Canlı həyat faktları yaltaq,ikiüzlü adamların bəzi hallarda müvəqqəti də olsa həqiqətən müvəffəqiyyətlər qazandığını göstərir.Lakin yenə məhz həmin həyat faktları göstərir ki,əvvəla belə müvəffəqiyyətlər çox az davam edir.Çünki el arasında deyildiyi kimi ,yaltaq,ikiüzlü adamlar hamını özlərindən razı salmağa çalışsalar da,əslində heç kimi özlərindən razı sala bilmirlər,bəzən hətta özlərinə qarşı açıqca nifrət doğururlar.Yaltaq və ikiüzlü adamlar həyatda xoşa gəlmək,vəzifəli şəxsin rəğbətini qazanmaq üçün çox manevr etməli,müxtəlif donlara girməli,bəzən də aşkar sürətdə alçaq vasitələrə əl atmalı olurlar ki,bu da öz növbəsində çoxlu hədər vaxt,enerji və əsəb itkisinə səbəb olur.Necə deyərlər bunun zərəri qazancından çox olur.Yaltaq və ikiüzlü adamlar bir qayda olaraq həmişə öz fikir və əqidələrini gizlətməli olurlar.Əqidə və fikri daim gizlətmək cəhdi isə insanı psixi cəhətdən yorur,mübarizəni xaricə deyil,daxilə çevirir,həyatı maraqsız,üzücü,yorucu və mənasız edir.Belə adamlar bir qayda olaraq öz qüvvələrinə və imkanlarına deyil,başqasının mərhəmət və rəğbətinə güvənirlər.İnsan üçün ən vacib olan müstəqilliyi əllərindən alır,daxili səfərbəylikdən məhrum edir.Başqasının mərhəmət və rəğbəti isə heç vaxt insana etibarlı dayaq ola bilməz.
Bütün bunlar göstərir ki,yaltaqlığı və ikiüzlülüyü fərasət,zirəklik kimi düşünmək son dərəcə yalnış və zərərlidir,insan şəxsiyyətini alçaltmaq deməkdir.Ömür boyu həyatla oynamaq,hətta özünə qarşı da səmimi olmamaq insan həyatını tam mənasız edir.Çünki,daim ikiüzlülük edən,həyatda həmişə artist kimi çıxış edib heç vaxt öz rolunu oynamayan,yad rolunda çıxış edən,həmişə səmimiyyətdən uzaq olan adam əslində öz ömrünü yaşamır,onun ömrü saxta olur.
Sizcə insanlari ikiüzlü olmağa nə vadar edir?
Niyə görə insanlar düşüncələrini içlərindən gəldiyi kimi yox,qarşi tərəfə xoş getsin deyirlər?
XƏBƏR LENTİ
Xallar xərçəng xəstəliyinin yaranması haqqında xəbər verə bilər
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
Buraxılış imtahanları təxirə salındı
Hava şəraitinin dəyişəcəyi ilə bağlı XƏBƏRDARLIQ edildi
Gəlinlər üçün gözəl ayaqqabı modelləri
Bakı çimərliklərində dənizə girmək QADAĞAN EDİLDİ
Bakıya yenə yağış yağacaq
"Qalatasaray"dan biabırçı məğlubiyyət
Badımcan salatı (foto resept)
Bakı 2015-in biletləri satışda
Ördək dimdikli dinozavr növü tapıldı
Bələdiyyə başçısının zarafatı sosial şəbəkədə müzakirə olundu
BÜRCLƏR bizə nə vəd edir?- 3 fevral
Arda Kuralın vəziyyəti pisləşdi-FOTO
Badımcan, pomidor,bibər dolması (foto resept)
“Virtual məktəb”də qeydiyyat bu gündən mümkün olacaq
35 il sonra bir araya gəldilər - FOTO
“Coker” filmi daha bir uğura imza atdı
Ermənilərdən 15 sentyabr təxribatı
Bu müəllimlərin maaşı 40% artırılır
Ziyafət geyimləri
Yeni orfoqrafiya lüğətinə 4000 yeni söz daxil edilib
Can Yaman anası ilə -FOTO
Dadlı toyuq qızartması (foto resept)
Labirint-3
Polşa höküməti istefa verdi
Alzheimer xəstəliyinin çarəsi tapıldı - YENİ KƏŞF
Çaynikdə qalan çayı atmayın
Niderlandda Bakı küçəsi - FOTO
Rubl kəlləmayallaq diyirlənir
Xoşbəxt olmaq istəyiriksə...
64 kiloqram arıqladı kimsə tanımadı-FOTO
Azərbaycan ordusunun giziri şəhid oldu
Günün ulduz falı - 23.01.2014
Günün ulduz falı
NASA elə bir faktı dünyadan gizlədir ki...-Tədqiqatçıdan Şok açıqlama
Kubokda püşk atıldı: kimlər qarşılaşacaq?
Azərbaycan Rioda daha bir medal qazandı!
Ahmet Kurala qarşı şahid peyda oldu
Pentaqon Ukraynaya yardım edəcək
Uşaqların uğuruna mane olan 3 valideyn xətası
İnternet istifadəçilərinin kimliyi dəqiq bilinəcək
Megan Markl hərbi paradda hər kəsdən seçildi-FOTO
Rusiyanın qadağasının Azərbaycana aidiyyəti yoxdur?
Bakıda küləyin istiqaməti dəyişəcək
Gürcüstan azərbaycanlılarına şad xəbər
Düşmənin viranəyə çevirdiyi Ağdamın Cümə məscidinin görüntüləri - VİDEO
Məhəmməd Əmin Rəsulzadənin məzarı Azərbaycana gətiriləcək?
İşias ağrılarını azaldaq
Daşaltı əməliyyatından 23 il ötür
- ŞƏRHLƏR