1. Bişirmə saatınızı tənzimləyin: İki il əvvəl bu sınaqların ilkini yazdığımda bu sınaq mənim yazarlığımın “bişirmə saatım” haqqında idi. Bu sınağı heç bir zaman görə bilmədiniz, amma metodum budur: Yazmaq istədiyiniz zaman bir bişirmə saatını bir saatlıq zaman hissəsinə (diliminə) tənzimləyin (və ya yarım saat da ola bilər) və vaxt bitənə qədər oturub yazın. Əgər yazmağa hələ də nifrət edirsinizsə, sonrakı bir saat üçün azadsınız. Amma normalda xəbərdarlıq siqnalı (alarm) başladığı zaman özünüzü gördüyünüz işə adaptasiya olmuş görəcəksiniz. Bunu edərkən çox zövq alacaqsınız və yazmağa davam edəcəksiniz. Bişirmə saatı yerinə paltar və ya qurutma maşınına paltar atıb bunu özünüz üçün bir zamanlayıcı olaraq tənzimləyə bilərsiniz. Dönüşümlü olaraq fərqli işlər görməyiniz məsələn, camaşırxanada axmaqcasına işləmək və ya qabyuyan olmağınız sizə hadisələri qurmaqda lazımlı yeni fikirləri, mənaları, fərqli qavrama yollarını yaradacaq parçalar verəcəkdir. Əgər hekayədə növbədəki hadisəni bilmirsinizsə, tualetinizi təmizləyin. Yataq örtüyünü dəyişdirin. Allah eşqinə, kompyuterinizin tozunu alın. Ağlınıza mütləq daha yaxşı bir fikir gələcəkdir.
2. Fərqli hekayə formalarından istifadə edin: İzləyiciləriniz təxmin edə biləcəyinizdən daha ağıllıdırlar. Fərqli zamanlama və hekayə formalarından istifadə etməkdən çəkinməyin. Mənim şəxsi nəzəriyyəmə görə, gənc oxucular bir çox kitabı əvvəlkilərdən axmaq olduqlarına görə deyil, tam əksinə, günümüzün oxucuları daha ağıllı olduğu üçün kiçik hesab edirlər (gözlərində kiçildirlər). Filmlər hekayə izahı haqqında bizi öyrətdi və buna görə də izləyicinizi təəccübləndirmək təxmin edə bilməyəciyiniz qədər çətin bir hal aldı.
3. Hekayənin skeletini qurduqdan sonra yazmağa başlayın: Bir səhnəni yazmağa oturmamışdan əvvəl bu səhnənin sizin hekayənizdə nə kimi bir anlamı olduğunu düşünün. Öncə nəyi qursanız səhnə yaxşı bir nəticə verəcək? Hansı səhnə daha sonra gəlməlidir?Qurduğunuz intriqanı hansı şəkildə daha çox uzada bilərsiniz? İşləyərkən, avtomobil sürərkən, bir şey sınayarkən ağlınızda sadəcə bu sual olsun. Fikirlərinizlə əlaqəli qeydlər aparın.
4. Özünüzü təəccübləndirin: Əgər hekayəni sizi heyrətə salacaq bir nöqtəyə gətirə bilsəniz, ya da buraxın hekayə sizi gətirsin, oxucularınızı da təəccübləndirə bilərsiniz. Yaxşı planlanmış təəccübləndirici bir səhnə sizin o çoxbilmiş oxuyucunuzun fikirlərini dəyişdirəcəkdir.
5. İlişdiyiniz zaman əvvəldə yazdığınız səhnələri təkrar oxuyun: Orada kənarda qalmış personajlardan birini təkrar canlandırın, ”basdırılmış silahlar” kimi. "Döyüşçü Klubu"-nun sonunu yazarkən plazlarla nə edəcəyimə dair heç bir fikirim yox idi. İlk səhnəni təkrar oxumaq nitronun parafinlə qarışdırılması ilə əlaqəli kənarda qalmış bir fikri xatırladım və bu plastik partlayıcı düzəldilməsinin qəti olmayan bir metodu idi.
6. Yazmağı yığıncaq təşkil etmək üçün bəhanə olaraq istifadə edin: Bu partiyə istəsəniz atelye (emalatxana) də deyə bilərsiniz. Canınızın istədiyi qədər zamanı yazmağınıza dəyər verən və sizi dəstəkləyən insanlarla keçirin. Bu yazarkən tək başınıza keçirtdiyiniz zamanı nizamlayacaq. Əgər bir gün yazdığınız şeyi satsanız, yalnız keçirtdiyiniz zamanları qarşılayacaq bir məbləğ almayacaqsınız. ”Ödəmənizi” əvvəlcədən alın, yazmağı insanlarla birlikdə vaxt keçirtmək üçün bəhanə olaraq istifadə edin.
7. Özünüzü bilinməzliyə buraxın: Bu kiçik tövsiyyə yüzlərcə məşhurdan Tom Spanbauera, ondan mənə, məndən sizə ötürülür. Bir hekayəni şəkilləndirməyə izn verməyiniz hekayənin sonunu şəkilləndirməyə icazə verər. Tələsməyin və bir hekayə və ya kitabı bitirmək üçün özünüzü məcbur etməyin. Tək bilməyinizin lazım olduğu şey bir sonraki səhnə və ya bir neçə səhnədir. Başdan sona qədər bütün səhnələri bilməyiniz lazım deyil.
8. Obrazların adını dəyişdirin: Əgər hekayədə daha çox sərbəstliyə ehtiyac görürsünüzsə, qaralamadan-qaralamaya personajların adlarını dəyişdirin. Obrazlar gerçək deyillər və bu obrazlar siz də deyilsiniz. Kefinizdən asılı olaraq adları dəyişdirmək bir obraza məsafə qoymağınıza səbəb olar və beləliklə, bu obraza hər cür əziyyət verə bilərsiniz və ya daha pisi, əgər hekayədə ölməyi lazım gördüyünüz bir obrazı yox edin, öldürün.
9. Üç tip izah şəkilini də istifadə edin: Bundan əmin deyiləm, amma bir seminarda dinlədiyim zaman mənə məntiqli gəldi. Üç tip bunalrdır: təyin edici, öyrədici və canlı izah. Təyin edici: Günəş yüksəlmişdi. Öyrədici: Get, qaçma. İzah edici: Off.
Əksər roman yazarları bu formaların bir ya da ikisindən istifadə edirlər. Siz üçündən də istifadə edin. Hamısını bir-birinə qarışdırın. Çünki insanlar belə danışır.
10. Oxumaq istəyəcəyiniz bir kitab yazın: Sizin belə oxumaq istəməyəcəyiniz şeyləri niyə başqası üstəlik pul verib oxumaq istəsin?
11. Kitab üzü şəkli çəkdirin: Kitab üzündə istifadə etmək üçün şəkilinizi çəkdirin və bunların neqativlərini və müəlliflik haqqlarını alın.
12. Sizi həqiqətən üzən mövzular haqqında yazın: Onlar yazmağa dəyəcək yeganə şeylərdir. "Təhlükəli yazmaq" adlı kursda Tom Spanbauer həyatın bizim özümüzdən heç bir şey qata bilməyəcəyimiz ənənəvi və sıxıcı şeyləri yazmağa xərclənməyəcək qədər dəyərli olduğunu yenidən xatırladırdı. Ənənəvi hekayələri yazmaq üçün artıqlaması ilə qiymətli olduğunu yenidən xatırladırdı. Tomun bəhs etdiyi çox artıq şey var idi, amma mən bir qismini yarım-yamalaq xatırlayıram. Yazmaq sənəti - tam olaraq hecalaya bilmərəm, amma nə demək istədiyini başa düşürəm. Bir oxucunu hekayədəki hadisələr arasında hərəkətə keçirmək üçün istifadə edilən diqqət və alt danışıq, mənim anladığım kimi hekayədə mətnaltı mesaj. Mənim üçün tam anlaya bilmədiyim mövzuları anlatmaq son dərəcədə narahat edicidir.
Cak Palanik: “Yeraltı” ədəbiyatının “yerüstü” kralı.
Tərcümə: Hüseyn Bəhruz
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Ankarada güclü partlayış: 27 nəfər ölüb, 75 nəfər yaralanıb
Elmar Hüseynovun qətlindən 11 il keçir
Damla şokoladlı şirniyyat (foto resept)
Sobada sosiskalı və pendirli kartof (foto-resept)
Dadlı çiyələkli keks (foto resept)
Ötən gecə cəbhə xəttində atəşkəs pozulub
Culiya Robert Malibuda dincəlir-FOTO
Leyla Əliyevanın rəsmləri Kiril İstominin sərgisində nümayiş etdirilir
NASA-nın 2020-ci il PLANI - Yadplanetlilərin Yer kürəsinə gəlmə ehtimalı...
İslandiyada yeni qanun-"X"
Azərbaycanda daha 134 nəfər koronavirusdan sağaldı - RƏSMİ
Kəsmikli peçenye "Qızıl gül" (foto resept)
Rezin uzunboğaz çəkmələr
Bu kitab rekord vurdu
Nəbahat Çehrə paylaşdığı FOTO ilə diqqət çəkdi
Gözəllik müsabiqəsində qalibin saçları alışdı - FOTO
Qızlar üçün maraqlı NOVRUZ FALLARI
Facebook-un işçiləri nə qədər maaş alır? – SİYAHI
Bakıda ağac kəsənlərə 40 min manat cərimə
29 şəhər və rayonda monitorinq imtahanı keçiriləcək
Ayaq bilərzikləri-2
Həkim ətlə bağlı daha bir mifi puç etdi
Endirimlərə inanaqmı?
Kim istəməz gözəl olsun?
İsveçrə ilə Azərbaycan arasında viza rejimi aradan qaldırıla bilər
ATƏT Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində monitorinq keçirib
Sarışın qızlar haqda miflər və həqiqətlər
Gələcəyimizi "kor"qoyanlar
Günün qoroskopu: baş verənlərə görə məsuliyyət sizin üzərinizə düşəcək
TQDK abituriyentlərə müraciət etdi
"Eurovision"un ən zövqsüzləri: Səmra 10-cu oldu
Arıqlamadan gözəl görünməyin yolları
On qəribə yer
Evelina Xromçenkodan stillə bağlı məsləhətlər
Bu xəstələrə dərmanlar elektron reseptlə veriləcək
Oğlan özündən bir neçə yaş böyük qızla evlənə bilərmi?
Burak Özçivit bacısı ilə-FOTO
Ərəblər bunu da etdilər
Hamiləlikdə yuxu və yuxusuzluq
Çiçəkli yataq üzləri
Brüsseldə Qarabağla bağlı layihə: Ədalətsiz qərar dəyişdirildi
Azərbaycanda yağış yağacaq
Serenay Sarıkayanın 90 minlik paylaşımı-FOTO
Mərkəzi Bankda "Ödəniş xidmətləri haqqında" qanun layihəsinin təqdimatı keçirilib
Dəbli çantalar
Ziyafət çantaları
Bakıda 88 yaşlı qadın koronavirusa qalib gəldi - Gəlini ilə birlikdə... - VİDEO
Bakıda qeyri-qanuni duracaqlar ləğv olundu
Saytımızın ƏN-ləri IV HİSSƏ
Sadə və gündəlik ayaqqabılar
- ŞƏRHLƏR