Bu dəfəki mövzuda istərdim vaxtilə qəlbimizi qırmış insanlar barəsində, qəlbimizi necə qırıblar və indi o insanlar o hərəkətlərinə görə necə cavab veriblər, bizə haqsızlıq edib özləri hansı haqsızlıqlarla qarşılaşıblar, bir sözlə, bizim (sizin) Allahımız o insanları necə “tutub” – bu barədə yadımıza düşənləri yazaq.
Şəxsən mən əvvəl də qeyd etmişəm hərdən çox düşünən insan oluram, keçmişimi də yadıma salıram, keçmişimlə gələcəyimi müqayisə edirəm, səhvlərimi, düzgün işlərimi tərəziyə qoyub ölçürəm həyati hesabat kimi.
Yadıma bu gün bir insan düşdü, bir qadın. O zaman mənim otaq yoldaşım və rəhbərim idi. Onun o vaxtı 38 yaşı var idi, mənimsə 18. Qadın ailəli, 2 uşaq anası, işləməyən yoldaşı və təqaüdünü hətta nəvələrinə belə qıymayan qaynanası ilə yaşayırdı. Mənim ilk iş yerim idi, ilk dəfə insanlarla təmasda olurdum. İlk olaraq işə daxil olanda başqa kabinetdə çalışırdım, ilk iş günüm idi, işim yox idi, bekar idim gəldim oturdum onun otağında, ondan elə xoşum gəlirdi ki, mənə mehriban, yaxşı qadın kimi gəlirdi. Mənim ilk kompüter müəlliməm olmuşdu, sonradan mənə kömək edib işə götürmüşdü. Otağında əyləşən kimi üstümə acıqlandı: “Sənin otağın yoxdur? Get otur otağında!”. Pərt olub getdim oturdum otağımda. Gözlənilməz idi. Amma yenə də qəlbim qırılmadı ona. Yəqin çox sadə idim o vaxtı. Bir ay təxminən keçdikdən sonra təzə əmr çıxdı ki, məni onun kabinetinə keçirdirlər. Sevindiyimdən bilmirdim neyləyim. Mənim bu sevincimi amma o özü qəribə qarşıladı, anlamadı yəqin. Bir müddət keçdi, ilk iş yerim olduğundan təbii ki, öyrənə-öyrənə səhvlər edirdim işimdə. Mənə “Tupoy!” deyə az olmurdu ki, qışqırırdı üstümə bu illər ərzində. İşdə kimləsə münaqişəsi olanda o insana mənim haqqım yox idi “Salam!” deməyə. Ümumiyyətlə, işdə heç kimnən yaxın olmağımı sevmirdi.
Kiçik qızı məktəbdə oxuyurdu, ingilis dili dərsindən ona kömək edirdim, yəni işim olsa da işimi atıb o qıza kömək edirdim bacardığımdan.
Bir dəfə bu qadın qızıllarını evdəki konfliktlərə görə gətirdi qoydu seyfinə. Seyfinə də onun icazəsi olmadan mən girməzdim, o da ki, kağız götürməkçün ola bilsin ki, çap edim. Bu qadın da günortalar gedirdi yaxındakı məktəbdə dərs deməyə. 2 yerdə işləyirdi. Amma seyfin açarını özü mənə verirdi. Bir gün gəldi ki, qızıllarım itib. Panikaya düşdü. Mən də sakit ona baxıram bilirəm ki, tapacaq. Həmişə hər şeyi itirib tapır, birinci dəfə deyil idi. Bir də gördüm mənə söz atır – “Səni bir daha seyf qabağında görməyim! Kimin lazımına gəldi mənim qızıllarım?!”. Udquna-udquna qalmışdım, ilk dəfə idi belə şərə düşürəm. Mən başqasının nəinki qızlı, heç üzüyünün qaşına belə möhtac qalıb oğurlamaram. Bu tərəfdən də mənə belə şərlər gəlir... Axır ki, tapdı qızlı, elə seyfdə idi, amma arxaya düşmüşdü. İnanın, o qadın məndən üzr də istəmədi, güldü, zarafata salıb unutdu. O, unutdu, mənsə hələ də unuda bilmədim.
Bir dəfə də yenə getmişdi məktəbə, qayıdanda gəldi kserakopiya maşınına baxdı və nəsə sayda problem çıxmışdı boynuma atdı ki, o vaxtın pulu ilə 500 manat pul əskik gəlir. Deyirəm ki, bəs mən işlətməmişəm də. Məni ağlatdı, daha nə günə qoydu ki, guya o 500 manatı cibimə qoymuşam.
Bir dəfə nəsə məni elə bil itələdi ki, gedim ingilis dilini oxuyum. İngilis dili kurslarına gedirdim və işdən saat 6 yox, 5-də çıxırdım həftədə 2 dəfə idi, ya 3 yadımda deyil. Hərdən ev tapşırıqlarını çatdırmayanda işim olmayanda elə kabinetdə sakitcənə tapşırıqlarımı edirdim, bu arvad qoymurdu məni. Acığına gəlirdi. Axı mən bekar olanda edirdim dərsimi, yenə də mənə iş axtarıb tapırdı ki, təki ingilis dilini oxumayım. İndi fikir verin, mən onun qızına işlərimi atıb ingilis dilində kömək edəndə olurdu, amma özümün oxumağım olmazdı. O qızından da yazım. Bir dəfə qızı mənə kobud cavab demişdi. Rəfiqəsi ilə bağlı söz idi, zarafatca dedim ki, o qızı tanıyıram da, belə gülməli fason qızdır. Uşaq mənə nə desə yaxşıdır? – “Sənə nə? Sən öz işinə bax! Get öz rəfiqələrinlə maraqlan!”. Mən pərt oldum. İlk dəfə idi qıçım boyda uşaq mənə belə cavab verir + anası ona acıqlanmaq əvəzinə qucaqlayıb öpür və fəxr edir ki, qızı belə hazırcavabdır. Mən şokda idim.
İngilis dilinə 7 ay getdim. Bir dəfə də hazırlaşırdım kursa, gedəndə zarafatca belə dedim “Lenin baba demişkən, Oxumaq, oxumaq, yenə də oxumaq!”. Bu da mənə deyərək sancdı ki, “Oxu, oxu! Görək hara qədər gedəcəksən”.
Çox şey olmuşdu, əsas yadımda bunlar qaldı.
Mən o qadına cavab qaytarmırdım, sakitcə künclərdə ağlayıb, evdəkilərə ürəyimi boşaldırdım. Amma Allaha onu hər zaman tapşırırdım ki, Allah onu mənimçün zərərsizləşdirsin.
Nəticələr:
- mənə şər atan qızıl barəsində ondan sonra yoldaşı şərə düşdü, 1000 dollar cərimə olundular, yoldaşının əsəbdən üzü əyildi, xəstəxanaya düşdü, aylarla müalicə oldu.
- ingilis dilinə görə mənə ilişdi, ingilis dili heç o vaxtı ağlıma belə gəlmədiyi qədər mənə köməkçi oldu bu həyatda, Finlandiyaya gəldiyim ilk aylarda mənə çox yardım etdi bu ingilis dili (Allah müəlliməmin canını sağ etsin!), indiyənə kimi aeroportlarda ingilis dili mənə yardımçı olur
- o yerdə 3 il işlədikdən sonra o qadınla, bankda işə düzəldim, 1 il yarım orada işlədim (orada da məni rədd etmək istədikləri an nişanlanıb işdən çıxıb həmən ilin yayı Finlandiyaya gəldim ailə qurdum, məni işdən qovlamaq kimi hədə qorxu gələn insanların üzü yumşaldı, mənə yalvardılar ki, öz yerimə adam tapmayınca çıxmayım, onda da Allah məni saxladı)
O qadın isə hələ də eyni yerdə işləyir...
Bu cür daşdan daşa dəymiş başıma gələn hadisələrimə əsasən sizə bir məsləhət verim: sizi kim incitsə ona cavab qaytarmayın, susub Allaha tapşırın sizi qorusun. Allah öz əli ilə sizin əvəzinizə o insanlardan elə qisas alar ki, ağzınız açıq qalar.
Bəs sizin həyatınızda bu kimi ədalət yerini tutduğu anlar baş veribmi? Bölüşün, maraqlı olar...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Valentinonun yeni üzü: Lady Gaga
"28 May" stansiyasının nəyi kəmdir?
Britaniyalılar Fransa və Niderlandı tərk edirlər
Özbəkistan prezidentindən İDMAN fərmanı
Cem Yılmaz Açıqlaması ilə DİQQƏT ÇƏKDİ
Seren Serengil əlil arabasında oturur-SƏBƏB
Azərbaycan əsgəri Moskvadakı hərbi paradda
Çin təqvimi ilə uşaq cinsiyyətinin təyin olunması
Uşaqların ağlama səbəbləri
Pizza dilimləri ilə böyüyən körpə
Hava dəyişəcək
Koronavirus daha çox hansı orqanı sıradan çıxarır? - Ağ ciyər deyilmiş...
Bu günün hava proqnozu - 03.11.2013
Ayda dəfn mərasimləri keçiriləcək
Koronavirusla mübarizə üçün verilən yardımla özünə “Lamborghini” aldı
Bu sözlər BELƏ YAZILACAQ - Yeni qaydalar
Sinoptiklərdən müjdə
Buğda salatı (foto resept)
Qan xərçənginin dərmanı tapıldı
Düyülü ət bulyonu
Düşmən Göygöl və Goranboyu yenidən atəşə tutdu: Meşələrdə yanğın başladı - RƏSMİ
Müasir bərbərliyin inkişafı
Nettanın geyimini tənqid etdilər - FOTO
Daha bir şəhid verdik
“Kara Sevda” BİRİNCİ OLDU - FOTO
Balqabaq kotleti (foto resept)
Koronavirusla bağlı son STATİSTİKA
Keyt Middltonun ayaqqabıları 1 saat içində satıldı-QİYMƏTİ
Günün qoroskopu: ailədə, evdə yeniliklər ola bilər
İnsan möcüzəsi:Kirpik
Sulu, şokoladlı keks
İnterpol tərəfindən axtarışda olan Azərbaycan vətəndaşı Gürcüstanda saxlanılıb
18 dil bilən qadının sirri
Bakıda uzun müddətdən sonra kafe və restoranlar açılışa hazırlaşır - VİDEOREPORTAJ
160 yumurtanı birdən yedi
Azərbaycanda zəlzələ
​Azərbaycan neftinin qiyməti 50 dollara çatdı
"Ərdoğan" gülü
20 mindən artıq insan könüllü şəkildə koronavirusa yoluxdurulacaq, çünki...
Dolu bədənli qadınlar haqqında bəzi həqiqətlər
Reymen "Survivor"-a yox dedi
Deniz Çakırın QALMAQALLI görüntüsü yayıldı-VİDEO
Sadə Truffle (foto resept)
Bakıda çörəyi bahalaşdıranlar kimlərdir?
UNICEF uşaqları qorumaq çağırışı ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat verib
Fridrix Nitsşedən tərcümələr
TƏBİB-dən karantinin sərtləşdirilməsinin nəticələri ilə bağlı VACİB AÇIQLAMA
Yeni il - yeni ümidlər...
Azərbaycanda milli ödəniş sistemi yaradılacaq
Qadınlar ilk dəfə kişilərdən daha ağıllı oldular
- ŞƏRHLƏR