Bir gün bir gəncin anası ağır xəstələnir və onun əlacı səhranın o biri tayında yaşayan bir təbibdə olur. Bu gənc kasıb olduğundan dəvəsi yox imiş ki, anasını təbibə aparsın. Amma aparmasa, anası bu xəstəlikdən ölə bilərmiş. Gənc belə qərar verir ki, anasını belində aparsın. İsti hava, istidən qovrulan səhrayla oğlan anasını belinə alıb aparır. Təbib anasını sağaldandan sonra yenə o uzun səhra ilə anasını belində geri qaytarır. Mənzilə çatanda oğlanın bütün ayağının dərisi elə yanıbmış ki, az qala sümükləri görsənsin. Yenə də həmin gənc anasının yanında ağrıdığını bildirmirdi, sanki heç nə olmamış kimi anasına qulluq edirdi. Səhəri gün həmin gənc Peyğəmbərimizin (s.a.s.) yanına gedərək ona əhvalatı danışır və soruşur: «Mən bu əməlimlə anamın borcundan çıxa bilmişəmmi, öz övladlıq borcumu yerinə yetirmişəmmi?»
Sizcə cavab necə olub?...
Əziz xanımlar, əksəriyyətiniz artıq anasınız və bu hissin necə müqəddəs olduğunu bilirsiniz. Bəlkə də həyatımızda yeganə insan anamızdır ki, bizə təmannasız hər şey edər. Bir an belə tərəddüd etmədən canını belə bizə görə fəda edər. Hər şeyin ən yaxşısını bizə arzu edər. Artıq mən də anayam və bu hissləri bilirəm. Çünki istər dost , istər qardaş və bacı, istər həyat yoldaşı və s. anamız qədər bizi nə düşünməz, nə güzəştə getməz, nə etsək də yenə bağrına basmaz.
Bu hekayədə olduğu kimi, məncə heç birimiz anamıza görə belə ağır bir iş tutmamışıq. Düzdü, hamımızın anamıza qarşı müəyyən jestlərimiz olub, amma bu cür yox. Yenə də, sizcə, bu gəncin əməli anasının borcundan çıxmağa kifayət edibmi?
Cavabı:
Peyğəmbər (s.a.s) buyurur : “Bu hərəkətinlə sən yalnız ananın doğum sancısının əvəzini ödəyə bilərsən, o da tam olaraq yox, bəlkə yarısını”.
Sizcə hansı hərəkətimizlə anamızın borcundan çıxa bilərik? Mən çox düşündüm, amma yenə də cavab tapa bilmədim və əminəm ki, bir ömür boyu fikirləşsəm, yenə tapmayacağam.
Allah hamının anasına cansağlığı versin, xoşbəxt etsin, içində də mənim dünyalar qədər sevdiyim, canımın içi, gözümün nuru ANAMIN.
Həqiqətən də cənnət anaların ayaqları altındadır...
XƏBƏR LENTİ
Üz dərisini qorumağın 5 üsulu
Koronavirusa yoluxmaqdan qorxan qadın infarktdan öldü
Sertab Erener onları məhkəməyə verdi
Azərbaycanda dərmanların alınması qaydası dəyişdiriləcək
Defnenin qızı diqqətləri üzərinə çəkdi-FOTO
Qadının dodaqları çürüdü-SƏBƏB/FOTO
Çində oruc qadağası
Amerikalı 60 il əvvəl oğurladığı pulu artıqlaması ilə qaytarıb
Azərbaycanda uşaqları sevindirəcək yenilik
Qarabağ əlillərinin etirazı
İlham Əliyev Almaniyada
Yağış nə vaxt kəsiləcək?
Cem Yılmaz Londonda çıxış edəcək
İngilis dili-Dd (2)
Azərbaycanda zəlzələ olub
Uşaqlarla səfər edərkən bunu etmək vacibdir...
Görməniz lazım olan yerlər (3)
Elza Seyidcahan deputatlığa namizəd oldu
İntim gellə qaşınmaya son
Samsung "ikinci nəsil" saatlar satacaq
Möhtəşəm küçə sənəti
Bakıya yağış və külək vədi
Rəhbərlik etmək arzusu insanı həlak edər
Google 500 milyon dollara şirkət alır
Bakıda bayram namazı qılınır - CANLI YAYIM
Bülbülü (foto resept)
Mobil telefonlar haqqında bilmədiklərimiz
Yeni koronavirus peyvəndindən şad xəbər: Ağır xəstələrdə 100 faiz nəticə göstərdi
Ermənistan yaşayış məntəqələrini minomyotlardan atəşə tutur
TƏBİB peyvəndləmə ilə bağlı valideynlərə müraciət etdi
Şokoladlı peçenye (foto resept)
Ərəb mədəniyyəti - 1
Bayraq, himn və gerblə bağlı layihələr yenidən müzakirəyə çıxarılır
Günün ulduz falı
Bakı metrosunda görünməmiş hadisə
Qat-qat xəmirdən pendirli piroq (foto-resept)
Fərqli, yeni Alpina B4
Bakı yolları belə avtomobillər görməyib
Üz cizgilərinə görə xarakter
Məni sevdiyini deyirdin...
Rusiyanın qurduğu tələ
İŞİD belə vuruldu
Dünya çempionu Azərbaycana gəlib
Bayraq Günü münasibətilə velo-yürüş olacaq
İrəvanda yeni daşnak xəyanəti
Bürcünüzə görə hansı ölkədə yaşamalısınız?
Təhsil üzrə Komissiya daha 79 namizədin xaricdə oxumasına razılıq verdi
Sizi sevdiyini anlamağın yolları
Gözəgörünməz bina tikiləcək
Bir diş sarımsağı su ilə udsanız...
- ŞƏRHLƏR