Canlılara enerji təmin edən ən fundamental reaksiya karbon və hidrogen birləşmələrinin oksidləşməsi, yəni yanmasıdır. Ancaq bu məqamda maraqlı bir sual yarana bilər: bizim bədənimiz, əsasən, karbon və hidrogen birləşmələrindən meydana gəlir. Bəs necə olur ki, bədənimiz oksidləşmir? Ya da niyə bədənimiz bir anda kibrit dənəsi kimi alovlanıb yanmır?
Bədənimizin oksigenlə təmasda olduğu halda yanmaması, həqiqətən, heyrətləndirici bir vəziyyətdir.
19-cu əsrdən bəri maraq doğuran bu sualın cavabı son yarım əsrdəki yeniliklər nəticəsində aydın olmuşdur. Biokimyəvi müşahidələr insan bədənindəki bəzi xüsusi fermentlərin yalnız oksigenin atmosferdə tapılan forması olan O2 ilə reaksiyaya girdiyini ortaya qoymuşdur. Hüceyrələrimizdəki bu xüsusi fermentlər, çox kompleks proseslər nəticəsində bədənimizdəki dəmir və mis atomlarını katalizator (sürətləndirici) olaraq istifadə edir və beləcə, oksigeni reaktiv hala gətirirlər.
Yəni ortada çox maraqlı bir vəziyyət var: oksigen yandırıcı bir elementdir və normal halda bizim bədənimizi də yandırmalıdır. Buna mane olmaq üçün oksigenin atmosferdəki forması olan O2 isə asanlıqla reaksiyaya girmir. Amma bədənimizin enerji əldə etməsi üçün oksigenin yandırıcılığına ehtiyacı var. Onun üçün hüceyrələrimizin içinə bu sadə qazı reaktiv hala gətirən kompleks bir ferment sistemi yerləşdirilmişdir.
Həmçinin, onu da bildirmək lazımdır ki, həmin ferment sistemi canlı aləmin təsadüflərlə meydana gəldiyini iddia edən təkamül nəzəriyyəsinin əsla açıqlaya bilmədiyi bir dizayn möcüzəsidir. Bədənimizin qəfil alovlanmasına mane olmaq üçün alınmış başqa bir tədbir də var. Bu, ingilis kimyaçısı Nevil Sicvikin ifadəsi ilə desək, karbonun xarakterik xüsusiyyətidir. Başqa bir ifadə ilə desək, karbon atomu normal temperaturda asanlıqla oksigenlə reaksiyaya girmir.
Kimyəvi dillə ifadə edilən bu xüsusiyyəti əslində, hamımız gündəlik həyatda çox yaxından yaşamışıq. Soyuq havada odun və ya kömür yandırmağa çalışdıqda yaşadığımız çətinlik karbonun həmin xarakterik xüsusiyyətidir. Odu alovlandıra bilmək üçün odunun və ya kömürün temperaturunu yüksəltməyimiz gərəkir. Amma od bir dəfə alovlandıqdan sonra karbon sürətlə reaksiyaya girir və böyük bir enerji ortaya çıxır. Buna görə, bir yanğını başlatmaq (kibrit və s. kimi xüsusi atəş qaynaqları olmadıqca) çox çətindir. Amma yanğın bir dəfə başladıqdan sonra çox böyük istilik meydana gəlir və bu istilik ətrafdakı digər karbon birləşmələrini də alovlandırır.
Bu vəziyyət araşdırıldıqda alovda çox təsiredici bir dizaynın olduğu aşkarlanır. Oksigenin və karbonun kimyəvi xüsusiyyətləri elə nizamlanmışdır ki, bunlar yalnız çox yüksək temperaturda reaksiyaya girib atəş meydana gətirirlər. Əgər belə olmasaydı, Yer üzərində həyat qeyri-mümkün hala gələrdi. Əgər oksigenin və karbonun reaksiyaya girmə meyilləri bir az daha çox olsaydı, havanın temperaturu bir az artdıqda insanların, ağacların, heyvanların bir anda alovlanıb yanmaları normal olardı.
Məsələn, çöldə yeriyən bir insan günorta vaxtı temperatur ən yüksək dərəcəyə qalxdığı zaman bir anda alovlana bilərdi. Bitkilər və heyvanlar da eyni təhlükə ilə üzləşərdilər. Əlbəttə ki, belə bir dünyada həyatdan danışmaq bir az çətin olardı. Əgər oksigenin və karbonun xarakterik xüsusiyyətləri daha çox olsaydı, bu dəfə də dünyada od yandırmaq çox çətin, bəlkə də, qeyri-mümkün hala gələrdi. Odun olmadığı bir mühitdə isə insanların isinməsi və texnologiyanı inkişaf etdirməsi mümkün ola bilməzdi. Çünki məlum olduğu kimi texnologiya metallara əsaslanır və metallar da ancaq çox yüksək temperaturda yumşalıb formaya salına bilirlər.
Qısacası, karbon da, oksigen də bizim həyatımız üçün ən uyğun şəkildə yaradılmışdır. Bu iki elementin xüsusiyyətləri bizə od yandıra bilmək və bu odu ən uyğun şəkildə istifadə etmək imkanı verir. Bundan əlavə, dünyanın hər tərəfi çox bol miqdarda karbon tərkibli, başqa sözlə, od yandırmaq üçün asanlıqla istifadə edə bildiyimiz ağaclarla doludur. Bütün bunların insan həyatına ən uyğun şəkildə yaradıldığı görünür.
R.Əkbərov
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Nazik saçlı xanımlar, saçınızı belə yuyun!
Fondan (foto resept)
Yağlı dəriyə qulluq necə olmalıdır?
Hərbi xidmətə çağırışın yaş həddi artırılır?
"Çukur"un məşhur aktyoru evləndi-FOTO
Üzüyümün qaşı firuzədəndir...
Mənim ilk etirafım
SON DƏQİQƏ: Ermənistanda səfərbərlik elan olundu
Makiyaj ruhi vəziyyətlə birbaşa əlaqəlidir
"Bizim Qadin.Netlilər" serialı (1-ci bölüm)
Futbolda yaşıl vərəqə
Dondurmalı bisküvit (foto-resept)
5 əsas qaydanı bil və hamını cəlb et!
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Sabah hava necə olacaq?
Hindistan qozlu tart (foto resept)
3 yaşlı körpəni "ölüm yuxusu"ndan bu mahnı oyatdı-VİDEO
Ətir istifadəsində edilən səhvlər
Növbəti dərs ilində YENİ QAYDALAR olacaq!
Sadəliyi ilə seçilən MİLYONER qız-FOTO
"Müəllimlər günü" ilə bağlı pul yığan məktəblərə xəbərdarlıq
"Azərbaycanda parlament seçkilərində tam şəffaflıq təmin edilib"
Cud Lou “Yoluxma” filminin çəkilişləri zamanı pandemiya barədə proqnoz aldıqlarını dedi
Qulaq plastikası - Otoplastika haqqında
Koronavirusa yoluxan qadın sağlam uşaq dünyaya gətirdi
Marsda Yadplanetli gəmiləri-FOTO
Qızıl iPhone X satışa çıxarılacaq
HAVA necə olacaq?
Hamilə olduğunu fotosessiyası ilə elan etdi
Dəvə hərracda 30 minə satıldı - Foto
Əzələli rus Barbie - FOTO
Ermənistan Azərbaycan hərbçilərinin meyitlərini vermir - RƏSMİ
Xalçalar
Azərbaycan əsilli uşaq "Master Chef Junior"da iştirak edir-FOTO
Bu qış yaman soyuq olacaq
Xəzər dənizinin sahilində çoxlu sayda suiti ölüsü tapılıb
Rihannanın bu GÖRÜNTÜLƏRİ diqqət çəkdi-FOTO
Kənan uşaqlıq fotosunu paylaşdı
Dodaqlarınız sağlamlığınızdan xəbər verir
Ermənistana Qarabağdan silah-sursat daşınır - VİDEO
Koko Şaneldən 20 qızıl kəlam
Ermənilərin Bakı qorxusu
Azərbaycanda koronavirusa daha 28 yoluxma qeydə alındı, 59 nəfər sağaldı
Görməyi xəyal etmədiyiniz şeylər...
Cəbhədə irimiqyaslı təlimlər
Prezident İlham Əliyev Dövlət Neft Şirkətinin yeni inzibati binasının açılışında iştirak edib
HAVA necə olacaq?
Duzu koronavirusa dərmandır deyib, gölü bu hala saldılar - VİDEO
Uşaqların dəstəyə daha çox ehtiyac duyduğu dövr
Özünü sevənlər üçün şokolad dadında maska
- ŞƏRHLƏR