Dilənçilik - böyük bir səltənətin başlanğıcı, ya ehtiyac ucbatından edilən iş?
Günümüzün ən aktual problemlərindən biri olan dilənçilik. İşə, dərsə və ya harasa gedərkən gündəlik qarşımıza çıxan və bizdən pul dilənən insanlar bunlar həqiqətənmi məcburiyyətdən edirlər ya sadəcə artıq bunu sənət kimi qavrayıblar?
Ilk öncə səbəblərdən danışaq:
1.Maddi ehtiyacdan ötrü edilən dilənçilik... Düzdür, bu çoxlarına əsas vermir ki, dilənsin. Çünki, çoxlarının fiziki gücü işləmək üçün yetir, fiziki sağlamdırlar.Amma bəziləri isə, ya yaşca çox qoca olur, ya da fiziki sağlam olmur və iş qabiliyyətini itirdiyi üçün də məcbur olub dilənirlər.
2.Bəzi “insan”ların təhdid və basqıları səbəbindən və məcburiyyətdən edilən dilənçilik-balaca uşaqların diləndirilməsi.
3.Insanların bu işi artıq sənət kimi qəbul etməsi və anadan balaya keçən irsi bir iş kimi yerinə yetirilməsi, əsasən də qız uşaqlarının qucaqlarına balaca bir körpəni alıb insanların “zəif” damarına basaraqdan dilənməsi.
Bəli, budur reallıq insanların bəlkə də qarşısındakına olan inamın itməsinin bir səbəbkarı da yalançı dilənçilərdir. Bəlkə də çoxlarınız Elmlər Akademiyası metro stansiyası tərəfdə olmusunuz. O ərazidə sanki dilənçilər tam bir “mafia” qurub. Gülməli olsa da, bu belə görünür. Bəzilərinin işlətdiyi telefon belə bizim çoxumuzun telefonundan bahalı və gözəldi. Bu zaman insan düşünməyə başlayır, niyə bu “dilənçilər” dilənir? Bunları dilənməyə məcbur edən nədir? Əgər həyat uğrunda mübarizədirsə belə bahalı telefon nə gəzir onlarda? Düşündükcə, bu sualların sayı artır. Ancaq bu sualların çoxuna cavab tapmaq çətirdir, çünki biz onların beynini oxuya bilmirik, hər kəs bir işi sənət seçir, onların da sənəti budur. Biz qəbul etsək də, etməsək də.Ən ağırı və ürəkağrıdanı isə balaca uşaqların diləndirilməsidir ki, bu da çox vaxt onların şəxsiyyətinin formalaşmasında mənfi rol oynayır . Bəlkə də, bu cür "işləmək" onların böyük sual altında olan gələcəklərini tamamilə dağıdır. Düzdür, bəziləri küçədən tapılıb bu işə məcbur edilir, amma fakt budur ki, çoxları bunu artıq “doğma” işləri kimi qəbul edib və “sevirlər”.Ən pisi isə insanlara sanki “saqqız” kimi yapışmalarıdır.
Sonda isə, bir anlıq hər kəsdən xahiş edirəm, bütün işlərini kənara qoyub sakitcə bunu düşünsün, bu insanların dilənməsində günahkar kimdi? Dilənçilik edən mi, cəmiyyət mi?
Yazımı bu cümlə ilə tamamlayıram... Dünya malını yığmaq üçün dilənən, Cəhənnəm atəşini dilənmiş olar. (Müslim)
XƏBƏR LENTİ
Dil öyrənmək üçün
Günün qoroskopu: baş verənləri diqqətlə izləyin
Məktəbəhazırlıq qruplarında ödənişli təhsil həyata keçirilə bilər
Vahid tarif sistemi tətbiq olunacaq
Emrah son dəfə oxuyacaq!
Stüardessanın qəribə hərəkəti birmənalı qarşılanmadı
Moskvada daha bir məscid tikiləcək
Koronavirusa görə sosial yardımla bağlı RƏSMİ AÇIQLAMA
Bu rayonlarda şagirdlər dərsə gedə bilmədilər
Arnold Şvartsneger ilk dəfə baba olacaq
Qadın.Net-lilərin ilk körpə həyəcanı (2-ci hissə)
Maqnit qasırğası gözlənilir
Eliksirlə 10 yaş cavanlaş!
Bijüteriya asqıları
Dərmanla əzələ "şişirdən"lər -FOTO
Ronaldo 70 illik rekordu qırdı
Ən aşağı ehtimal: 145 min insan öləcək - DƏHŞƏTLİ PROQNOZ
Qan aldırmaq nəyə kömək edir?
HAVA necə olacaq?- 11 MAY
Gündəlik dəbli koftalar
Suvenir formasında hazırlanmış kostyumlar
Serenay öz gözəlliyindən danışdı-FOTO
Məşhur aktrisa Qəbələdə dincəlibmiş-FOTO
İlin dəbli çantaları
“Qarabağın məşhur müəllimləri” - Xan Şuşinski
102 yaşlı Mabel Souhilin uzun ömürlülüyünün sirri
Qadınlarımız yarışdan 10 medallar qayıdır
İlan, ya tırtıl?
Bu şəxslər 100 dollar cərimələnə bilər
Namazın rükətlərinin sayını bilmədən...
Televiziya əməkdaşları işə necə gedib-qayıdacaq?
“Hakan: Muhafız”ın yeni mövsümünün tarixi bəlli oldu - Video
"İşğalçılar məhv olunacaq"
Təhlükəli kosmetik məhsullar
"Azəriqaz" "ASAN xidmət"də göstərdiyi xidmətlərin sayını artıracaq
Cəlilabad rayonu
Fəlakət: ən böyük göl qurudu
Xilaskarlarına minnətdar olan heyvanlar
Düşmənə daha bir tutarlı cavab
Polis kenqurunu axtarışa verdi
Kosmik gəmi keksi (foto resept)
Ərdoğan: “Artıq Dağlıq Qarabağ səmasını bez parçaları deyil, hilal və ulduz bəzəyir” - VİDEO
Şeyma Subaşı da “karantin yastıq çellenc”ə qoşuldu - FOTO
Naməlum heyvan cəsədi tapıldı
Şəkərli diabet
Bu pişiklər 300 minlik sərvətə sahibdir
Bütün dünyanın inandığı yalanlar
C vitamini
Ecazkar xanımlar üçün donlar
Füzulidə gecə gərginliyi
- ŞƏRHLƏR