Təsəlli
Mən çox fikirləşən və buna aludə olan adamlardanam. Ona görə də mənim düşüncülərlə dolu olan beynimdə təzə-təzə səhifələr açılır, mən bu səhifələrin bir–birindən təzadlı , maraqlı və rəngarəng olmasına çalışıram. Bu səhifələri yazan və oxuyan elə özüməm. Axı mən öz qəlbimi zənginləşdirir , onu cürbəcür təsəllilərlə yüngülləşdirirəm. Çünki, bilirəm ki, qəlbim həyat okeanının amansız dalğalarında əvvəl-axır qərq olmağa məhkumdur. Mənim fikirləşməyə vaxtım çoxdur , odur ki, tədricən özümü həyatın vahiməsinə alışdırıram. Mən çox oxuyuram , ona görə ki, qəlbimdə həyatın vahiməsini ağılla qarşılamağa və bu vahiməni azaltmağa çalışıram. Qəlbini vahiməyə alışdırmaq və qəlbini ondan qorumaq... Bu, ona bənzəyir ki, saatlarla dayanıb qatı qaranlığa baxır , arabir gözlərin ağrıdıqca, kibrit yandırıb bircə dəqiqəliyə ondan qorunmaq istəyirsən. Bəli, bircə dəqiqəliyə unutmaq istəmədiyin gülünc bir təsəlli ilə əylənirsən.
Kənd
Sən tənha yolçusan və sürətlə gedirsən. Uzaqdan , lap uzaqdan qatı qaranlıqda güclə sezilən işıltılar görünür. Sən solğun və arabir tamam öləziyən işıqları gözdən qaçırmamaq üçün az qala gözlərini belə qırpmadan , tələsə - tələsə onlara doğru irəliləyir və nəhayət kiçik bir kəndə çatacağını düşünürsən. Lakin, ola bilər ki, heç kəs səni qarşılamasın , sən ona çatanacan bütün işıqlar söndürülsün və artıq hamı yuxulamış olsun. Sən isə bir-bir qapıları yumruqlayıb adamları haraylayasan və bunun nə qədər çəkəcəyini bilməyəsən. Axı gecə bitib – tükənməzdir, kənd isə böyük deyil, cəmisi bir-neçə daxmadan ibarətdir. Görünür , heç kəs isti yatağından qalxıb sənə qapı açmaq fikrinə düşməyəcək və adamlar səni beləcə sükutla yola salacaqlar.
Bəlkə , sən özün də çoxdan unudulmuş bir kəndi diksindirmək , sonra da həmin aldanışlar içində qoyub getmək üçün gəldin?
1998
Yoxluq
Adama qəribə gəlir ki, bir gün durub görəsən , üstündə uzandığın çarpayı yoxdur və düşünəsən ki, görəsən , gecə yorğan – döşəyi nəyin üstündə açmışdın : çarpayınınmı? Xəyalınmı? Bəs bütün gecəni döşəmədən yarım metr hündürlükdə necə yata bilmisən? Sonra həyətə düşüb görəsən ki, hər gün oturduğun skamya yoxdu, o skamyanın yanındakı iri qızılıgül kolu yoxdu , onun tikanları ilə gözlərini kor etmiş zavallı bülbül yoxdu , hər gün onun səsini dinləyən adam yoxdu və bu yoxluqda birdən anlayasan ki, o adam sənsən - əslində səndən başqa dünyada hər şey yerindədir , bircə sən yoxsan , amma sənin yoxluğun hiss edilmir.
1999
Zülmətdə qalan
Bəzən gecənin bir vaxtında , işıqlar tamam söndürüldükdən sonra , zülmətin dərinliyindən kiminsə bağırtısı eşidilir. Mən onun qışqıraraq nə dediyini anlamıram, görünür , o çox uzaqdadır və şübhəsiz , belə uzaqda olanlar bir-birini nə anlaya , nə də başa sala bilərlər.
Bəlkə, kiminsə vahimə içərisində gözdən itirdiyi adamı çağırır , hansı ki, bir müddət fənərin tutqun işığında tələsə-tələsə yol gediblər, nəhayət, işıq tamam öləziyib sönəndən sonra qəflətən bir-birini itirmişlər.
Bəlkə, o bütün günü kimisə axtarıb və qaranlıq düşdükdə yolu azmışdır. Və o, təzəcə yandırdığım lampanın zəif işığını görüb məni haraylayır , yalvarır ki, işığı söndürməyim.
Bəlkə, kimsə tamam başqa adamdır, israrla lampanı söndürməyimi tələb edir, axı indicə məxfi əmr almışdır və bu yeri səhərə qədər gizlətmək ona tapşırılmışdır.
Bəlkə, o kimdirsə artıq fikrini dəyişib və geri qayıdır, mənsə əbəs yerə onu gözləyirəm.
2002
Surət
Uzun-uzadı təsvirə nə hacət, ən əsası odur ki, o, çox gözəl idi , özü də təbii, bənzərsiz və tayı-bərabəri tapılmayacaq dərəcədə gözəl. Surətinə vurulanlar , əslində onun kim olduğunu , bu şəhərə haradan və haçan gəldiyini bilmirdilər. Heç kəsə məhəl qoymadan keçəndə bütün şəhər tamaşasına yığılırdı. Təkcə canalan baxışları nəyə desən dəyərdi. Şair demişkən , gözəl , sənin gözəlliyin gözəldi...
O, hamının qəlbinə hakim kəsilsə də , heç kəsi qəlbinə yaxın buraxmırdı. Çoxları qarşısını kəsib ürəyini açmış , fəqət, qız bu sözləri elə həmin gün yaddan çıxarmışdı. Şəhərin ən imkanlı adamları belə onun məhəbbətini qazanmaq istəsələr də , var-dövlət qızın gözlərini qamaşdıra bilməmişdi. Hamı məəttəl qalmışdı : axı o , nə istəyirdi?
Görünür , o, təbiətən çox məğrur idi və azadlığını hər şeydən yüksək tuturdu. Lakin, camaat “gözəllər ağılsız olur” məsəlini əsas tutaraq , bunu qızın məhdudluğu kimi qiymətləndirirdi. Sanki hamı dilbir olub, onun azadlığını buxovlanacağı anları tezləşdirməyə çalışırdı.
Eh, nə deyim, o qədər gözəl idi ki, axır bir gün onu bəzəkli çərçivəyə saldılar və doyunca baxmaq üçün divardan asdılar.
2002
Bəxtiyar Əliyar
Azərbaycan Yazıçılar Birliyinin Üzvü
XƏBƏR LENTİ
AZAL qiymətləri aşağı saldı
Zerrinin qayınatası oğlu haqqında AÇIQLAMA verdi
Bananlı sorbe (foto resept)
İlanların sayı artıb
Üzən dövlət nə vaxt hazır olacaq?
Omletli ət zrazısı (foto resept)
Bakı Bulvarında konsert və Novruz atəşfəşanlığı
Kolorado çayının əyrisi
BMT: Azərbaycanda boşanma göstəricisi aşağıdır
Bakı və ətrafında torpaq neçəyədir?
WhatsApp-da daha bir yenilik
İrandan Azərbaycana kartof ixracına məhdudiyyət qoyulub?
"Yuventus" "Borussiya"nın futbolçusuna elçi düşüb
Bu ölkədə işçi qırtlığı var-SƏBƏB
Uşaqların dilində "Sevgi" nədir?
Hindistana getmək istəyənlərə ŞAD XƏBƏR
Rəqsdə eşq
İnstaqram fenomeni olmaq istədi - borca düşdü
Əfqanıstan prezidenti bu gün and içəcək
Azərbaycan ordusunda qadınların sayı artır
Ən çox üstünlük verilən 5 dekorasiya tərzi
Mişel Obama
Redd. "Hayat kaçık bir uykudur" albomu (2012)
100 yaşında paraşütdə
Balanın ana sevgisi: kövrək hekayət
Azərbaycanda zəlzələ oldu
Toy tortları (2)
Obama ailəsi yeni it aldı
Aston Martin-dən iki versiya
Balaca qızlar üçün geyimlər
Günün qoroskopu:Təmkinli olun!
Noxudlu tərəvəz yeməyi (foto-resept)
Tarkandan Sevgililər günü paylaşımı - FOTO
Bu tələbələrə pulsuz yemək və geyim veriləcək - QƏRAR
Şəhidimizin ailəsinə yazdığı son məktub
Milli tariximizin əbədiyaşar siması
Kriştianu Ronaldu Zidandan üzrxahlıq gözləyir
Yumurta salatı (foto resept)
Bakıda 40 min mənzil evsizlərə ucuz SATILA BİLƏR
Azərbaycanda bu il qış sərt keçəcək - XƏBƏRDARLIQ
Zəncəfilli-bəhməzli "Ev peçenyesi"
Bakının ilk fontan bağı
Rəsədxana işçisi qasırğadan danışdı
Şəki-Zaqatala bölgəsində böyük təhlükə
Azərbaycanda Nazirlikdə "SOS"!
Heç indiyə qədər çayın axınına diqqət etmisiniz?
İstirahət günlərində Bakıda bu yol bağlı olacaq
Melaniya Trampın bioqrafiyası nəşr olunur-ŞOK Faktlar
Oxatan bürcü qadını
Pendirli rulet börek (foto resept)
- ŞƏRHLƏR