, unutdurar, ört-basdır eləyə bilər. Nə çox ətrafımızda köhnənin nakişiləri. İndi onları təqib edənmi var?! Amma vay qızların halına. Nəinki səhv edən, yalandan adına söz qoşulan "bədbəxt" olur...
4. "Qadın - ağ vərəq". Mən qadınların böyük qüvvə olduğuna əminəm, amma bu qüvvə qadın birliyində hərəkətverici, səmərəli gücə malikdir!
Qız ağ vərəq kimidir. Zəmanəmizin girdab və pislikləri oğlana nisbətən qızları daha tez zədələyə bilər!
Cəmiyyətin inkişafına xidmət edən digər qurum əməkdaşları bəzən bir sadə nəsihət, on kitabdan effektiv olur, yerinə düşür. İki qız övladı olan ata kimi bu məsələyə toxunmağı özümə borc bilirəm. Amma mən təkəm, tək əldən səs çıxmaz! Bu sahədə səmərəli rolu olan sizin qurum kimi bir çox qurumlar var. Güc birlikdədir.
Qız və ya qadın üçün otra məktəbdən sonra iş tapmaq asandır. Amma bu iş qızınıza layiqdirmi? Valideyin qızını məsələn, dərzi, saç, makiyaj ustası və ya qadınların çalışdığı yerdə daha güvənli olacağını düşünür. Kimi həkim, kimi müəllimə və s. işləyir. Hər halda qadın arsında ləkələnmə, pis yola düşmə riski azalır. Amma şübhəsiz qıza və ya qadına "əndamına görə tamah salıb" iş təklifi edənlər nə çoxdur. Allah qorusun, bu yolda təcavüz də ola bilər. Qızının ismətindən əmin ola bilən valideyin, bu riskdən (zorlanma) övladını qorumaq üçün onu daha tez ərə vermək, baş-göz eləməklə, özünü bir az sığortalamaq istəyir.
Yeniyetmə qızlar qanunlarımızın icazə verdiyi yolla, yaşda ailə quranda, səadət məhfumu "qazanıla bilən nəaliyyət" lə yerini çox vaxt dəyişir. Valideyinin məsləhəti, öz səmimi razılığı, istəyi, sevgisi ilə ailə quran qız, qadın kimi səadətə doğru sağlam addım atır...
Qaçırılan, sevmədən ailə qurub sonradan sevən, sevməsə də qatlaşan qadınlar səadəti övladlarında axtarırlar. Öz həyatları ikinci, üçüncü plana keçir...
Pis yola yuvarlananların halı daha acınacaqlıdır. Tövbə edib, paklığa doğru qayıtmaq daha çətin, bəzən mümkünsüz olur. Allah bir qızı pis yola düşürməsin, ləkələnməkdən, kirlənməkdən qorusun! Axı pis yolda olan qadın, cəmiyyət üçün, digər ailələr üçün tam təhlükə mənbəyi real , bəzən öldürücü virusdur!
Qızların qadın olma yolu kişilərin hərbi xidmətindən heç də asan deyil! Axı məsum, tez aldanan, səadətini nədə axtaracağını bilməyən qızlarımız var! Bax kişi qeyrəti belə qızlara qardaş, ata qayğısı göstərə bilməkdə, hətta pis yolda olub, peşman olana xilas olma şansı verməkdədir! Qızı aldatıb, ondan istifadə edən, "sevirəm, evlənəcəyəm" deyib, bir busə oğurlayan, sonra dostlarına olmayan xəyalını da üstünə qoyub "fırladıram" deyənlərə ar olsun! Məgər onların bacısı, bacı əvəzi bildikləri yaxınları yoxdur?! Onları dünyaya bir qadın, ana gətirməyibmi?
Ağ vərəq kimi pak, təmiz qızların qeyrətini çəkmək, onların səadəti uğrunda mübarizə aparmaq, onları xoşbəxt etmək yalnız qız atalarının, anaların, cəmiyyətin, qeyrətli oğulların-qardaşların birgə səyi ilə mümkündür!
İnid bir məsələ də var, Avropadakı qızlardan nümunə götürüb, sərbəst, açıq-saçıq geyinən qızlarımız! Siz öz dəyərinizi bilməsəz, səadətinizə, özünüzə qiymət qoymasaz, biz acizik. Unutmayın, bizdə Avropadakı kişilərin temperamentindən yuxarı temperament var! Bizim gözümüz bu "sadəliyə" alışmayıb, beynimiz, şüurumuz, vücudumuz və milli mentalitetimiz bu cür "çılpaqlığı" müsbət qavraya bilmir! Mən dini dəyərlərə, hicaba xidmət edin demirəm, heç olmasa mənəviyyatınızı ucuz tutmayın deyirəm. Sizə "seksual" görkəminizə görə "heyran olan" əks cinsin nümayəndəsi, sizi xoşbəxt etməyi yox, yalnız sizinlə şəhvətini doyuzdurmağı düşünə bilər! Məgər səadət, çox arzulanmaqda, "seksual" olmaqda, sizə zillənən (haram) şəhvətli baxışlardadır?! Özünüzü ləkədən qoruyun.
P.S: Bizə verilən cismin əbədi olmadığını anlayanlar, bu dünyanın ardında haqq dünyasının, cənnət və cəhənnəmin olduğuna inananlar!İnsani keyfiyyəti olan insanlar - azadlıq ifadəsini düz başa düşün! Azadlıq ruhən, mənən olur! Mənəviyyatsız kəs, heyvani instiktlərlə yaşayan bir insan cisimindən başqa bir şey deyil! Ləkələnməkdən, kiməsə ləkə vurmaqdan çəkinin. Nə biz parça deyilik, nə də zaman yuyucu deyil! Allah hamımızı şərdən hifz etsin!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Şeron Stoun bu dəfə siyasətə qarışdı-FOTO
Adriana və Metin AYRILMADIqlarını sübut etdilər-FOTO
Zəncəfilli krab (foto resept)
Fındıq istehsalı və ixracı ilə bağlı YENİ TƏKLİFLƏR verildi
Murat yeni albom yazdırır-FOTO
Azərbaycanda məktəbli oğlandan BÖYÜK QƏHRƏMANLIQ
Oktyabr ayının qalibləri!
Əli Əsədovdan TAPŞIRIQ: İki ay müddətində...
Həkimdən küçədə satılan peraşkilərlə bağlı AÇIQLAMA
Ankarada məzar dəhşəti: Yaxınlarını ziyarətə gələnlər heyrətə düşdülər - VİDEO
Teylor Svift "kişi" oldu - VİDEO
Ərazilərimiz minalardan təmizlənir
İŞİD Paris qətliamının səbəbini açıqladı
Bel ağrısı ilə həkimə getdi aldığı cavabdan ŞOK oldu-FOTO
Gözəl jaketlər
Fikirlərimizi necə gözəl ifadə edə bilərik?
Bengü 40 günlük qızı ilə - FOTO
Bu ilin qış qarderobu
Günün ulduz falı
Təbiətin gücü
Kivi maskası ilə gözəlləşin
Fahriye Evcen yenidən kökəldi-FOTO
Azərbaycanın 45 saniyəlik reklamı (VİDEO)
İsrail atəşkəsi pozdu
Koronavirusdan ilan vasitəsilə qorunan şəxs marağa səbəb oldu
Van Dammın Bodrum tətili-FOTO
Günəş sistemində yeni planet kəşf olundu
DİN-dən məlumat bazasına kiber-hüçum barədə AÇIQLAMA
Emosional zəka nədir?
Şəhid Xudayar “Azərbaycan Bayrağı” ordeninə layiq görüldü
Qənaətcil olmaq üçün 5 təklif
"Atiye"nin aktrisası diqqət çəkdi-FOTO
Ütü alarkən bunlara diqqət edin
Şimşək çaxacaq, yağış yağacaq!
Maykl Ceksonun qızı XƏSTƏXANALIQ oldu-SƏBƏB
Yeni doğulan qoca uşaq dünyanı heyrətləndirir
Bakıda yolların biri açılır, digəri isə bağlanır
MN: Düşmən qüvvələrindən əsir götürülənlər var
Tərəzi bürcünün 4 əsas xüsusiyyəti
İlham Əliyev ali hərbi rütbələr verdi - SİYAHI
Bakıda 2 ay pulsuz Wi-Fi olacaq
Həyat yoldaşınızla izləyə biləcəyiniz 5 film
İt internet ulduzuna çevrildi - FOTO
Körpələrdə göbək yırtığı
Məşhur cütlük AYRILDI
Trampla şam yeməyinə bilet satılır – Şok qiymət
Kim Çen Inın sevimli böyük oyuncağı
İnstagram fenomeni akula qurbanı oldu-ŞOK FOTO
Orta məktəblərdə mobil telefonların qadağan ediləcək?
Mavi gözlü şəxsiyyət testi
- ŞƏRHLƏR