Artıq o həddə çatdırıblar ki, üz tutduğumuz hər hansı bir ictimai yerdə onlara rast gəlməyəndə təəccüblənirik. Üst-başı çirkdən, dərisi bir az günəş şüalarından qaralmış, bir az da anadangəlmə qara olan məktəb yaşlı, amma məktəbə heç bir gediş-gəlişi olmayan uşaqları, mərhəmətli insanların ürəyinə yol tapmaq üçün özlərini əlilliyə vuran cavan oğlanları, qucaqlarındakı körpə uşağı baş-beynini aparmaması üçün uyuşdurucu maddə ilə yuxuya verən gəlin və qızları, özlərini xəstə, “dindar” kimi insanlara sırımağa çalışan ağsaqqal və ağbirçəkləri daxilən olmasa da, obraz baxımından hamımız çox yaxşı tanıyırıq. Tanımağımıza rəğmən hər dəfə onların tələsinə düşən də elə bizlər oluruq. Bəli, düz başa düşdünüz, söhbət şəhərin canına qarışqa kimi daraşan və günü-gündən sayları artmaqda olan dilənçilərdən, daha doğrusu, qaraçı dilənçilərdən gedir.
Qaraçı dilənçilərin ən çox yayıldığı məkanlar insanların sıx toplaşdığı küçə və parklar, avtobus dayanacaqları, ticarət mərkəzləri, universitetlərin və digər təhsil ocaqlarının ətrafıdır. Maraqlısı budur ki, hər bir məkanın öz “işbazları” var və hər dəfə həmin məkana yollananda eyni üzlərlə qarşılaşır, eyni səsləri və artıq öz aralarında şablona çevrilmiş eyni cümlələri, eyni ifadələri, eyni xitabları eşidirsən. Daha insanın üzü-gözü öyrəşib. Ona görə öyrəşib deyirəm ki, heç olmasa əvvəllər onlarla qarşılaşmamaq üçün əlimdən gələni edirdim. İndi isə onları sadəcə görməzlikdən gəlir, sözlərini qulaqardına vururam.
Metronun "Elmlər Akademiyası" stansiyası tərəfinə yolum daha çox düşdüyündən oradakıları daha yaxşı tanıyıram. 4 il ərzində metrodan universitetədək olan cəmisi 50-60 kilometrlik yolda çox şey dəyişsə də, buradakı dilənçilər dəyişmədi ki, dəyişmədi. Daha doğrusu, nəzərə çarpan bir dəyişiklik var ki, bu da onların sayının artmasıdır. Burada hər kəsin konkret olaraq öz “iş yeri” var. Öz kobud səsi ilə çoxdan tələbələr arasında məhşurlaşmış bir qadın hər gün universitetdə dərslərin başlamasına az qalmış öz köhnə döşəkçəsini yolun kənarına qoyaraq işə başlayır. Qadın elə yüksək səslə “yardım” diləyir ki, yanından ötüb keçəndən xeyli vaxt sonra da səsi adamın qulaqlarında cingildəyir. Baxırsan ki, sağlamlığında heç bir problem yoxdur. Maşallah, çoxumuzdan sağlam görünür. Əli-ayağı hələ də iş tuta biləcək vəziyyətdədir. Üst-başınada ki, söz ola bilməz. Ən azı kəndimizdəki nənələrimdən heç də geri qalmır.
Bir dəfə jurnalist tələbələr üçün təşkil olunan kurslardan birində iştirak edirdim. Hərəmizə bir süjet çəkmək tapşırığı verilmişdi. Yox-yox, yanlış anladınız deyəsən. Mənim süjetimin mövzusu dilənçilər deyildi. Bu mövzunu rəfiqəm seçmişdi. Əlbəttə ki, mən də ona öz köməyimi göstərməliydim. Odur ki, çəkiliş üçün adıçəkilən küçəyə yollanmağı təklif etdim. Yayın cırhacır vaxtları idi. Məkana çatanda uzun sürən axtarışdan sonra burada bir dənə də olsun dilənçiyə rast gəlmədik. Səbəb çox sadə idi. Tələbə və müəllimlərin yay tətili olduğundan dilənçilər də ya istirahətə getmişdilər, ya da məkanlarını dəyişmişdilər.
Bu yaxınlarda avtobusla yuxarıda adını çəkdiyim ərazidən keçməli oldum. Buradakı dayanacaqda bir nəfər cavan oğlan əlində əsa axsaya-axsaya avtobusa qalxıb xəstə, imkansız olduğunu söyləyərək sərnişinlərdən kömək istəyirdi. Bu simanı dərhal tanıdım. Artıq illərdir ki, insanları dolandırmaqla məşğuldur. Özü də eyni ərazidə. Buna rəğmən, bir neçə şəxs ona öz “yardım” əllərini uzatdılar. Tutaq ki, həmin insanlar ilk dəfəydi bu ərazidən keçirdilər. Hərçənd, bu, çox kiçik ehtimaldır. Bir müddət öncə bu oğlanı telekanallardan birində ifşa etmişdilər. Kameranın onu izlədiyini görən bu şəxsin niyəsə birdən-birə ayaqları açılmışdı. Adam əməlli-başlı qaçırdı. Özü də fırıldaq vasitəsi olan əsasını əlinə alaraq. Bəs bu fakta nə deməli? Avtobusda ikən diqqətimi çəkən bir məqam da oldu: sərnişin xanımlardan biri bu şəxsə pul uzadarkən qəfildən pul əlindən yerə düşdü. Adam dərhal “əlilliyini” unudaraq çox asanlıqla əyilib pulu yerdən götürdü. Maraqlısı budur ki, bu kiçik nüans heç kimin diqqətini çəkmədi.
Elə həmin dayanacaqda tez-tez rast gəldiyim yaşlı, sözün həqiqi mənasında ağsaqqal bir kişidən söz açmaq istəyirəm. Başına molla əmmaməsi keçirib, bir əlində təsbeh, o biri əlində əsa olan bu kişi cahil insanlara özünü dindar kimi qələmə verir. Halbuki, azacıq da olsa dini savadı olan bir insan onun hansı dindarlardan olduğunu, hansı yolun yolçusu olduğunu dərhal anlayar.
Küçə və parklarda dilənən, üst-başı çirk içində olan yeniyetmə qızlara isə insanın ürəyi yanır. İstənilən parkda onlara rast gəlmək mümkündür. Parkda gəzdiyin yerdə bir də görürsən qəfildən 4-5 nəfər birdən adamın üstünə düşür ki, “sən filankəsin canı bir nəzir pulu ver”. Əminəm ki, bu kimi ifadələrlə insanlara yalvaran qızcığazlar həmin ifadələrin heç mənasını da başa düşmürlər. Təkcə "pul" sözündən savayı. Bu tipli ifadələri isə, əlbəttə ki, onlara “böyükləri” öyrədib.
Hərdən mətbuat səhifələrində dilənçilərlə bağlı kiçik həcmli xəbərlərə rast gəlirəm. Amma bu xəbərlər sadəcə bir neçə dilənçinin tutularaq polis bölməsinə gətirildiyini, cərimələndikdən sonra onların azad buraxıldığını əks etdirir. Maraqlıdır, görəsən polislər onların yenidən həmin işlə məşğul ola biləcəyi ehtimalını necə sıfırlaya bilirlər? Cəmiyyət arasında polisin onlarla əlbir olduğu, hər axşam dilənçilərin polisləri “gördüklərinə” dair şaiyələr gəzir. Nə deyim, nənəm demişkən, imanımı yandıra bilmərəm. Belə də ki, bir balaca dərin düşünsək, azacıq da müşahidə qabiliyyətimiz olsa, bu şayiələrin həqiqətə uyğun olub-olmadığını aydınlaşdırmaq elə də çətin olmaz. Küçə və parklarda insanlardan pul qoparmaq üçün min cür həyasız yollara baş vuran, insanların qorxaqlığından, fağırlığından, savadsız olmalarından istifadə edib min bir əziyyətlə qazandıqları pulu mənimsəyən, bu baxımdan özlərinə sərf edən məqamları asanlıqla görən polis necə olur ki, dərs vaxtı əslində məktəbdə biliklər öyrənməli olan, amma küçələrdə dilənən körpə uşaqları, insanları dolandırmaqla məşğul olan cinayətkarları görə bilmir? Bəlkə elə bu polislər özləri onlarla əlbirdirlər?
Bütün günahı polislərin üzərinə atıb özümüzü quruya çıxarmaq böyük ədalətsizlik olardı. Əslində elə vəziyyəti bu həddə çatdıran ən böyük günahkarlar biz özümüz deyilikmi? "Bizim günahımız nədir?" deməyin. Yaxşıca düşünün. Əgər biz hər önümüzə çıxan qaraçıya cibimizdəki olan-qalan xırda pulumuzu, bəzən hətta xəstəliyini bəhanə edənə iri pullar verməsəydik, onları şirnikləndirməklə bu dırnaqarası peşəyə öyrəşdirməsəydik, oların sayı bu həddə çatardımı? Məgər hər önümüzə çıxıb çörəkpulu istəyənə pul vermək bizim borcumuzdur? Çörəkpulu demişkən, yadıma tanışlardan birinin başına gələn bir hadisə düşdü. İcazə verin ərz eləyim: Tanışım yol gedərkən küçənin ortasında cavan bir dilənçi xanım (əgər ona xanım demək mümkündürsə) ona yaxınlaşaraq çörəkpulu istəyib. Adam təsadüfən mağazanın qarşısından keçirmiş. Dilənçidən gözləməsini xahiş edib. Sonra mağazaya girərək 3 ədəd isti zavod çörəyi ilə qayıdıb. Çörəkləri dilənçiyə uzadan tanışım bayaqdan ondan pul qoparmaq üçün yazıq sifəti almış dilənçinin üz ifadəsinin dərhal dəyişdiyini görüb. Dilənçi çörəkləri geri itələyərək adamı biədəb söyüşlərlə təhqir edə-edə hadisə yerindən uzaqlaşıb. Məncə, yaxşı üsuldur. Şübhəsi olanlar buyurub sınaya bilərlər. Yadımdadır, uşaq vaxtı həyətimizə dilənçi gələrkən anamın xırda pulu olmayanda dilənçiyə evdə olan qənddən, kartof-soğandan, bir sözlə, Allah verəndən kağıza büküb verərdi. Dilənçi isə bunun əvəzində hamımız üçün dua edərdi. Artıq belə dilənçilərin vaxtı çoxdan keçib. Hardan ağlımıza gələrdi ki, vaxt gələcək belələrini gündüz vaxtı çıraqla axtaracağıq. Artıq bıçaq sümüyə dirənib. Məgər çıxışlarının əvvəlində də, sonunda da ölkənin hər baxımdan inkişafından dəm vuran dövlət məmurları vəziyyətin hansı yerdə olduğunu görmürlərmi?
Yuxarıda bəhs etdiyim küçədə mən yalnız bir nəfərin səmimiyyətinə etibar edə bilirəm. Bu adam ayaqlarının ikisini də itirib. Yolun kənarında sakitcə durur. Bu qədər vaxt ərzində bircə dəfə də olsun səsini eşitmədim. Əvvəllər bu adamın lal olduğunu düşünürdüm. Ta o vaxtadək ki, bir nəfər ona pul verərkən sakit səslə təşəkkür etdiyini eşitdim. Həyasından, utandığından adam az qalırdı ağlasın.
Sonuncunu ona görə danışmadım ki, hamınız həmin adamı görəndə pul verəsiniz. Ona görə danışdım ki, qurunun oduna yaş da yanmasın, bəzi üzdəniraqların hesabına həqiqətən ehtiyacı olan insanlara qara yaxmayaq və bu üz qaralarına görə həqiqi ehtiyacı olan insanlar məhv olmasınlar. Əlbəttə ki, onları bir-birindən ayırd edə bilsək.
XƏBƏR LENTİ
Konserv balıqlı yüngül qəlyanaltı (foto-resept)
"Sürpriz" çiyələk deserti (foto resept)
Güləşçimiz ikiqat dünya çempionu oldu
Dəfnindən 5 gün sonra evə qayıtdı
Acun keçmiş xanımı ilə toya getdi-FOTO
Hər kəsi heyrətə gətirən HADİSƏ-18 ay sonra sağ tapıldı-FOTO
Daha bir icazəsiz evdən çıxan koronavirus xəstəsi aşkarlandı - FOTO
Vətən Müharibəsində həlak olan mülki şəhidlərin ailə üzvlərinə sosial ödənişlər təyin edildi - RƏSMİ
Geyimləri köhnəlməkdən qoruyan tövsiyələr
Qurban bayramında neçə gün iş olmayacaq? - VİDEO
Ağacları sevən pişiklər
Göbələkli qızartma (foto resept)
Qəbulla bağlı qabiliyyət imtahanlarında dəyişiklik edilib
Arıqlamağın 3 asan yolu
Təyyarədə Eminə sürpriz -FOTO
“Euronews” telekanalı “Gəncə-Avropa Gənclər Paytaxtı” layihəsini işıqlandırıb
Bu peyvənd koronavirusdan da qoruyurmuş?
Türkiyədən Azərbaycana möhtəşəm jest - 100 illiyin şərəfinə pul - FOTO
Qısa saçlar üçün hörük modelləri
Məşhur aktrisanın yeni imici sevənlərini qorxutdu-FOTO
"Kök deyiləm sümüklərim ağırdır"
Azərbaycanda 16 nəfər donuz qripinə yoluxub?-RƏSMİ AÇIQLAMA
Gözəllik üçün fotoks
Müğənni Məhəbbət Kazımov dünyasını dəyişdi
Bu gündən Bakıya istilik veriləcək
Bu əşyaları EVDƏ SAXLAMAYIN! - Yoxsulluq, səfalət və uğursuzluq gətirir
Azərbaycanlı idmançı erməni rəqibinə aman vermədi, qızıl medal qazandı
Qəhrəman polisin faciəsi
Timati ilk dəfə oğlunun üzünü göstərdi - FOTO
Atatürk hansı komandanın azarkeşi olub?
Azərbaycanda yeni virusa yoluxan mal-qaranın 95 faizi sağalıb
Sahil Babayevdən əmək müqaviləsiz işləyənlərlə bağlı MÜHÜM AÇIQLAMA - VİDEO
Bu gün Ramazanın 12-ci günüdür
Azərbaycanda ən çox maaş bu sektorda verilir
Van Qoqun 5 tablosunun tarixi
Toz almaqla bağlı praktik məsləhətlər
Toyuq hininə oxşayan kitabxana
Psixoloji testlər
Kennedinin çimərlik geyimi 3,5 min dollara satıldı - FOTOLAR
Kameron Diaz haqqında gözlənilməz xəbər _FOTO
Azərbaycanda mobil operatorun fəaliyyəti məhdudlaşdırılacaq
Bədheybət yenidən GÖRÜNTÜLƏNDİ=ŞOK FOTO
Bakıda 17 yaşadək futbolçular arasında Avropa çempionatı başlayır
Bakıda saat 11-dən sonra qadağa
Süd halvası (foto resept)
Hadisə Mersində konsert verdi-FOTO
Kadir Doğulu yeni serialla efirlərə qayıdır
Azərbaycanda koronavirusa qarşı peyvənd nə vaxt tətbiq olunacaq? - RƏSMİ
Kəlbəcərdəki termal sular Karlovı Varıdakılardan heç də geri qalmır - MÜSAHİBƏ
Anası meymun, atası insan olan qeyri-adi varlıq - Video
- ŞƏRHLƏR